Azyaşlı uşaqları olanların nəzərinə - Təhlükəli virus yayılır
Mövsümi dəyişikliklər fonunda xüsusilə uşaqlar arasında geniş yayılan norovirus son dövrlərdə ən çox rast gəlinən və sürətlə artan virus infeksiyalarından biri kimi diqqət çəkir.
"Qafqazinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, norovirus qəfil başlayan qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir.
Bildirilir ki, bu virusun ən ciddi təhlükəsi qısa müddətdə bədəndə güclü maye itkisinə səbəb olmasıdır.
Ən böyük təhlükə maye itkisidir və xüsusilə azyaşlı uşaqlarda bu vəziyyət saatlar ərzində ağırlaşa bilər.
Məlumata görə, uşaqlarda sidik ifrazının azalması, ağız quruluğu, göz yaşlarının azalması, halsızlıq, qida qəbulundan imtina və yuxululuq kimi əlamətlər müşahidə olunarsa, dərhal tibbi yardım göstərilməlidir.
Norovirusun ən təhlükəli xüsusiyyətlərindən biri onun çox sürətlə yayılmasıdır. Məktəb və uşaq bağçaları kimi izdihamlı mühitlərdə virus asanlıqla ötürülür. Qapı tutacaqları, oyuncaqlar və tez-tez toxunulan səthlər belə yoluxma mənbəyinə çevrilə bilər.
Qeyd edilir ki, bir yoluxmuş uşaq qısa müddətdə ailənin digər üzvlərinə də virusu ötürə bilər. Eyni zamanda, xəstəliyin müalicəsində ən çox edilən səhvlərdən biri antibiotiklərin istifadə olunmasıdır.
Vurğulanır ki, norovirus virus mənşəli olduğu üçün antibiotiklər təsirsizdir. Ən effektiv müalicə isə itirilmiş mayenin bərpasıdır. Valideynlərə uşaqlara bol maye verilməsi tövsiyə olunur.
Qeyd edək ki, norovirus əksər hallarda bir neçə gün ərzində öz-özünə keçib gedir. Lakin uşaqlarda maye itkisi sürətlə arta bildiyindən, simptomların diqqətlə izlənilməsi və vaxtında müdaxilə böyük əhəmiyyət daşıyır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 612 Tarix: 03 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qəhvə yuxusu" nədir və hansı faydaları var? - Həkimdən İZAH
Neyrofizioloq Eduard Estivill adi gündüz yuxusu əvəzinə "qəhvə yuxusu"nu sınaqdan keçirməyi məsləhət görüb. xəbər verir ki, o, "Hola" nəşrinə müsahibəsində "qəhvə yuxusu"nun faydalarından danışıb. Eduard Estivillin sözlərinə görə, "qəhvə yuxusu" yatmazdan dərha
27 avqustSoyuducunu harada yerləşdirmək daha yaxşıdır?
Mətbəxdə bir neçə santimetr yerə qənaət etmək üçün soyuducunu divara sıx yerləşdirmək düzgün deyil. Çünki cihazın ətrafında saxlanılan boşluq havanın dövranı və işləmə zamanı yaranan istiliyin xaric edilməsi baxımından mühüm rol oynayır. Mütəxəssislər soyuducu həddindən artıq dar yerdə quraşdırılarsa
29 avqust"iPhone 17 pro"nu kosmosdan yerə atdılar - ANBAAN VİDEO
"RhinoShield" şirkəti "iPhone 17 Pro" smartfonunu stratosferdən yerə ataraq qeyri-adi sınaq keçirib. Təxminən 30,6 kilometr yüksəklikdən paraşütsüz yerə düşən telefon işlək vəziyyətdə qalıb və nəticə "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydə alınıb. xəbər verir ki, sına
28 avqust"Dünya dağılsa" da, onlar ac qalmayacaq: Araşdırma NƏTİCƏLƏRİ
Qlobal pandemiya, regional münaqişələr və əsas ticarət yollarının bağlanması göstərdi ki, qida idxalı dünyanın heç bir ölkəsi üçün qida təhlükəsizliyini tam təmin edə bilməz. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:. Qida təhlükəsizliyi probleminə görə, bu gün ölkələr gələcəkd
30 avqust"Selena"nın Nazlısı evlənir
"Selena" serialında Nazlı obrazı ilə tanınan aktrisa Dilara Kurtulmuş və Umutcan Ekmezin toy öncəsi xına gecəsi keçirilib. xarici mediaya istinadla xəbər verir ki, cütlüyün toy həyəcanı xına gecəsi ilə başlayıb. Ailə üzvləri və yaxın dostların iştirak etdiyi gecədə musiqi və rəqslə müşayiə
28 avqustİlk övladlarda bu xəstəliklərin riski daha yüksək ola bilər - ARAŞDIRMA
Ailədə uşağın doğulma sırasının xarakterə və davranışa təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Yeni araşdırma isə bunun bəzi xəstəliklərin yaranma ehtimalı ilə də əlaqəli ola biləcəyini göstərib. xəbər verir ki, Çikaqo və Kolumbiya universitetlərinin alimləri doğum sırası ilə sağlamlıq risklər
30 avqust