ABŞ-ın İrana qarşı sanksiyaları – Təbriz, Qarabağ məsələsinə şans yarana bilər

ABŞ-ın İrana qarşı sanksiyaları – Təbriz, Qarabağ məsələsinə şans yarana bilərABŞ prezidenti Donald Tramp 2016-cı ilin yanvar ayında Tehranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv olunmuş sanksiyaların iki mərhələdə bərpa edilməsinə dair fərman imzalayıb. Təkrar sanksiyalar avqustun 7-dən etibarən qüvvəyə minir.

Sənəd İslam Respublikasına qarşı sanksiyaların bərpasını nəzərdə tutur. Fərmana əsasən, İranın dollar bazarına çıxışı dayandırılır, beynəlxalq maliyyə əməliyyatları aparması məhdudlaşdırılır, habelə qızıl, gümüş və digər qiymətli metallarla ticarət aparmasına qadağa qoyulur. Hətta İran xalçalarının ticarətinə də embarqo qoyulub. ABŞ-ın sanksiyalarının İranın metal, kömür ticarətini, proqram təminatı və avto sektorunu vuracağı bildirilir.

Maraqlıdır, bütün bu proseslər Azərbaycana necə təsir edə bilər?

İqtisadçı Natiq Cəfərli Modern.az saytına açıqlamasında bildirib ki, Amerikanın Çin, Avropa Birliyi, Türkiyə ilə yaşanan gərginliyinin əsasında İran məsələsi dayanır.

"ABŞ-ın əsas məqsədi İranla dünyanın bütün əlaqələrini kəsməkdir, bank əməliyyatlarını blok etmək, neft-qaz satışına qadağa qoymaqdır. Trampın məqsədi bu addımlarla İranda ciddi böhran yaratmaq, daxildə etirazlar dalğasını artırmaq, nəticə olaraq da İranda rejimin dəyişməsinə nail olmaqdır. Trampın addımları rasional deyil, aqressivdir, amma öz məntiqi var - adam öz missiyasını İsrailin bütün istəklərini yerinə yetirməkdə görür.

Çox maraqlı, amma təhlükəli vəziyyət yaranıb, ölkələrin tutumuna və gələcək ehtimal olunan davranışlarını belə analiz etmək olar. İlk növbədə Çin bəyan edib ki, İrana qarşı sanksiyalara qoşulmayacaq, bu ölkədən neft almağa davam edəcək - məhz buna görə Tramp Çin mallarına əlavə rüsum və vergilər tədbiq edib. Çin çox rasional ölkədir, ABŞ-a ildə 512 milyard dollarlıq mal satır. Yəni Çin gərginliyi artıracaq, sonra ABŞ-dan əlavə güzəştlər alıb, hətta rüsum və vergiləri azaldıb İrandan vaz keçəcək.

Rusiya öz oynunu oynayır. İran onun vecinə də deyil, sonda ABŞ-dan sanksiyaları ləğv etmək müqabilində İranı satacaq. Avropa Birliyi (AB) ilə vəziyyət fərqlidir, Avropa ölkələri Rusiya sanksiyalarına ona görə razı oldular ki, əvəzində yeni texnologiyaya "ac" və yeni, 80 milyon əhalisi olan İran bazarında əsas oyunçu olsunlar. İran sazişini imzalayanda AB ölkələri Rusiyada itirdiklərini İranla kompensasiya etmək, əlavə İrana 400 milyard dollarlıq mal satmaq, İranın enerji və avtomobil sənayesində əsas oyunçu olmaq istəyirlər. ABŞ-ın Avropaya basqı edib İran məsələsində onları müttəfiq etmək üçün Avropaya daha çox güzəşt etməyə məcburdur. Bu mümkün olsa da, çox çətindir".

N.Cəfərli qeyd edib ki, İrana qarşı müharibə olsa, bundan ən çox əziyyət çəkən ölkə Azərbaycan olacaq:

"Türkiyə İrandan ən çox neft-qaz alan, ən çox pul qazanan ölkələrdən biridir. Suriyada İran Türkiyəyə rəqib, PKK məsələsində isə müttəfiqdir. İraq da əsas oyunçulardan biri, Türkiyənin maraqlarına toxunan ölkə, amma Qərblə münasibətlərdə yaxın ölkədir. Yəni, ən ağır durumda Türkiyədir, iqtisadiyyatı zəif, daxili problemləri çoxdur. ABŞ bunu bilir və Türkiyənin zəif nöqtələrinə basaraq İran məsələsində güzəşt almaq istəyir - sonda buna nail olacaq.

Azərbaycanın durumu da yaxşı deyil, İran ən böyük qonşulardan biridir, ciddi iqtisadi əlaqələrimiz var. Amma İranın da ölkəmizə təsir rıçaqları çoxdur. İran ölkəmizdə oyun qurucu güc olmasa da, təəssüf ki, böyük dağıdıcı gücə sahibdir. İrana qarşı müharibə olsa, bundan ən çox əziyyət çəkən ölkə biz olacağıq. Yüzminlərlə qaçqın ölkəmizə gələ bilər, buna isə hazır deyilik. İrana qarşı açıq cəbhədə yer alsaq, qonşu dövlətə qarşı cəbhənin ən zəif həlqəsi olan ölkəmizə qarşı aqressiv addımlar ata bilər. Buna görə də, İran məsələsində çox ehtiyatlı və həssas davranmalıyıq, buna məcburuq. Amma bizdən asılı olmayan səbəblərdən İranda yeni bir demokratik dalğa başlasa, orada yaşayan soydaşlarımızın özlərinə ciddi muxtariyyət qazanma şansı da yaranacaq. Bunu da həmişə nəzərdə saxlamalıyıq.

Dünya, bölgəmiz yenidən dizayn edilir, indiki durumda məmləkətə vacib olan ən əsas məsələ xalqın birliyi, ədalətli cəmiyyətin bərqərar olması, doğru hədəflərin ağıl birliyi ilə qarşıya qoyulmasıdır. Hökumətin, məmurların üzərinə böyük məsuliyyət düşür, təhlükələri anlamalı, oğurluqdan, ədalətsizlikdən vaz keçməlidirlər. Qarabağ məsələsində də, Təbriz məsələsində də tarixi şans yarana bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3138   Tarix: 07 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021