Putinin köməkçisi oliqarxlardan 500 milyard qoparmağı təklif etdi, səhm bazarı çökdü

Putinin köməkçisi oliqarxlardan 500 milyard qoparmağı təklif etdi, səhm bazarı çökdüRusiya prezidenti Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi Andrey Belousov öz şefinə məktub göndərərək 14 kimya, neft-kimya və metallurgiya şirkətlərindən prezidentin may fərmanlarının yerinə yetirilməsi üçün 500 milyard rubl götürməyi təklif edib.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, bura "Nornikel", "Alrosa", "Sibur", "Severstal" kimi iri şirkətlər daxildir.

Prezidentin köməkçisi öz təklifini belə əsaslandırıb ki, həmin şirkətlərin vergi yükü neft-qaz sahəsində işləyən şirkətlərin vergi yükünə nisbətən aşağı olub. Nəticədə onlar yüksək gəlirlər əldə ediblər. Nəticədə onlardan vergidən əlavə 500 milyard rubl tutub büdcəyə daxil etmək olar. Belousov 2016-cı ildə neft şirkətlərinin yüksək gəlirlərindən tutulmasını xatırladıb. Lakin vergi məcəlləsi şirkətlərin gəlirlərindən vergidən əlavə pul tutmaq üçün imkan yaratmadığından köməkçi Maliyyə Nazirliyinin müvafiq mexanizm hazırlamasını təklif edir.

Putinin mətbuat katibi Belousovdan belə təklif daxil olduğunu təsdiqləyib, amma bildirib ki, məsələ hələ öyrənilir və prezident təklifin hökumətdə baxılmasına razılıq verib. Qərar isə şirkətlərin investisiya imkanlarını saxlamaq şərti ilə qəbul ediləcək.

Putin bu ilin mayında növbəti dəfə prezident səlahiyyətlərinin icrasına başlayanda əhalinin sosial müdafiəsinin və rifahının gücləndirilməsinə dair bir sıra fərmanlar verib. Hansı ki, həmin fərmanları yerinə yetirmək üçün büdcədə vəsait nəzərdə tutulmayıb.

Belousovun Putinə göndərdiyi və "xidməti istifadə üçün" qrifli təklifin mətbuata sızmasından dərhal sonra Moskva fond birjasında şirkətlərin səhmlərini çökdürüb. Siyahıya daxil edilən şirkətlərin səhmləri orta hesabla 2.5-4 faiz ucuzlaşıb.

Təklifə Novolipetsk Metallurgiya Şirkətinin sahibi Vladimir Lisin dovşan haqda lətifə ilə cavab verib: "Dovşan, dəyişirsən?-Dəyişirəm!-Rublu 20 rubla?-Hə!-Dovşan, bəs bunun harası biznes oldu?-Görmürsən, rubl alıram, 20 rubl verirəm.-Məni axmaq hesab etmə, bunu görürəm. Dovşan, sən heç olmasa rentabelliyi hesablamısan?-Nəyimə lazımdır bu rentabellik, sən bir dövriyyəyə bax!"

Rusiya sənayeçilər və sahibkarlar İttifaqında isə lətifə danışmayıblar, ancaq təklifi tənqid ediblər və bildiriblər ki, təşəbbüs iqtisadiyyatda rəqabətədavamlılığın yüksəlməsinə xidmət etmir. Habelə investorların ölkədən qaçmasına təkan verə bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2792   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ermənistanda Rusiya kanallarının yayımı dayandırıla bilər

Ermənistanda Rusiya kanallarının yayımı dayandırıla bilər. TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib. O, qeyd edib ki, Rusiya telekanalları Ermənistanın daxili həyatına hörmətsizlik etsələr, onların yayımı qadağan olunacaq. "İmzalanmı

7 may
.

Kirayə villada dəhşətli qətl: Həyat yoldaşının mesajlarını gördü...

Mart ayında Türkiyənin Bursa şəhərində villada baş verən partlayış və yanğından sonrakı hadisənin təfərrüatları ortaya çıxıb. xarici mediaya istinadən xəbər verir ki, aparılan istintaq zamanı yanğın baş verilən meyitdə bıçaq zərbələrinin olduğu məlum olub. Bıçaq izləri olan şəxsi öldürdüyü iddiası il

7 may
.

Qovulan qız şagird, silahla məktəbə qayıdaraq atəş açmağa başladı - VİDEO

Türkiyədə davamsızlıq və intizam cəzası səbəbindən məktəbdən qovulan şagird, silahla məktəbin qapısına gəlib. xarici mediaya istinadən xəbər verir ki, məktəbə daxil olmaq istəyən, qapını təpiklə vuran və havaya bir neçə dəfə atəş açıb. Ətrafda və məktəb daxilində böyük çaxnaşma yaşanıb. Qız şagird qapın

7 may
.

Peskov Putin və Paşinyanın görüşündən danışdı

"Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kremldə keçiriləcək danışıqlar zəruri və gözləniləndir". Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Görüş zəruridir və hər iki tərəfdən gözlənilir", - deyə o, qarşıdakı danışıqlar

8 may
.

Kənddə sevgi zəmnində dəhşətli hadisə: Başı kəsilən meyit tapıldı - VİDEO

Türkiyənin kəndində suvarma kanalında başı kəsilmiş cəsəd tapılıb. xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı saxlanılan 3 nəfər saxlanılıb. Qətlin sevgi zəminində törədildiyi iddia edilir. Kastamonu mərkəzi Dereköydə suvarma kanalında tapılan başı kəsilmiş cəsədin təfərrüatları ortay

8 may
.

İnşaat şirkətindən mənzilləri ala bilməyən şəxs binanı yandırdı - VİDEO

Türkiyədə bir şəxs şirkətlə razılaşması olduğunu əsas gətirərək təxliyə əmrinə tabe olmadı. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs binaya benzin tökərək yandırıb. Həmin şəxs sökülənin binanın əvəzinə ona mənzil veriləcəyi deyildi halda verilməyib. Həmin şəxs bu sözləri deyob: "Mən

8 may
.

Rəqs edərək ərəb turistlərdən pul yığdı - VİDEO

Özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylan ilə tez-tez TikTok-da canlı yayımlar edən Türkiyənin məşhur aparıcısı Mehmet Ali Erbil bu dəfə restoranda etdiyi hərəkətlə gündəm olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Erbil restoranda rəqs edərək ərəb turistlərdən pul yığıb

7 may
.

Dünyanın ən zəngin 10 ölkəsi - 2024-cü il reytinqi

Qlobal pandemiya, yüksək inflyasiya və geosiyasi gərginlik dövründə bir xalqın varlı və ya kasıb olması nə deməkdir? Nisbi alıcılıq qabiliyyətinə uyğunlaşdırılmış adambaşına düşən ümumi daxili məhsul (ÜDM) qeyri-kamil olsa da, bizdə müəyyən təsəvvür yaradır. Kasıb ölkədə varlı olmaq istərdiniz, yoxs

6 may
.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

7 may