Dırnaq batması - SƏBƏBLƏR

Dırnaq batması - SƏBƏBLƏRBu çox yayılmış problemdir.

Dırnağın qıraqları ətrafdakı dəriyə girir və bu güclü ağrılara, iltihaba, irinlənməyə səbəb olur. Tibdə bu "onixokriptoz" adlanır.
Adətən bu pozulma ayaqlarda, əksər hallarda baş barmaqlarda inkişaf edir. Xəstəlik qadınlarda kişilərlə müqayisədə daha tez-tez müşahidə edilir.
Bu kiçik problem insana ciddi əzab verir - insan yeriyəndə əziyyət çəkir, ayaqqabı geyinə bilmir, gecə ağrıdan oyanır və s. Bu yerdə xoralar əmələ gələ bilər. Bu xüsusilə şəkərli diabet xəstəliyi olan insanlar üçün təhlükəlidir. Onlarda belə xoralar sağalmır və nəticədə hətta qanqrenaya və barmağın kəsilməsinə gətirib çıxarda bilər. Ən böyük problem isə ondan ibarətdir ki, hətta müalicə olunduqdan sonra bu xəstəlik tez-tez təkrarlanır (residivləşir).
Xəstəliyin əsas səbəbləri arasında:
- irsiyyət (dırnaqların forması)
- narahat, çox dar ayaqqabı geyinmək
- dırnaqların travmaları
- gigiyena qaydalarına əməl etməmək
- dırnaqların düzgün kəsilməməsi (dırnaqları yalnız düz kəsmək lazımdır, yumru kəsmək olmaz)
- bəzi xəstəliklər (xüsusilə şəkərli diabet)
- göbələk infeksiyası.
Xəstəliyin ilk simptomlarında mütləq cərraha müraciət etmək lazımdır. Xəstəlik özü-özündən keçmir, ev şəraitində onu müalicə etmək mükün deyil. Bəzən xəstələr xalq təbabəti vasitələrindən istifadə etməyə çalışır. Lakin bu problemi həll edə bilməz. Nəticədə isə xəstə vaxt itirir, xəstəlik isə daha da ağırlaşır.
Xəstəliyin ağır formalarında kiçik cərrahi əməliyyat tətbiq edilir. Bəzi hallarda dırqan qismən və ya tam çıxarılır. Hal hazırda bu problemlemlə mübarizə etmək üçün xüsusi müasir üsullar mövcuddur (lazerlə müalicə və s.). Bu üsulların tətbiqi xəstəliyin təkrarlanmasının qarşısını alır.
Xəstəliyin profilaktikası üçün gigiyena qaydalarına əməl etmək (hər gün ayaqları yumaq, corabları dəyişmək və s.), dırnaqları düzgün kəsmək (yalnız düz, yumru yox), göbələk infeksiyanın ilk simptomlarında (dırnaqların saralması, ovulması və s.) həkimə müraciət etmək, rahat ayaqqadı seçmək lazımdır.

Dırnaq batması - SƏBƏBLƏRsağlamolun.az


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 4015   Tarix: 07 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərzaqlar mənfi kalorilidir

Bəzi ərzaqlar sıfır və mənfi kaloriliyə malikdir. Söhbət o qidalardan gedir ki, onların həzm prosesinə tərkibində olduğu miqdarda və ya daha artıq kalori sərf olunur. "Qafqazinfo" xəbər verir ki, bu siyahıya göyərti, xiyar, yosunlar, kələm, qabaq, qulançar daxildir. Məsələn, xiyarın bir parçasınd

2 dekabr
.

Görmə qabiliyyətini yaxşılaşdıran 12 qida (SİYAHI)

Gözlər üçün faydalı qida maddələri - sink, omeqa-3 yağ turşuları, A və C vitaminləri - yaşla bağlı xəstəliklərin riskini azaltmağa kömək edir. Lazımi maddələrin hamısını qidalardan almaq mümkündür. Qaynarinfo xəbər verir ki, "Very Well Health" görməni yaxşılaşdırmaq üçün nə yemək lazım olduğun

12 dekabr
.

Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var

Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri

1 dekabr
.

Şirniyyat sizi kökəldir?

Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır. Axşam.az xəbər verir ki, bəziləri gün ərzində şirniyyat yemədən dayana bilmirlər. Bu bəzən xəstəlik də ola bilir. Bunun üçün şirniyyat həvəsinin nədən yarandığını öyrənmək üçün əvvəlcə həkimə müraciət etməyiniz məsləhətdir. Əks halda şirniyya

9 dekabr
.

Bu şokoladı şəkər xəstələri də yeyə bilər

Hər yaşda insanın istifadə etdiyi şokolad mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir, lakin təmiz kakaodan hazırlanan tünd şokoladın sağlamlığa faydaları diqqət çəkir. Tərkibində şəkər və ya əlavələr olmayan tünd şokoladın antioksidant xüsusiyyəti kimi bir çox faydası var. "Qafqazinfo"

13 dekabr
.

Öskürəyin təbii üsullarla müalicəsi

Demək olar ki, hər kəs öskürəyin nə qədər narahatedici olduğunu qəbul edir. Sadə bir öskürək belə həftələrlə davam edə, boğaz ağrısına, əzələ gərginliyinə və yuxu pozuntularına səbəb ola bilər. Bu səbəbdən öskürəyin aradan qaldırılması üçün müxtəlif vasitələrin axtarılması və bu sahədə geniş bir bazarı

15 dekabr
.

Gecələr şirniyyat yemək zərərlidirmi? - Şəkərin yuxuya təsiri

Əlavə şəkərin həddindən artıq qəbulu ürək-damar xəstəlikləri, ikinci tip diabet və zəif yuxu riski ilə əlaqələndirilir. Qaynarinfo xəbər verir ki, bu barədə "Eatingwell" nəşri yazıb. Məqalənin məzmunu diyetoloq və diplomlu həkim Cessika Boll tərəfindən yoxlanılıb və təsdiqlənib. Bildirili

15 dekabr
.

Qış aylarında göz quruluğu və infeksiyalar artır - Həkimdən xəbərdarlıq

Qış aylarının başlaması ilə soyuq hava, külək və qapalı məkanlarda yaranan quru mühit göz sağlamlığına mənfi təsir göstərməyə başlayıb. türk mediasına istinadən xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis, Dr.Faik Engin Azman bu dövrdə göz quruluğu, infeksiyalar və rəqəmsal ekran istifadəsi il

15 dekabr
.

Səhər yeməyini ötürsək nə baş verər?

Bir çox insan səhər yeməyinin boş buraxılmasının gün ərzində daha bol bir naharla asanlıqla kompensasiya oluna biləcəyini düşünür. Lakin insan orqanizmi öz qədim və sərt qanunları ilə işləyir və səhər yeməyinin buraxılması bədən üçün ciddi xəbərdarlıq siqnalıdır. -a istinadən xəbər verir ki, uzun müddə

18 dekabr