Yeni metro stansiyasının tikintisinin daha bir mərhələsi yekunlaşdı

Yeni metro stansiyasının tikintisinin daha bir mərhələsi yekunlaşdıCeyhun Səlimov küçəsində, hərbi hospitalın qarşısında inşa olunan Bənövşəyi xəttin 3-cü stansiyasının tikintisinin daha bir mərhələsi yekunlaşıb.

Sonxeber.az xəbər verir ki, stansiyanın dəmir-beton konstruksiya işləri başa çatdırılıb və növbəti mərhələnin işlərinə başlanılıb.

Şərti adı "B-3" olan stansiyanın ərazisində 240 kub metr həcmə malik 2 su anbarının və nasosxanalarının tikintisi də yekunlaşır. Onlardan biri içməli su ehtiyatı, digəri yanğınsöndürmə hovuzudur. Stansiyada havalandırma şaxtasının inşası da son mərhələdədir.

Yeddi vaqonlu qatarların qəbulu üçün nəzərdə tutulan platformanın tam uzunluğu 166.98 m-dir. Burada yol divarında və döşəmədə üzlük işlərinin aparılması üçün imkan yaradılıb. Hətta ilkin üzləmənin əlamətləri də görünür. Divar səthinə keramoqranitin, döşəməyə isə qranitin düzülməsinə başlanılıb.

Bütün mərtəbələrdə dəmir-beton konstruksiya işləri başa çatdığından, komunikasiya xətləri, kabel kollektorları, stansiya avadanlıqlarının yerləri üzlükçülərin ixtiyarına verilib, sonrakı mərhələdə isə quraşdırıcılara ötürüləcək.
Əhəmiyyətli yeniliklərdən biri, stansiya divarının arxasından perspektiv planda nəzərdə tutulmuş Mavi xəttin stansiyasına keçid də indidən nəzərdə tutulur. Gələcəkdə Yasamal yaşayış sahəsi ilə Bakıxanov qəsəbəsini birləşdirəcək Mavi xəttin şərti adı "M-03" olan stansiyasına aparan piyada tuneli başlanğıcını buradan götürəcək.
Bənövşəyi xəttin "Memar Əcəmi" stansiyasını "B-03″stansiyası ilə birləşdirən Tunellərdə 1300 metrə yaxın yol qoyulub və betonlanıb. Yol davamiyyəti olan stansiyanın keçid kamerasında isə yolun konturları yerə bərkidilmiş reperlərlə müəyyən edilib.

Qeyd edək ki,tikintinin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1896   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şirkətin kapitalı öz ölkəsinin iqtisadiyyatından böyükdür - Vətəndaşlar narahatdır

Bu şirkətin kapitalı öz ölkəsinin iqtisadiyyatından böyükdür - Vətəndaşlar narahatdır. Diabet və piylənmənin müalicəsi üçün ən populyar dərmanları "Ozempic" və "Wegovy"nin yaradıcısı "Novo Nordisk" (Danimarka) Avropada ən bahalı şirkətdir və onun böyük uğuru öz ölkəsini

2 may
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

2 may
.

"Forumun ölkəmizdə keçirilməsi işğaldan azad edilən ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir"

"Azərbaycan növbəti nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, mayın 1-də "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb. Üç gün davam edəcə

2 may
.

Sumqayıtda 15 yaşlı qız itkin düşüb

Sumqayıtda 15 yaşlı qız itkin düşüb. "Report" xəbər verir ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Aylin Müşviq qızı Hüseynova Kimyaçılar qəsəbəsində yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib

2 may
.

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Ehtiyatlar Agentliyi "Karat Holdinq" şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, müqavilə ərzaqlıq buğdanın saxlanma xidmətinin satın alınması ilə bağlıdır. "Karat Holdinq" MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapital

2 may
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

2 may
.

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

"Reges Alçı-Zavod" MMC (VÖEN - 0201402321) ləğv olunaraq "Reges Sement" MMC-yə (VÖEN – 0900110221) qoşulduğunu elan edib. xəbər verir ki, hər iki şirkətin hüquqi ünvanı Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Böyük Düz kəndində yerləşir. Ləğv olunan "Reges Alçı-Zavod"

2 may
.

Cəbrayıl rayonunun Horovlu kəndi belə tikilir - VİDEO

Cəbrayılın Horovlu kəndində tikinti işləri davam edir. xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb. Qeyd olunub ki, ilk mərhələdə 334 fərdi yaşayış evinin inşası həyata keçirilir

2 may
.

Neftçilər prospekti bağlandı

Bakının Səbail rayonu, Neftçilər prospekti istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, buna səbəb Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində su xəttində yaranan proble

2 may