Heydər Əliyevin "Nəsimi" filmi üçün aldırdığı xalçaları oğurlamışdılar - Rasim Balayev
"Babək" filmində geyindiyim paltarı özümdə saxlamaq istəyirdim, vermədilər. Amma sonradan kinostudiya bərbad günə qaldı. O vaxtlar filmlərdə aktyorların istifadə etdiyi geyimləri naftalinləyib kostyum sexində saxlayırdılar. Kostyum sexində hətta 30-cu illərin də geyimləri var idi.
Bu fikirləri ölkə.az-a açıqlamasında məşhur kinoaktyor, xalq artisti Rasim Balayev səsləndirib. Sənətkar bildirib ki, bir müddət öncə kinostudiyada gördüyü mənzərəyə qəhərlənib:
"Bir dəfə kinostudiyaya getdim, məni ağlamaq tutdu. Baxırsan ki pencəkdir, amma kürəyi yoxdur, güvə yeyib. Bir neçə il baxımsız qaldığına görə hamısı məhv oldu. Orada bahalı gəbələr var idi. Oğurladılar, yerinə şəlpə qoydular. "Nəsimi" filmi üçün on ədəd xalça alınmışdı. Rəhmətlik Heydər Əliyev həmin xalçalara böyük pul ayırmışdı. Çox bahalı xalçalar idi. O vaxt elə xalça tapılmırdı".
Xalq artisti bildirib ki, indiyə kimi çəkildiyi filmlərdən ona yalnız iki əşya qalıb:
"Heç "Nəsimi" filmindəki geyimin də harada olduğunu bilmirəm. Düşündüm ki, özümdə saxlayaram, sonra hansısa muzeyə verərəm. Babəkdən məndə bircə toxunma və qılınc qalıb.
Ədil İsgəndərovdan sonra kinostudiya dağıldı, dövlət ora baxmadı, ixtisarlar getdi. O vaxt kinostudiyanın 1200 işçisi vardı, həyat qaynayırdı, indi gedirsən 10-15 işçi var. Yiyəsiz qəbiristanlığa oxşayır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQaxın möhtəşəm Kürmük məbədi - VİDEO
Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj
26 avqust 2021Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU
Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr
5 iyul 2021"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB
Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız
11 iyul 2021Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası
Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"
18 iyul 2021Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar. xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək
27 iyun 2021Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək
A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini
3 iyul 2021