Prezidentin işdən çıxardığı icra başçısı Elmar Vəliyev kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev E.R.Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sonxeber.az xəbər verir ki, sərəncama əsasən, Vəliyev Elmar Rüstəm oğlu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
E.Vəliyev bu vəzifəyə prezidentin 2011-ci il tarixli sərəncamına əsasən təyin edilmişdi.
E.Vəliyev 1960-cı ildə Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olub.
1979-cu ildən 1986-cı ilə qədər Azərbaycan Texnologiya Universitetində təhsil alıb, mühəndis-texnoloq ixtisasına yiyələnib.1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 2001-ci ildə həmin fakültənin məzunu olub.
Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi vəzifəsində çalışıb.
1983-cü ildən əmək fəaliyyətini Gəncə Tikiş Fabrikində davam etdirib və 1989-cu ilədək həmin fabrikdə mühəndis vəzifəsində işləyib.
1989-cu ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib.
1990-cu ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub.
1994-cü ildən 2001-ci ilə qədər Yevlax Rayon Gömrükxanasının rəisi vəzifəsində, 2001-ci ildən 2004-cü ilə qədər isə Azərbaycan Dövlət Gömrük Komitəsinin rəis müavini vəzifəsində işləyib.
2004-cü ildən 2011-ci ilə kimi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı olub.
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilmişdi.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.
Qeyd edək ki, icra başçısı vəzifəsindən azad edilən Elmar Vəliyev 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində mühafizəçisi Qasım Aşbazov ilə birgə İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilmişdi.
Hazırda icra başçısının vəziyyəti qənaətbəxş hesab olunur.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4948 Tarix: 28 avqust 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabr