Azərbaycan banklarının problemi: vaxtı keçmiş kreditlərin məbləği artıb

Azərbaycan banklarının problemi: vaxtı keçmiş kreditlərin məbləği artıbAzərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 782,1 mln. manat təşkil edib.

Sonxeber.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 2,1% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 9,55% artıb, ötən il avqustun 1-nə nisbətən isə 1,7% azalıb.

İyulun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,6% təşkil edib. Bu nisbət iyunun sonuna 14,4%, ötən il iyulun sonuna isə 14,1% təşkil edib.

İqtisadiyyat   Baxılıb: 1939   Tarix: 03 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR