Tramp Azərbaycan neftinin qiymətini aşağı sala biləcəkmi? - DEPUTAT AÇIQLADI

Tramp Azərbaycan neftinin qiymətini aşağı sala biləcəkmi? - DEPUTAT AÇIQLADIABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında neftin qiymətlərini həddindən artıq artırılmış hesab etdiyini və qiymətin azaldılmasında maraqlı olduğunu bəyan etmişdi. D. Tramp demişdi ki, OPEK-in fəaliyyətini xoşlamır və bu təşkilatın üzvlərini qalan dünyanı soymaqda ittiham etmişdi. Bəs görəsən D. Tramp neftin qiymətini niyə aşağı salmaq istəyir və buna nail ola bilərmi?

Məsələ ilə bağlı Sonxeber.az-a münasibət bildirən Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, D. Trampın neftin qiymətinin dəyişməsi, daha doğrusu onun qiymətinin aşağı salınması ilə bağlı OPEK qarşısında tələbi var.

Onun sözlərinə görə, bununla paralel olaraq, Amerika neftin qiymətinin yüksəlməsinə siyasi cəhətdən də şərait yaradır: "Belə ki, Vaşinqtonun bir sıra ölkələrə, xüsusən İrana qarşı sanksiyalar tətbiq etməsi və bu ölkənin xaricə neft ixracına mane olması fonunda bazarda qıtlıq və gözlənti yaranır ki, bu da "qara qızıl"ın qiymətinin daha çox bahalaşmasına gətirib çıxarır".

Millət vəkili hesab edir ki, ABŞ dünya bazarında neftin qiymətinin daha çox aşağı salınmasına dünyada və eyni zamanda öz iqtisadiyyatlarının inkişafı üçün yeni bir fürsət kimi baxır: "ABŞ-da düşünürlər ki, neftin qiymətinin yüksək olması Amerika iqtisadiyyatının, xüsusən də istehsalçıların məhsul istehsalı və ixracında maya dəyərini artıracaq. Bu baxımdan onların tələbi başa düşüləndir".

T. Mirkişilinin fikrincə, bu yolla neftin qiymətində dəyişiklik etmək qeyri-mümkündür: "Çünki qiyməti bazar, tələb-təklif müəyyən edir. Digər tərəfdən İranı əvəz edə biləcək digər ölkələrin neft hasilatını o dərəcədə artırmaq imkanları məhduddur. Özləri də etiraf ediblər ki, istehsalı bu dərəcədə artırmaq mümkün deyil. Buna görə də indiki sanksiyalar şəraitində neftin qiymətinin yüksələcəyi və yalnız bazarın tələb-təkifinin müəyyən etdiyi qiymətlərin olacağı gözləniləndir".

Bəzi ekspertlərin 1 barel neftin qiymətinin 100 dollaradək qalxa biləcəyi proqnozlarına gəlincə, deputat vurğulayıb ki, indi bütün məsələ İranın öz neftini xaricə çıxarıb-çıxara bilməyəcəyindən asılıdır: "Belə ki, bir tərəfdən İranın öz neftini xarici ölkələrə sata bilməməsi üçün ABŞ-ın sanksiyaları var, digər tərəfdən isə İrandan neft alan ölkələrin "qara qızıl"a görə ödənişi başqa ödəmə sistemilə həyata keçirməklə bağlı planları mövcuddur. Əgər bu plan baş tutarsa, neftin qiymətini çox yüksələcəyini gözləmək olmaz. İran neftini satmaq mümkün olmayacaqsa, yaxud Suədiyyə Ərəbistanı və digər neft ölkələrinin Hörmüz boğazı ilə bağlı ortaya qoyduğu mövqe ilə bağlı müəyyən hadisələr, siyasi hadisələr baş verərsə, neftin qiymətinin daha da qalxma imkanı var. Bütün bunlar daha çox iqtisadi deyil, siyasi səbəbərdir. İndiki halda siyasi səbəbləri proqnozlaşdırmaq çox çətindir".

Məftun Salmanov


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2575   Tarix: 27 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda ən çox bahalaşan məhsullar məlum oldu

2026-cı ilin iyun ayında cəmi məhsul və xidmətlər üzrə istehlakçı qiymətləri indeksi illik əsasda 5.8% artıb. bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir. Qiymətləri dövlət tərəfindən tənzimlənən, həmçinin mövsümi xarakter daşıyan məhsul və xidmətləri

12 avqust
.

İdxal 27,6% azaldı: Azərbaycanda xaricdən məhsul alışları niyə kəskin düşüb? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanın xarici ticarətində ilin ilk yarısında diqqətçəkən dəyişiklik baş verib. Yanvar-iyun aylarında ölkənin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz azalaraq 8,34 milyard dollar təşkil edib. Rəqəmlər ilk baxışdan Azərbaycanın xaricdən daha az məhsul almağa başladığını göstərsə də

14 avqust
.

Azərbaycanın Çexiya ilə ticarəti yarım milyard dolları ötdü

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 529,7 milyon dollar təşkil edib. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb. Hesabat dövründə ölkədən Çexiyaya ixrac 499 milyon dollar təşkil edib. Azərbaycanı

5 avqust
.

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 25,2 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu il iyunun 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

27 iyun
.

Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 65,724 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur. Təkcə iyunda isə Türkiyə Azərbaycana 10,022 milyo

12 iyul
.

"Cənub Qaz Dəhlizi"nin aktivləri 8 %-dən çox artıb

"Cənub Qaz Dəhlizi" QSC (SGC) 2025-ci ili 1 milyard 630,854 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 4,7 % azdır. Ötən il SGC-nin əməliyyat gəlirləri 2 milyard 986,204 milyon ABŞ dolları (əvvəlk

13 avqust
.

Qızıl bahalaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,67% artaraq 4 018,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c

18 iyul
.

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 37 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 36,407 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,9 % çoxdur. Təkcə iyulda Türkiyə Azərbaycana 7,623 milyon ABŞ dolları dəyərind

10 avqust
.

Dünya bazarında neft ucuzlaşdı

Avqustun 13-də neftin qiyməti azalıb. Bu barədə İnterfaks.ru-ya istinadən məlumat verir. Bakı vaxtı ilə saat 09:13-də Londonun "ICE Futures" birjasında oktyabr ayı üçün "Brent" markalı neft füçersləri 4 sent ucuzlaşaraq, barel üçün 88,94 dollara enib. Nyu-York Ticarət Birjasında (NYMEX

13 avqust