Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Bu gün "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar Sevil Əliyevanın doğum günüdür. Onun 63 yaşı tamam olur.
Ümumilli lider Heydər Əliyevin qızı, dövlət başçısı İlham Əliyevin bacısı Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alan Sevil Əliyeva, daha sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub.
Sevil Əliyeva tarix elmləri namizədidir və 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir. O, bir çox musiqi əsərlərinin müəllifi olmaqla yanaşı, 20-yə yaxın filmin bəstəkarıdır. 2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi "Ze qaleri of Sevil" musiqi albomu təqdim olunub.
Hazırda Londonda yaşayan Sevil Əliyeva ailəlidir və 3 övladı var. Onun böyük oğlu Giraf idmanla məşğuldur. O, 2012-ci ildə Las-Veqasda keçirilən pauerliftinq üzrə dünya çempionatında Azərbaycanı təmsil edib və V yeri tutub.
Kiçik oğlu Azər Əliyev hazırda Azərbaycan Ağır Atletika Feferasiyasnın vitse-prezidentidir.
Qeyd edək ki, Sevil Əliyevanın mərhum anasının adını daşıyan Zərifə adlı qızı da var.
Sevil Əlieyvanın ömür yolunun müxtəlif yaş dövrlərində ailəsi ilə çəkilmiş fotolarını təqdim edirik:





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8038 Tarix: 12 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaşar Nurinin qızı tənqidlərə cavab verdi - Video
Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı bacısı vəfat edəndən bir neçə gün sonra efirə çıxmasına görə tənqid olunub. Axşam.az xəbər verir ki, Ülkər efirdə və sosial şəbəkədə onu tənqid edənlərə cavab verib. "Sözüm efirdə olan insanlaradır. Boş və çox danışırlar. Niyə həmişə mən hədə
17 dekabrÖlkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi
Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki
16 dekabr18 yaşadək işçilərlə bağlı yenilik
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə
16 dekabr"Yerdəki 100 manatı götürmək istəyəndə yıxıldı" - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıxılaraq xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, şahidlər hadisənin detalları barədə "Baku TV"yə danışıblar. "Yerdə 100 manat var idi. Onu götürmək üçün döşəmənin üstünə hoppandı. Həmin yer qırıldı və aşağ
15 dekabrTülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi
Kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənləri
16 dekabr