"Müasir ailə əbədi birlik ideyasından uzaqlaşaraq, son istifadə tarixi olan bir müqaviləyə çevrilməkdədir" - AÇIQLAMA
Müasir dövrdə ailə institutunun zəifləməsinin altında bir yox, bir neçə ciddi səbəb yatmaqdadır. Bəs bu səbəblər nələrdir?
Sosioloq Yusif Nəbiyev bu barədə Sonxeber.az -a danışıb:
"Bunları sıralayacaq olsaq, ilk növbədə qloballaşma fonunda fərdiyyətçi, materialist qərb dəyərlərinin yayılması və yerləşməsini qeyd edə bilərik. Fərdi azadlıq və zövqlərin ictimai norma və öhdəliklərdən daha öndə durduğu şəraitdə insanların ailəni sabit sosial institutdan daha çox müvəqqəti razılaşma kimi görməsi xoş mənzərə olmasa da başa düşüləndir.
Üstəlik, müasir insan artıq həyatını hazır ssenarilərlə deyil, fərdi və situativ qərarlarla qurur. Ailə də bu fonda "məcburi struktur" kimi yox, istənilən vaxt ləğv edilə bilən elastik bir müqavilə kimi qəbul olunur.
Digər mühüm səbəblərdən biri cinsəlliyin "outsource" edilməsidir. Təəssüf ki, porno sektoru, ifrat açıq-saçıqlığı normaya çevirən film, reklam, musiqi industriyaları qadın bədənini kişi üçün olduqca əlçatan, adi bir şeyə çevirir. Eyni formada sosial şəbəkələr qadınlara da istədikləri qədər kişiyə öz gözəlliklərini nümayiş etdirmə imkanı verir. Belə bir şəraitdə nə ər arvadına, nə də arvad ərinə cinsi yöndən möhtac və bağlı olmur. Fərqli alternativlərin ifrat bolluğu ailənin önəmli sementlərindən biri olan cinsəlliyi ailənin monopoliyasından çıxarır.
Deyilənlərə paralel olaraq iqtisadi qeyri-sabitlik də ailənin təməllərini zəiflədən amillər arasında yer alır. Gəlir qeyri-müəyyənliyi, mənzil problemi, uzunmüddətli plan qura bilməmək ailəni qoruyucu mexanizm olmaqdan çıxarır və hətta bir çox insan üçün əlavə stress mənbəyinə çevirir. İnsanlar artıq ailəni təhlükəsizlik təminatçısı kimi yox, əlavə məsuliyyət kimi görürlər.
Kobud formada desək, müasir ailə əbədi birlik ideyasından uzaqlaşaraq, son istifadə tarixi olan bir müqaviləyə çevrilməkdədir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 777 Tarix: 16 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
1 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrAzərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
1 noyabrMedia və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr