Zamirə Hacıyevanın 21 milyon dollarlıq alış-veriş etdiyi Harrods dükanı haqqında 5 fakt

Zamirə Hacıyevanın 21 milyon dollarlıq alış-veriş etdiyi Harrods dükanı haqqında 5 faktBahalı satışları və yaşıl torbaları ilə tanınan Londonun məşhur Harrods dükanı, dünyada ən böyük və ən tanınmış alış-veriş mərkəzlərindən biridir.

Yeddi mərtəbəli Harrods dükanında dəbdəbəli və gündəlik istifadə olunan əşyalar satılır. Dükanda, əsasən, imkanlı, zəngin insanlar alış-veriş edirlər.

Sonxeber.az "BBC Azərbaycanca"ya istinadən xəbər verir ki, bu günlərdə isə onun adı daha çox Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva ilə hallanır.

Xanım Hacıyevanın 10 il ərzində burada 16 milyon funt sterlinq (35.85 milyon manat) xərclədiyi bildirilir.

"Hər şey insanlar üçün, hər yerdə"

Dükan hər il dünyanın müxtəlif yerlərindən, təxminən, 15 milyon müştəri cəlb edir. Onun devizi isə Omnia Omnibus Ubique - yəni "Hər şey insanlar üçün, hər yerdə"dir.

Londonun zəngin Knightsbridge rayonunda yerləşən dükanın əsası 1849-cu ildə Charles Henry Harrod tərəfindən qoyulub. İlk günlərdə dükanın sadə bir otağı olub və iki satıcı işləyib. Həmin vaxtlar dükanda, əsasən, çay və ərzaq məhsulları satılırdı.

1880-ci ildə isə Harrods artıq genişlənmiş univermaq idi və orada dərman məhsullarından tutmuş, ətir, geyim və ərzağa qədər müxtəlif məhsullar satılırdı. Onun müştəriləri isə əsasən varlılar idi.

Yanğından sonrakı Harrods

Onun daha da genişlənməsinə isə 1883-cü ildə baş vermiş yanğın mane olur. Yanğından sonra onun binası tamamilə dağılır. Bu isə dükanın sahiblərini həvəsdən salmır. Onlar dükan üçün hazırda da fəaliyyət göstərən binanı inşa etdirirlər.

Harrods 1889-cu ildə ictimai şirkətə çevrilir. 1890-cu ilə qədərsə onun nəzdində bank və əmlak agentliyi yaradılır. Bundan başqa dükanın bir şöbəsində 1970-ci illərə qədər ekzotik ev heyvanları satılıb.

Dünyanın ilk eskalatorlarından biri də 1898-ci ildə məhz Harrodsda quraşdırılıb.

Müharibə dövrünün dükanı

İkinci Dünya Müharibəsi illərində dükan dəbdəbəli malların satışını dayandıraraq, uniformaların və paraşütlərin istehsalına başlayır.

Müharibə zamanı Harrodsun binasına V2 roketi düşür.

Müharibədən sonra 1959-cu ildə isə onu daha bir tanınmış univermaq qrupu olan House of Fraser alır.

Məhəmməd Əl-Fayed dövrü

1985-ci ildə dükanı misirli iş adamı Məhəmməd Əl-Fayed və qardaşı Əli alır. Onlar House of Fraserə bunun üçün 615 milyon funt sterlinq ödəyirlər.

Harrods iki dəfə İrlandiyanın İRA silahlı qruplaşması tərəfindən bomba hücumuna məruz qalıb. 1983-cü ildə yaxınlıqda avtomobilin partlaması nəticəsində altı nəfər həlak olub, 75 nəfər yaralanıb.

1993-cü ildə isə dükanın qarşısındakı zibil qabında bomba partlaması zamanı dörd nəfər xəsarət alır.

Dükan 1989-cu ildə mübahisələrə səbəb olan bir addım atır. Dükanda açıq-saçıq və çimərlik paltarları, velosiped sürərkən geyinilən ətək və sandal geyinmək qadağan edilir.

2000-ci ilə qədər Harrods imperiyası daha da genişlənərək aeroport və QE2 kruiz gəmisində dükanlara sahib olur.

Misir otağı, Dodi və Şahzadə Dianaya abidə...

Cənab Əl-Fayed dükana özünəməxsus əlavələr edib. Onların arasında diqqət çəkəni Misir otağı olur. Burada onun bir neçə büstü yerləşdirilir.

Oğlu Dodi və Şahzadə Diananın avtomobil qəzasında həlak olmasından sonra o, 1997-ci ilin avqust ayında cütlüyün xatirəsinə abidə qoyub.

2010-cu ildə cənab Əl-Fayed Harrodsu 1.5 milyard funt sterlinqə (təxminən 1.9 milyard dollar) Qətər kral ailəsinə satır.

Hazırda dükanda təxminən 4000 işçi çalışır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1320   Tarix: 12 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda Qurban bayramı qeyd edilir

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Qaynarinfo xəbər verir ki, Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir. Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq

27 may
.

"AF Mall"un üzlüyü qoparaq qadının üstünə düşdü

Bakıda "AF Mall" Ticarət Mərkəzinin üzlüyü qoparaq yerə düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə nəticəsində bir qadın xəsarət alıb. Hadisəyə səbəb kimi şiddətli dolunun yağması göstərilir

26 may
.

Bakıda bu məktəb BAĞLANDI - Rəsmi AÇIQLAMA

Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Qışlaq sahəsində yerləşən 122 nömrəli ümumi orta ümumtəhsil məktəbi bağlanıb. xəbər verir ki, bununla bağlı Bizim.Media-ya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri müraciət ediblər. Onlar iddia edirlər ki, may ayının 24-ü (bazar günü) müəllimlər valideynlər

27 may
.

Mentor, "yaşam koçu", motivasiya təlimçisi: Dəstək, yoxsa bahalı trend? (VİDEO)

Mentor, motivasiya təlimçisi, "yaşam koçu": son illər həm sosial şəbəkələrdə, həm də gündəlik həyatımızda bu adlara tez-tez rast gəlirik. Onlar insanlara ən yaxşı liderlik, münaqişələrin həll edicisi, şirkət təmsilçiliyi, üstün zəka qazanmaq vədləri verirlər. Bir vaxtlar yalnız psixoloq v

29 may
.

Bakı doludan əvvəl...

Xəbər verdiyimiz kimi, Bakıda güclü leysan və dolu qeydə alınır. "Qafqazinfo"nun məlumatına görə, təbiət hadisəsindən əvvəl paytaxt səmasında buludların ecazkar görüntüsü müşahidə olunub

26 may
.

Restoranlarda müştərilərdən servis haqqının tutulması qaydaları - Qanun nə deyir?

Ölkədə fəaliyyət göstərən bəzi restoranlarda müştərilərdən ümumi xidmət haqqından əlavə, müxtəlif məbləğlərdə servis haqqı da tutulur. -ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu restoranlarda müştərilərdən tutulan həmin servis haqları ilə bağlıdır. Müştəridən nə zaman servis haqqı tutul

28 may
.

Beyləqanda altıotaqlı ev yanaraq külə döndü

Beyləqanda altıotaqlı ev yanaraq külə dönüb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonunun Qəhrəmanlı kəndində baş verib. Məlumata görə, kənd sakini Bəhmən Etibar oğlu Kərimova məxsus 6 otaqlı yaşayış evində baş verən yanğın nəticəsində ev və içərisindəki əşyalar tamamilə yanara

29 may
.

"Ev tapşırıqları süni intellektdən köçürülə biləcək faktoloji suallardan ibarət olmamalıdır" - TƏHSİL EKSPERTİ

Süni intellekt alətlərinin, xüsusilə ChatGPT-nin məktəblilər arasında geniş yayılması təhsil sahəsində yeni müzakirələr yaradıb. Bir çox valideyn və müəllim hesab edir ki, şagirdlərin ev tapşırıqlarını ChatGPT vasitəsilə hazırlaması onların araşdırma və düşünmə bacarıqlarına mənfi təsir göstərə bilər

26 may
.

Səyahətdən sonra "jet lag"ı ən qısa müddətdə necə keçirmək olar?

Uzunmüddətli uçuşlardan sonra günlərlə davam edən yuxu pozğunluğu, halsızlıq və yorğunluqla mübarizə aparan sərnişinlər artıq texnologiyanın köməyi ilə bu problemi daha tez həll edirlər. Xüsusilə "Timeshifter" kimi elmi verilənlərə əsaslanan tətbiqlər fərdə özəl "jet lag planları"

27 may