Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır - VİDEO

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır - VİDEOİçərisi sərnişinlə dolu olan avtobus qapısı açıq şəkildə hərəkət edir. Bir neçə sərnişin isə avtobusdan sallaşaraq gedir.

Təhlükəli kadrlar ötən gecə Biləcəri qəsəbəsi ərazisində çəkilib. Göndərilən kadrlardan aydın olur ki, 91 saylı xəttə aid dövlət qeydiyyat nişanı ''90-FE-434'' olan sərnişin avtobusunun içərisi sərnişinlə doludur. Buna görə də bəzi sərnişinlər qapısı açıq avtobusdan sallaşaraq gedirlər.

Həmin avtobuslar Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından Biləcəri qəsəbəsinə sərnişin daşıyır. Avtobusdan mütəmadi istifadə edən sərnişinlər deyirlər ki, bəzi hallarda belə problemlərlə qarşılaşırlar. Onlar xətdəki avtobusların sayının az olmasından narazıdırlar.

Sürücülər isə günahı sərnişinlərdə görürlər. Onların sözlərinə görə, bəzi sərnişinlər avtobusun qapısını bağlamağa imkan vermirlər.

91 saylı xəttin dispetçeri Araz Gülməmmədov deyir ki, sözügedən görüntülərlə bağlı daşıyıcı şirkət tərəfindən müəyyən tədbirlər görüləcək. Onun sözlərinə görə, 91 saylı xətdə ümumilikdə 14 avtobus xidmət göstərir.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin görüntülərdə sərnişindaşıma qaydaları pozulub. Vətəndaşlar bu kimi hallarla qarşılaşanda polisə məlumat verməlidirlər. /xezerxeber.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 826   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021