Prezident deputatı yüksək vəzifəyə təyin etdi - FOTO
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə yeni vəzifəyə təyin olunub.
Anews.az modern.az-a istinadən saytının məlumatına görə, Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə gətirilib.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Fondun direktoru Sabir Əhmədov idi. S.Əhmədov Prezidentin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə aparılıb.
Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib.
1997-ci ildə Güzdək Tikinti materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filalında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filalında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filalın müdiri işləyib.
Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 noyabr 2015-ci ildə 121 saylı Laçın seçki dairəsindən beşinci çağırış üzrə Milli Məclisin deputatı seçilib.
M.Abbaszadə iqtisadçıdır, iqtisadiyyat üzrə elmlər namizədidir.
Ailəlidir. İngilis, rus, türk dillərini bilir.

Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 13439 Tarix: 15 noyabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTaleh Qaraşovun oğlu general oldu
Bu gün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşına ali hərbi və ali xüsusi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, həmin şəxslərdən biri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşovdur
15 dekabrVardanyanın məhkəmə istintaqı yekunlaşdı
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses
16 dekabrNəsimi Ağayev Paşinyanı erməni dilində salamladı - Video
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində Almaniya Xarici Siyasət Cəmiyyətində keçirilən tədbir zamanı Ermənistan Baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntüləri "Sputnik Ermənistan" yayıb. Paşinyana ermən
10 dekabrİlham Əliyev Avstraliyanın baş nazirinə başsağlığı verdi
Prezident İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı məktubu ünvanlayıb. -a istinadən məktubun mətnini təqdim edir:. "Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barəd
15 dekabrVardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses
12 dekabr