Arnold Şvartseneggerdən həyatınızı dəyişəcək QİYMƏTLİ SÖZLƏR

Arnold Şvartseneggerdən həyatınızı dəyişəcək QİYMƏTLİ SÖZLƏR"Məni necə istəyirsiniz çağıra bilərsiniz, amma mən özü özünü yaradan insan deyiləm. Bu, böyük bir yalan olardı. Əvvəlcə valideynlər mənə sevgi verdi, müəllimlər dərs öyrətdi, sonra idman məşqçiləri, qida üzrə mütəxəssisləri öz məsləhətlərini verdilər. Film çəkilişlərində yüzlərlə insan köməyini məndən əsirgəmirdi. Və milyonlarla qubernator seçilmək üçün mənə səs verib. Mən necə deyə bilərəm ki, özüm özümü yaratmışam?"

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, bu sözlərin müəllifi dünya şöhrətli aktyor, Kaliforniyanın keçmiş qubernatoru Şvartseneggerdir. Bu yazıda oxucuları məşhurun müsahibələrində dediyi hikmətli fikirləri ilə tanış edib.

"İrəliyə doğru hərəkət etmək üçün həmişə gücüm olub. Adi şeylər məni qane etmir. Öz uğurumu çox aydın görürdüm: hər gün 5 saat məşq + dərin inam yaxşı bodibilder olmaq üçün kifayət idi".

"Başqa hər şey idmanda əldə olunan nailiyyətlərimin prinsiplərinə əsaslanırdı. İlk növbədə kim olmaq və hara doğru getmək istədiyinizə qərar verməlisiniz. İkincisi, səndə alınmaz deyənləri dinləməyin. Üçüncüsü, sona qədər çalışın, çalışın və yenə də çalışın, qısa yollar yoxdur. 6 saat yatın. Azdırsa, gecələr tez yatın!"

"Hər gün məşq edirəm! Gün ərzində özünüzü inkişaf etdirmək üçün vaxt ayırın".

"Həyatda özümü heç vaxt kifayət qədər yaxşı hiss etməmişəm, bu amil məni həmişə irəliyə stimullaşdırıb. Həmişə məndən daha yaxşı olanlara baxıb həsəd aparırdım".

"Niyə çoxları tez təslim olur? İlham almaq çox vacibdir! Hamımızın dəstəyə ehtiyacı var!"

"Özü özünü yaradan insan deyiləm. Çox adamdan dərs almışam, onlar mənə çox kömək edirdilər. Milyonlarla insan mənə görə səs veriblər və mən onların sayəsində qubernatoru oldum".

"İdmanda cavab atəşini artıq ağrını hiss etməyə başlayanda vermək lazımdır, birinci saniyədən deyil".

"Eyni şeyi min dəfə təkrarlamalı, çox-çox çalışmalısınız ki, sonda mükəmməlliyə qovuşa biləsiniz".

"Məğlubiyyətlərim çoxdur. Uğur və uğursuzluq hamıda var. Məsələ ondadır ki, siz uğursuzluqla nə edirsiniz! Siz onu tanımır və inkar edirsiniz, yoxsa ondan bir nəticə çıxarırsınız? Uğursuz öz məğlubiyyətindən sonra ayağa qalxa biləndir. Mən də öz uğursuzluqlarımdan çox dərs aldım. Uduzduğum zaman hakimin yanına getdim və mənə niyə az bal verdiyini soruşdum. Birinci yeri qazandıqda isə bu barədə heç kimə suala vermirik, amma nahaq yerə".

"Atamın həyat dərsi əsas priniplərimə çevrildi: Faydalı ol, faydalı ol və yenə də insanlara yararlı ol!"

"Başqalarının uğur qazanmasına yardım etməyən insan özünü heç vaxt uğurlu saya bilməz".

"5 uşağım var və onların hər biri motivasiyaya ehtiyac duyur. Birinci ata nəsihəti o oldu ki, öz ehtirasını tapsınlar və onunla məşğul olsunlar! Uşaqlarım çox bacarıqlıdır, lakin bunun 80 faizi həyat yoldaşımın əziyyətinin nəticəsidir, onların təlim-tərbiyəsi ilə çox məşğul olmamışam".

"1984-cü ilə qayıda bilsəydim, yaşıl iqtisadiyyat texnologiyasına diqqət edərdim. Bu gün çirklənmə ildə 7 milyon insanı öldürür".

"İradə varsa, hər zaman bir yol tapılar!"

"Hadisələrə biz nəzarət edirik, onlar bizə yox. Lakin birləşməsək, gələcəkdə bu, dəyişə bilər".

"Hara getdiyimi - məqsədinin mənasını dəqiq bilməliyəm".

"İnanın mənə, mən əsil nasistləri tanıyırdım. Mən 1947-ci ildə, 2-ci Dünya Müharibəsindən az sonra Avstriyada doğulmuşam. Mən böyüdüyüm dövrdə mən ruhən sınmış insanların əhatəsində idim. Onlar müharibədən evə gələrkən güllə qəlpələri və günahlarla dolu idilər. Onlar səhv idiologiyaya inandırılmışdılar. Və mən sizə deyirəm ki, biləsiniz, sizin pərəstiş etdiyiniz o şəxslər həyatlarının yerdə qalan hissəsini xəcalət içində yaşadı".

"Tramp, gəl işlərimizi dəyişək: sən veriliş apar, belə şeyləri yaxşı bacarırsan. Mən də prezident olum, beləcə xalq da gecə rahat yatsın. Deyəsən, o, məni sevir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3136   Tarix: 18 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qadınlar öləndə niyə daha dərinə basdırılır? - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir küçə müsahibəsində 20 illik qəbirqazanının qəbirlərin dərinliyi ilə bağlı səsləndirdiyi fikirlər qısa zamanda gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Türkiyədə gənc bir şəxs tərəfindən ünvanlanan "Qadınların qəbirləri kişilərə nisbətən daha dərin qazılırmı?"

17 dekabr
.

Ölümdən sonrakı həyat: Bakının adı Misirin 3500 illik "Ölülər kitabı"nda niyə çəkilir? (VİDEO)

Qədim Misirin bəşər tarixindəki izi danılmazdır. Ehramları, əfsanələri, fironları və ağlasığmaz ləl-cəvahiratı ilə heç kəsi etinasız buraxmayıb. Bu qədim torpaqlarda dünyadan köçənlər üçün məzara axirət kitabı qoyurdular ki, ruhlarına kömək olsun. Burada adı çəkilən Qafqaz toponimləri, hidronimlərini

10 dekabr
.

Niyə stress saç tökülməsinə səbəb olur və nə etmək lazımdır?

Gözəl və sağlam saçlar insan orqanizmində daxili sistemlərin balansda olmasının göstəricisidir. Çox vaxt saçların vəziyyəti sağlamlıqla bağlı problemlər haqqında digər orqanlardan daha tez siqnal verir. Erkən yaşda saçları ağaran məşhur qadınların nümunəsi saçlara qulluq mövzusunu təkcə gündəlik söhbətləri

16 dekabr
.

Akkumulyator Seçərkən Nələrə Diqqət Etməlisiniz?

Akkumulyator avtomobilin elektrik sistemini qidalandıran və mühərriki işə salmaq üçün zəruri olan enerjini toplayan cihazdır. O, kimyəvi enerjini elektrik enerjisinə çevirərək müxtəlif sistemlərin işləməsini təmin edir. Avtomobilin ilk hərəkətə başlaması üçün starterə lazım olan güc birbaşa akkumulyatorda

12 dekabr
.

Nə şama ehtiyac var, nə lampaya - 10 gün yanır - VİDEO

İşıqlar sönübsə, evdə də şam yoxdursa, effektiv, ancaq təhlükəli üsul var. bildirir ki, armudu stəkana biraz düyü töküb, üzərinə su, sonra da duru yağ əlavə edib, qulaq çöpü batıraraq yandırmaq mümkündür. Eksperimenti edən şəxsin iddiasına görə bu üsulla alov 10 günə qədər davam edə bilər. Qeyd edə

13 dekabr
.

Gənc qadın 60 yaşlı iş yoldaşının ona yazdığı məktubu paylaşdı: "Əgər evli deyilsənsə..."

Türkiyədə 60 yaşlı bir kişinin iş yoldaşı olan gənc qadına verdiyi məktub sosial şəbəkələrdə böyük rezonans doğurub. türk mediasına istinadən xəbər verir ki, qadının məktubu sosial media hesabında paylaşması geniş müzakirələrə səbəb. Məktubda kişi qadını illər əvvəl sevdiyi nişanlısına bənzətdiyini yazara

10 dekabr
.

Ana və iki övladı yanıb öldü, ata sağ qaldı

Rusiyanın Voloqda vilayətində yanğın zamanı 3 nəfər ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə dekabrın 16-na keçən gecə Kıçmenqski Qorodok qəsəbəsində baş verib. İlkin məlumatlara görə, alov qısa müddətdə bütün evi bürüyüb. Bələdiyyə dairəsinin rəhbəri Andrey Andrinoviçin bildirdiyinə görə, yanğı

16 dekabr
.

Soyuqdəymə və qrip arasında fərqi necə müəyyən etmək olar?

"Soyuqdəymə və qrip arasındakı əsas fərqlərdən biri simptomların inkişaf sürətidir". "El Periódico de España" nəşrinə istinadən xəbər verir ki, bu barədə ispaniyalı həkim, pulmonoloq Maksimo Qomes danışıb. Mütəxəssis qeyd edib ki, qrip kəskin şəkildə başlayır və yüksək hərarət, əzəl

12 dekabr
.

Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır

ündəlik həyatda çox insan meyvəni soyaraq yeməyi daha təmiz və praktik hesab edir. Lakin aparılan elmi tədqiqatlar göstərir ki, meyvənin əsas qida yükü onun qabığında toplanır. xəbər verir ki, xüsusilə alma qabığında olan polifenollar və liflər orqanizmin antioksidant qabiliyyətini ciddi şəkildə artırır

14 dekabr