Ermənistan blef edir - hər dəfə buna az qalmış... - DEPUTAT

Ermənistan blef edir - hər dəfə buna az qalmış... - DEPUTAT"Azərbaycan və Ermənistan öz aralarında danışıb Dağlıq Qarabağ münaqişəsi üzrə bir qərara gələcəksə, o zaman ATƏT-in Minsk qrupu nəyə lazımdır". Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fərəc Quliyev ATƏT-in Minsk qrupu ölkələri təmsilçilərinin vaxtaşırı "Qarabağ münaqişəsinin tərəfləri öz aralarında razılığa gəlsin, biz onlara dəstək verərik" açıqlamalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu iki ölkə kompromisə gələ bilməz, çünki ökənin biri – Ermənistan işğalçıdır, Azərbaycan isə əraziləri işğal olunmuş ölkədir: "Buna görə Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdən çıxmasını tələb edir. Burada kompromis nə ola bilər ki?

Millət vəkili hesab edir ki, sadəcə olaraq BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul etdiyi 4 qətnanməyə əməl olunmalıdır: "Buna Ermənistan razılaşmırsa, BMT-Nizamnaməsinin 7-ci bəndinə əsasən, təcavüzkar dövlətə qarşı hərbi sanksiyalar və ya qeyri-hərbi sanksiyalar tətbiq oluna bilər. Bəzən deyirlər ki, Ermənistana təzyiq etmək imkanları yoxdur, amma var. Biz bu sanksiyaları başqa ölkələrin nümunəsində də gördük. Liviya, Yuqoslaviya kimi ölkələrin timsalında bunu tətbiq etdilər".

Digər tərəfdən, Ermənistanın mütəmadi olaraq Qarabağ üzrə aparılan danışıqları pozduğunu xatırladan F.Quliyev qeyd edib ki, İrəvan hər dəfə də yeni bir format təklif edir: "Yaxud da danışıqların keçiriləcəyi tarixə az qalmış Ermənistanda hakimiyyət dəyişikliyindən sonra sıfırdan başlamaq variantını seçir. Bunların hamısı blefdir. Ermənistan təcavüzü əvvəlcədən planlaşdıran dövlət olduğu üçün, Azərbaycan və Türkiyə ərazilərinə daxil olaraq böyük Ermənistan iddiasında olduğuna görə bunun istəyi ortadadır, o, işğal faktından əl çəkməyəcək".

Deputatın fikrincə, bu səbəbdən birmənalı şəkildə hər iki tərəfə eyni təsir etmək xəttindən imtina edilməlidir, təcavüzkar dövlətə qarşı addımlar atılmalıdır və heç bir şərt qoyulmadan dərhal Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməlidir: "Yalnız bundan sonra danışıqların başqa predmetinə başlanıla bilər, çünki BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınıb, hətta Ermənistan bu təşkilata daxil olarkən ölkəmizin sərhədlərini tanıyıb. Yalnız bundan sonra təzminat məsələləri, Qarabağın statusu ilə bağlı danışıqlar aparıla bilər. İndiki halda Qarabağ üzrə heç bir danışığın mənası yoxdur, üstəlik də BMT-nin məlum 4 qətnaməsi ortada olduğu halda Minsk qrupu yaxasını kənara çəkə bilməz. Əgər çəkirsə, Minsk qrupu fəaliyyətini dayandırmalıdır".

Məftun Salmanov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3002   Tarix: 26 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Böyük qayıdışın təntənəsi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Vətən müharibəsində qazanılan qələbə təkcə işğal altındakı torpaqların yağı düşməndən azad edilməsi deyil, eyn

25 avqust
.

Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin

25 avqust
.

Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən strateji tərəfdaşlıq

Azərbaycan və Özbəkistan arasında formalaşan münasibətlər ənənəvi ikitərəfli tərəfdaşlıq çərçivəsini aşaraq, Avrasiya məkanında regional təhlükəsizlik və iqtisadi inteqrasiyanın konseptual sütununa çevrilib. Bu transformasiya təkcə tarixi, etnik və mənəvi bağlara deyil, həm də Cənubi Qafqaz ilə Mərkəz

24 avqust
.

İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev 2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncaml

25 avqust
.

Xələf Xələfova ağır itki

Azərbaycan elminə ağır itki üz verib. Ölkə.az-a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, professor Ayvaz Xələfli vəfat edib. O, yaşla əlaqədar xəstəlikdən dünyasını dəyişib. Xələfli Ayvaz Alı oğlu 1942-ci ildə Qərb

24 avqust
.

"Azərbaycanla Özbəkistan arasında formalaşan münasibətlər daha geniş məna daşıyır" - AÇIQLAMA

"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin, sadəcə, dostluq və tərəfdaşlıq çərçivəsində deyil, strateji müttəfiqlik müstəvisində inkişaf etdiyini göstərən mühüm siyasi mesajdır. Müsahibədə diqqət çəkən əsas məqam ik

24 avqust
.

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - Fotolar

Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezident Mehriban Əliyevay

26 avqust
.

Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənir

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir. "Qafqazinfo" xəbər verir ki, səfərin 2-ci günü Buxara şəhərində davam edəcək. Səfərin işıqlandırılması üçün media heyəti artıq Buxara şəhərindədir. *. Prezident İlham Əliyevin təyyarəsi Buxara hava limanına enib. *

24 avqust
.

Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ

Azərbaycan və Özbəkistan münasibətlərində 23 avqust 2026-cı il yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşə bilər. Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi ilə başlayan səfərin əsas məqamlarından biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən təkbətək görüş və Azərbayca

24 avqust