2019-cu il üçün dövlət büdcəsində 2 milyard manata yaxın kəsirin yaranmasının əsas səbəbi ...Ekspert DANIŞDI

2019-cu il üçün dövlət büdcəsində 2 milyard manata yaxın kəsirin yaranmasının əsas səbəbi ...Ekspert DANIŞDIAzərbaycanın 2019-cu il üçün dövlət büdcəsində 2 milyard manata yaxın kəsirin yaranmasının əsas səbəbi xərclənmə ilə bağlıdır. Bunu Sonxeber.az-a İqtisadi və Sosial İnkişafın Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, büdcə layihəsi parlamentə təqdim olunduqdan sonra büdcə xərclənmələrinin artması baş verib: "Bu da xüsusən parlament deputatlarının bir sıra xərclərə əlavələr edilməsi təklifi ilə əlaqədardır. Nəticədə büdcə parlamentə ilkin təqdim edilərkən onun xərclər hissəsi 24,7 milyard manat proqnozlaşdırıldığı halda, təkliflərdən sonra bu rəqəm 25 milyard manatdan çox təşkil edib. Bu da birbaşa büdcənin kəsirinə təsir göstərir".

V. Bayramov qeyd edib ki, büdcədə kəsirin yaranması digər ölkələr üçün də xarakterik haldır: "Bununla belə, sözsüz ki, büdcə kəsirinin hansı yollarla örtülməsi vacib məqamdır. Yüksək kəsirin qiymətli kağızlar bazarına çıxmaqla örtülməsinin tərəfdarıyıq. Digər ölkələrin təcrübəsi də göstərir ki, büdcədə formalaşmış yüksək kəsir daha çox qiymətli kağızlar bazarında daxili borclanma hesabın örtülə bilinir. Bu daha məqbul yol hesab edilir".

Bəs büdcə kəsiri kommunal ödənişlərin, yanacağın qiymətinin artırılması hesabına örtülə bilinərmi? Ekspert bu məsələyə münasibət bildirərkən diqqətə çtdırıb ki, kommunal xidmətlərə görə ödənişlərin, eləcə də Tarif Şurası tərəfindən tənzimlənən digər qiymətlərin necə dəyişəcəyini proqnozlaşdırmaq çox çətindir: "Biz xüsusən yanacağın qiymətinin artırılmasının tərəfdarı deyilik. Bu, inzibati qərardır, çünki Tarif Şurası bununla bağlı qərar verir. Sözsüz ki, yanacağın və xüsusən dizel yanacağının qiymətinin artırılması arzuolunan deyil. Belə ki, dizel yanacağının qiymətində artım baş verəndə birmənalı şəkildə digər məhsulların qiymətinin artmasına gətirib çıxarır".

V. Bayramov hesab edir ki, hökumət xüsusən qiymət artımına gətirib çıxardan vasitələrlə büdcə kəsrinin örtülməsinə çalışmamalıdır: "Büdcə kəsirinin örtülməsində daha məqbul yol kimi qiymətli kağızlar bazarına dövlət qiymətli kağızlarının çıxarılmasını təklif edirik".

Xatırladaq ki, Milli Məclis 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 168 mln. manat, xərclərini 25 190 mln. manat, büdcə kəsrini 2 022 mln. manat səviyəsində təsdiqləyib.

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 11848   Tarix: 06 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər

Xırdalanda sahibsiz küçə itləri qadına hücum ediblər. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yol ilə hərəkət edən qadına altı it hücum edib və ayağından dişləyib. Qadının hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur

8 may
.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

8 may
.

Sabah bu küçədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah 08:00-dan 13 may saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək, "N.Nərimanov" metro stansiyası istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

8 may
.

Azərbaycanda bank kartlarında problem yarandı

Azərbaycanda bank kartlarında problem yaranıb. Bu barədə sosial şəbəkələrdə çoxlu paylaşım yer alıb. -ın məlumatına görə, "Azericard" yaranan məsələ ilə bağlı açıqlama verib. "Azericard" proses mərkəzində olan müvəqqəti çətinlikdən dolayı kartlarla ödənişlərdə gecikmələr mövcuddur

8 may
.

Vəzifəsindən azad edilən keçmiş baş nazir: "Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər"

Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Məsələ ilə bağlı -a danışan Novruz Məmmədov bildirib ki, öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad edilməsin

7 may
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

7 may
.

Ən yüksək pensiya verilən ölkələr - SİYAHI

Müxtəlif ölkələrdə pensiya ödənişlərinin səviyyəsi iqtisadi sabitlik, sosial təminat sistemi və digər şərtlərdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. xarici mətbuata istinadən bildirir ki, ən yüksək pensiyalar yüksək həyat səviyyəsi və yaxşı işləyən sosial təminat sistemi olan inkişaf etmi

7 may
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

8 may
.

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyi cərimə edilib. Qaynarinfo xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti quruma İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələri ilə cərimə yazıb. 192.4-cü maddə işçini

8 may