"Səndən olmayan övlad, mənə lazım deyil" – Milyonların sevimlisi Fəxrəddin Manafovun həyat hekayəsi

"Səndən olmayan övlad, mənə lazım deyil" – Milyonların sevimlisi Fəxrəddin Manafovun həyat hekayəsiSonxeber azxeber.com-a istinadən xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafovun həyat və yaradıcılığı haqda məlumatı diqqətinizə çatdırır.

Fəxrəddin Manafov kimdir?

"Onlar otağa daxil olan kimi bütün yerdə qalan adamlar ikinci plana keçir. Çox gözəl yumor hissləri var, eyni zamanda özlərini tənha hesab edərlər". Söhbətin kimlərdən getdiyini yəqin anladınız. Söhbət "Şirlər"dən gedir. Bu zodiak nişanın təsiri altında dünyaya gələn insanlarla münasibəti aydınlaşdırmaq üçün astroloqların cızdığı "yol xəritəsi"ndə belə deyilir.

Fəxrəddin Manafov da bu bürcün hakim olduğu dövrdə - 2 avqust 1955-ci dünyaya gəlib. Hazırda işğal altında olan Xankəndində doğulub boya-başa çatan aktyor mətbuata müsahiblərində ən böyük arzusunun Qarabağa qayıtmaq olduğunu bildirib. 63 yaşlı aktyorun bu arzusunun həyata keçməsi təkcə onun deyil, dövlətini, xalqını, millətini sevən hər bir azərbaycanlının arzusudur.

1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən F.Manafov 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. 1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

O, sadəcə obraz yaratmırdı, onu yaşayırdı

Fəxrəddin Manafov indiyə qədər 50-yə yaxın film və seriallarda rol alıb. Özünəməxsus obrazları canlandıran F.Manafov nəinki öz üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirib, peşəkar və məharətli yanaşması ilə həmin film və seriallara xüsusi populyarlıq qazandırıb. Məhz elə bu səbəbdən peşəkar rejissorlar ona etimad göstərir, onu öz filmlərinin qəhrəmanına çevirirdilər. Dünya şöhrətli rejissor Rasim Ocaqovla yaratdığı filmlər isə nəinki Azərbaycanda, ölkəmizin sərhədlərindən kənarda da sevə-sevə izlənilir.

"Təhminə" filmi Zaur obrazını canlandıran aktyorun tərəf müqabili Təhminənin (Meral Konrat) melodram həyatından bəhs edir. Məhəbbət dramı onları mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gətirir. Tanınmış professor Zeynallının (Həsən Məmmədov) oğlu atası və anası olmayan Təhminəyə aşiq olur. Milyonlarla insanın indi də sevə-sevə izlədiyi bu film acı sonluqla bitir və Zaurun sevgisini öz üzərində hiss etməyən Təhminənin vaxtsız ölümü ilə nəticələnir.

"Otel otağı" filimində isə dövründə yaşayan alimin başına gələnlərdən bəhs olunur. Məişət problemləri ilə yüklənən, lakin buna baxmayaraq, öz ləyaqətini qorumağa çalışan Kərim müəllim çıxış yolu olaraq ölkəni tərk edir. Türkiyədə işləyib, öz zəhməti ilə qızını gəlin köçürəcəyinə ümid edən professor burada həyatın daha amansız "sifəti" ilə qarşılaşır və aldığı psixoloji zərbələr onun elə oradaca ölümü ilə sonunclanır. Mistik bir otel otağında dünyasını dəyişən professorun son sözü isə daha təsirli olur: "Axı mən qızımı gəlin köçürməliydim".

Mistika, yoxsa reallıq: Qəribə rollar və qəribə tale...

Bəzən insanlara elə gəlir ki, filankəs xoşbəxt adamdır, nəyi çatmır ki?! Adı-sanı var, hamı tanıyır, müəyyən şərait qurub, daha bundan artıq nə etməlidir ki? Lakin bir insanın həyatına bələd olmayınca onun nələr çəkdiyini, hansı çətinliklərdən keçdiyini anlamaq olur. Bəlkə də, rollarda canlandırdığı obrazlar və bu obrazlar araxasında gizlənən fərqlilik Fəxrəddin Manafovun həyatında baş verənlərin doğurduğu nəticədir? Bəlkə də, o sadəcə rol oynayır və bunun onun yaşadıqlarına heç bir aidiyyatı yoxdur? Bəlkələr çoxdur... Ancaq və lakin reallıq odur ki, qızların "aşiq olduğu" Fəxrəddin Manafovun həyatı heç də rəvan və asan keçməyib.

Bu məqamda qeyd edək ki, Fəxrəddin Manafovun qardaşı Marat Manafov ölkənin ən tanınmış sahibkarlarından olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində Avropada neft ticarəti ilə məşğul olan M.Manafovun sonu da yaxşı olmayıb. Slovakiyada "Marat" futbol klubunu yaradan Marat Manafov neft kontraktları ilə bağlı ilkin danışıqları aparıb. Daha sonra müəmmalı şəkildə Çexiyada yoxa çıxıb. Onun boş BMV-sini işlək vəziyyətdə tapıblar. İndiyə qədər nə baş verdiyini heç kim bilmir.

Fəxrəddin Manafov 30 ildən artıq AZTV-nin diktoru olmuş Vera (Vahidə) Manafova ilə ailəlidir. Yaxınlarda sosial şəbəkələrdə yayılan informasiya isə onların "məhəbbət hekayəsi"ni heç də Manafovun rol aldığı filmlərdən fərqləndirmir. Bəlkə də, o rollardakı personajlardan daha səmimidirlər. Məlumatlarda qeyd olunurdu ki, uzun illərdir ailəli olmasına baxmayaraq, cütlüyün övladı yoxdur. Hətta xanımı aktyora "Get evlən, övladın olsun" desə də, "Səndən olmayan övlad mənə lazım deyil" deyərək, bu müzakirələrə birdəfəlik yekun vurub.

Ötən ay Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku Magazine" jurnalının baş redaktoru Leyla Əliyeva tanınmış aktyordan rəhbəri olduğu jurnal üçün müsahibə götürüb. Müsahibədə bir çox mətləblərə aydınlıq gətirən Fəxrəddin Manafovun söylədiyi fikirlər gənclərə örnək ola bilər. Böyük sənətkar deyir: "Məni məndə demə, Məndə deyiləm, Bir mən vardır məndə, məndən içəri".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 12596   Tarix: 06 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Oğuzda mədəniyyət evi yandı

Oğuzda mədəniyyət evində yanğın baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qarabulaq kənd mədəniyyət evində qeydə alınıb. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 280 k/m-lik inzibati binanın üç otağını

7 mart
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun
.

Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi (FOTO)

Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib. "Report" xəbər verir ki, cənazəni gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib. Qeyd edək ki, bu gün Akademik Milli Dram Teatrında mərhum sənətkarla vida mərasiminin keçirilməsi, ardınca isə Birinc

30 mart
.

Hüseyn Cavidin sonuncu mənəvi oğlu da vəfat etdi - Foto

Uzun illər müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan SSRİ Ali Sovetinin ən gənc deputatı olmuş Zakir Nəsirov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Z.Nəsirov 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Z.Nəsirov müstəqillik illərində gömrük orqanlarında çalışıb. O, 1982-c

10 mart
.

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib. " "a istinadən xəbər verir ki, o, "Azərbaycan Televiziya və radio Verilişləri" QSC-nin bədii rəhbəri təyin olunub. Mehriban Ələkbərzadə xəbəri təsdiqləyib. "Məlumat doğrudur. Bu gündə

4 fevral
.

Dilarə Əliyeva qız analarına səsləndi

"Dəyişmədim, daha güclü versiyamı yaratdım. Forma nə qədər vacibdirsə, məzmun ondan da vacibdir. Məzmun daşımayan gözəllik mənasını itirir. Görüntüyə bel bağlamıram. Sənətim üzərində də çalışıram. Səhnəyə dünyalar gözəli bir qız çıxsa, yanında ömrünün 90 yaşında Nəsibə Zeynalova dayansa, tamaşaç

6 mart
.

Keçmiş filmlərimizi heç vaxt belə görməmisiniz - VİDEO

Köhnə Azərbaycan filmindən bəzi kadrlar süni intellektin köməyi ilə yenilənib. Ölkə.Az xəbər verir ki, instaqramda yayılan kadrların rəngləndirilərək daha da aydın hal aldığı görünür. Sözügedən videoda "Bəxt üzüyü", "Ögey ana" , "Bizim Cəbiş müəllim", "Böyük dayaq"

16 aprel
.

Rusiyalı musiqiçi: "SSRİ-də ilk rok klubunun yaradılmasında Dövlət Təhlükəsizlik Komitəsi rol oynayıb"

Rusiyalı musiqiçi, "Piknik" qrupunun keçmiş üzvü və Leninqrad rok klubunun həmtəsisçisi Nikolay Mixaylov SSRİ-də ilk rok musiqiçiləri birliyinin necə yaradıldığını xatırlayıb. xəbər verir ki, o, bu barədə -ya müsahibəsində danışıb. Mixaylovun sözlərinə görə, o dövrdə SSRİ Dövlət Təhlükəsizli

8 mart
.

"Mən Zeynəb Xanlarovanı Məcnun kimi sevirəm" - Qəzənfər Abbasov

"Mən Zeynəb Xanlarovanı Məcnun kimi sevirəm". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar mədəniyyət işçisi, xanəndə Qəzənfər Abbasov Xalq artisti Zeynəb Xanlarovanın "Leyli rolunda oynayaram, amma Məcnun yoxdur" fikirlərinə münasibət bildirib. Xanəndə qeyd edib ki, Zeynəb Xanlarov

23 may