"Mən Zeynəb Xanlarovanı Məcnun kimi sevirəm" - Qəzənfər Abbasov
"Mən Zeynəb Xanlarovanı Məcnun kimi sevirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar mədəniyyət işçisi, xanəndə Qəzənfər Abbasov Xalq artisti Zeynəb Xanlarovanın "Leyli rolunda oynayaram, amma Məcnun yoxdur" fikirlərinə münasibət bildirib.
Xanəndə qeyd edib ki, Zeynəb Xanlarova ilə eyni səhnəni bölüşməyə hazırdır:
"Mən Zeynəb Xanlarovanın Məcnunu ola bilərəm. Belə bir təklif olsa, bir zəng kifayətdir. Zeynəb Xanlarova Leyli, mən isə Məcnun rolunda çıxış edərik. Bu gün Məcnun rolunu ifa edən xanəndələr - Mənsum İbrahimov, Alim Qasımov, gənclərdən isə Təyyar Bayramov var. Amma onların heç biri Zeynəb xanımı mənim kimi sevə bilməz. Mən onu Məcnundan da artıq sevirəm. Həm Məcnun kimi, həm də onun sənətini və böyüklüyünü sevirəm. Biz onun nəğmələri ilə böyümüşük. Sevə-sevə bu təklifə "hə" deyirəm".
Qeyd edək ki, Xalq artisti Yusif Eyvazov Zeynəb Xanlarova ilə görüş zamanı ona "Leyli və Məcnun" tamaşasında Leyli rolunu oynamağı təklif edib. Buna cavab olaraq Zeynəb Xanlarova "Oynayaram, amma Məcnun yoxdur" deyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri
31 iyulPikassonun tablosu 1,7 milyon dollara satıldı
İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo
26 iyunXalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqustƏlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"
Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd
20 iyulKeçmiş filmlərimizi heç vaxt belə görməmisiniz - VİDEO
Köhnə Azərbaycan filmindən bəzi kadrlar süni intellektin köməyi ilə yenilənib. Ölkə.Az xəbər verir ki, instaqramda yayılan kadrların rəngləndirilərək daha da aydın hal aldığı görünür. Sözügedən videoda "Bəxt üzüyü", "Ögey ana" , "Bizim Cəbiş müəllim", "Böyük dayaq"
16 aprelAlim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."
Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"
5 avqust"Qızımın səsi var, amma o siyasəti seçdi"
Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" verilişində qızı ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi övladı Sılanın musiqi istedadı olsa da, bu sahədə fəaliyyət göstərmədiyini bildirib:. "Qızım Sılanın səsi var, amma oxumur. Bakı Slavyan Universitetində təhsil alır
29 may"Sandıqdakı qardaşım" - Aysel İbrahimli
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Bədii yaradıcılıq və ekran dramaturgiyası" ixtisasında təhsil alan II kurs SABAH qrupu tələbəsi Aysel İbrahimlinin "Sandıqdakı qardaşım" adlı hekayəsini təqdim edir:. Anamın qırxı təzə çıxmışdı, amma bağ evinin hə
15 mayAfaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"
Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov -a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:. "Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şe
5 iyun