"Bir o qalmışdı, kişiliyimi də əlimdən alsın" – Kürəkəndən tükürpədən sözlər

"Bir o qalmışdı, kişiliyimi də əlimdən alsın" – Kürəkəndən tükürpədən sözlərBakıda qayınanasını öldürməkdə, arvadına ağır xəsarət yetirməkdə təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Cəsarət İsgəndərov özünü təqsirli bilməyib. O, ailəsindəki problemlərin səbəbkarının qayınanası Fəhminə olduğunu deyib.

Cəsarət İsgəndərov bildirib ki, qayınanası işə qarışmadığı müddətdə ailəsi ilə çox xoşbəxt olub: "Qayınanam şəxsi işlərimizə qarşıb söz-söhbət yaradırdı. Dolanışığımız yaxşı idi, günə 50-80 manat qazanırdım. Çox nadir hallarda pulsuz evə qayıdardım. Yoldaşımla heç bir problemimiz yox idi".

Cəsarət İsgəndərov qeyd edib ki, evlənəndə arvadı Leyla ilə şərt kəsib: "Şərtimiz belə oldu ki, yoldaşım harasa gedəndə mütləq mənə xəbər edəcək. Yoldaşım belə də edirdi, lakin qayınanam yenə problem yaradırdı. Çünki o, yoldaşımı özü ilə aparırdı.

Qaynanam deyirmiş ki, Cəsarət işdən gec gəlir, bilməyəcək. Nişanlı vaxtlarımızda da belə söz-söhbət olurdu. Sonra mehribançılıq yaranırdı".

Hadisənin baş verməsindən danışan Cəsarət İsgəndərov qeyd edib ki, həmin gün içkiliymiş deyə etdiklərini tam xatırlamır: "Həmin ərəfədə artıq münasibətlər tam pisləşmişdi. Yoldaşım hamilə olanda anasıgildə qaldı. Mən də darıxırdım, bizdə qalmasını təklif etdim. Lakin anası razı olmadı, mən də heç nə demədim.

Artıq bıçaq sümüyə dirənmişdi. Qayınanam məni saymırdı. Bir o qalmışdı ki, kişiliyimi də əlimdən alsın. Yoldaşımı evimizə buraxmırdı. Bir neçə dəfə axşam saat 11-də işdən çıxıb onlara getdim. Dedi ki, bir də 10-dan gec gəlsən, evə buraxmayacağam".

Cəsarət İsgəndərov söyləyib ki, qayınanası arvadını axşamlar şəhərə çıxmağa da imkan verməyib: "Bir müddət belə davam elədi. Bir qədər keçəndən sonra qayınanamla aramızda mübahisə düşdü, söyüş söydü. Mən də onu söydüm. Gecə çox içdim. Qayınanama zəng elədim, yenə məni təhqir elədi. Evlərinə getdim. Sonra nə etdiyimi xatırlamıram".

Cəsarət İsgəndərov ifadəsində törətdiyi əməlinə haqq qazandırmayıb. O, törətdiyi əmələ görə Allahdan bağışlanmasını istəyib, peşman olduğunu söyləyib.

Növbəti proses yanvarın 17-də davam edəcək.

Qeyd edək ki, hadisə Nərimanov rayonunun Əliyar Əliyev küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Cəsarət İsgəndərov qayınanası Fəhminə İsgəndərovanı ürəyindən bıçaqlayaraq öldürüb. Daha sonra həyat yoldaşı Leyla İsgəndərovaya çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub. Hadisə ailə münaqişəsi zəminində törədilib.

Avqustun 29-da axşam saatlarında Cəsarət arvadı ilə barışmağa gəlib. Amma Leyla barışmaqdan imtina edib.

Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Mübahisəni eşidən Fəhminə qızını öz yaşadığı evə çağırıb. Həyat yoldaşının ata evinə getdiyini eşidən Cəsarət İsgəndərov əsəbləşib, o da həmin evə yollanıb.

Orada mübahisə edən Cəsarət İsgəndərov sonda ağır cinayəti törədib.

Cəsarət İsgəndərov hadisə yerindən qaçsa da, polisin keçirdiyi əməliyyat nəticəsində yaxalanması mümkün olub. İstintaqa ifadəsində hadisəni sərxoş vəziyyətdə törətdiyini və əməlindən peşman olduğunu söyləyib.

Cəsarət İsgəndərovun Leyla ilə birgə nikahından 3 aylıq qızı var.

Cəsarət İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1729   Tarix: 10 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbli qızların mesajlaşma qrupuna əxlaqa zidd foto göndərən müəllim həbs olundu

Ankarada bir məktəbdə fəaliyyət göstərən bədən tərbiyəsi müəllimi N.Ş. (52), məktəbin qız voleybol komandasının WhatsApp qrupuna əxlaqa zidd foto göndərdiyi iddiası ilə həbs olunub. türk mediasıan istinadən xəbər verir ki, Sincan rayonu ərazisindəki bir məktəbdə çalışan bədən tərbiyəsi müəllimi N.Ş.-nin

16 dekabr
.

Qaradağ rayonunda 48 ədəd kombi oğurlayan şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1 400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarını

20 dekabr
.

Pekində muzeydə insident: 2 kiloqramlıq qızıl tac zədələndi, ziyan 90 min manata yaxın - VİDEO

Çinin paytaxtı Pekində yerləşən muzeylərdən birində xoşagəlməz hadisə baş verib. xarici mediaya istinadən xəbər verir ki, təxminən 2 kiloqram saf qızıldan hazırlanmış xüsusi bir tac uşağın vitrininə toxunması nəticəsində yerə düşüb. Məlumata görə, yerə düşən qızıl tac gözəllik fenomeni Zhang Kaiyini

17 dekabr
.

Avtobus sürücüsü ilə qadın sərnişin əlbəyaxa dava edib - VİDEO

Adanada xüsusi ictimai avtobusda sürücü ilə qadın sərnişin arasında yaranan mübahisə davaya çevrilib. türk mediasına istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhər mərkəzində fəaliyyət göstərən xüsusi ictimai avtobuslardan birində baş verib. İlkin məlumata görə, sürücü ilə qadın sərnişi

19 dekabr
.

Boşanmaq üzrə olduğu həyat yoldaşına cəhənnəm yaşatdı - VİDEO

İstanbulun Kağıthane rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən bir qadına küçənin ortasında fiziki və silahlı hücum edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə 13 dekabr, şənbə günü saat 14:00 radələrində Çağlayan məhəlləsində baş verib. Əldə olunan məlumata görə, Yağmu

17 dekabr
.

Odunun içindən çıxan ağac qurdunu yedi - VİDEO

Adətən Uzaq Şərq ölkələrinə xas olan həşərat yemə mədəniyyətini xatırladan görüntülər bu dəfə Qara dəniz bölgəsində qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, qışa hazırlıq məqsədilə odun doğrayan bir vətəndaş, odunun içindən çıxan ağac qurdunu tərəddüd etmədən yeyib. Həmin anlar onun yanınd

19 dekabr
.

Boğazında çörək qalan şagirdi belə xilas etdilər - Anbaan görüntülər

Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb. Belə ki, şagird yemək zamanı boğazında çörə

20 dekabr
.

Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA

"C-130"lar hazırda hələ də dünyanın 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​illik qiymətləndirmə iclasında gündəmdəki məsələlərlə bağlı sualları cavablandırarkən deyib

20 dekabr
.

16 yaşlı qız evdə başından güllələnmiş halda tapıldı

Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda 16 yaşlı qız uşağı evdə başından güllələnmiş vəziyyətdə aşkar edilib. Səhiyyə əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, yeniyetmə həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, 16 yaşlı A.C. ailə üzvləri tərəfində

17 dekabr