Keçmiş arvadı ilə barışdığı üçün döyülən kişinin xəstəxanadan görüntüləri yayıldı - VİDEO

Keçmiş arvadı ilə barışdığı üçün döyülən kişinin xəstəxanadan görüntüləri yayıldı - VİDEODağılan ailənin yenidən bir araya gəlməsi münaqişəyə səbəb olub.

ARB TV xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində baş verib.

Abbasovlar ailəsi ilə Məmmədovlar arasında yaranan müqanişə zamanı kənd sakinləri, 62 yaşlı Tofiq Məmmədov və qardaşı 51 yaşlı Rafiq Məmmədov çoxsayılı bıçaq xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hər iki qardaş əməliyyat olunub.

Namizəd Xankişiyev – həkim: "Hər iki qardaş bədənlərinin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə cərahi şöbəyə daxil olublar. Hər iki xəstə əməliyyat olunub. Vəziyyətləri kafidir".

Bıçaqlanmaya bir müddət bundan əvvəl Rafiq Məmmədovun oğlunun məhkəmə yolu ilə boşandığı həyat yoldaşını yenidən evinə gətirməsi səbəb olub.

Belə ki, kənd sakini 69 yaşlı Eldar Abbasovun qızı, keçmiş həyat yoldaşına onunla yenidən barşımaq istədiyini xəbər edib. T.Məmmədovun oğlu keçmiş həyat yoldaşını götürərək öz evinə aparıb. Bundan xəbər tutan qızın atası və qardaşı Məmmədovlar ailəsinə gələrək balta və bıçaqla onlara xəsarət yetiriblər.

Rafiq Məmmədov – xəsarət alan: "Oğlumdan üzr istəməlidir. Minnətdar olmalıdır ki, qızımı apardın yenidən barışdın. Amma bunun qarşılığında gəlib evimizə hücum çəkdi".

Akif Məmmədov – xəsarət alanın qardaşı: "Barışmağa qərar veriblər. Maşınla yoldaşını götürüb gedib. Qızın atası ilə qardaşı da gəlib deyib ki, siz qızımızı oğurlamısınız. Sonra bu hadisə baş verib".

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1457   Tarix: 18 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021