Azərbaycanlı "qanuni oğru" türmədən çıxıb, Bakıya gəldi - FOTOLAR

Emin Hacıqabulski Çuvaşiya, Kareliya, Maqadan və Vladimir vilayətlərindəki ciddi rejimli həbsxanalarda cəza çəkib
Yanvarın 25-də, azərbaycanlı "qanuni oğru", Emin Hacıqabulski kimi tanınan Emin Əhmədov Krasnoyarski həbsxanasından azadlığa buraxılıb. Emin Əhmədov azadlığa buraxılan kimi ona Rusiya Daxili İşlər Nazirliyinin ölkə hüdudlarını dərhal tərk etməsi barədə qərarı elan olunub. Qərarda bildirilir ki, Emin Əhmədov ömürlük Rusiyaya gəlmək yasaq olunub. O, xəbərdarlıqla bağlı rəsmi sənədi imzalamaqdan imtina etsə də, Rusiyanı tərk edib və Bakıya gəlib.

Yayılmış videoda E. Əhmədov "siz "qanuni oğru"sunuzmu sualına "hə, həm də böyük hərflərlə "qanuni oğru" deyib.

Emin Hacıqabulski Rusiyada pul daşıyan maşını apardığı üçün həbs edilib. 2007-ci ildə Moskva məhkəməsi onu bandtizmdə, quldurluqda və ölümə cəhddə günahlandıraraq 13 il müddətinə həbs edib. O, Çuvaşiya, Kareliya, Maqadan və Vladimir vilayətlərindəki ciddi rejimli həbsxanalarda cəza çəkib. Rusiya mətbuatı iddia edir ki, Emin Hacıqabulski Azərbaycanın bir nömrəli "qanuni oğru" su hesab edilən Nadir Səlifovla ("Lotu Quli") konfliktdədir, bu və digər səbəblərdən də onun "qanuni oğru" adı Əli Heydərov, Hacı Beyləqanski kimi "şübhəli və suallıdır".

Emin Hacıqabulski 2013-cü ilin fevralında-Aslan Usoyanın qətlindən bir ay sonra Maqadan vilayətindəki həbsxanalardan birində "qanuni oğru" adını alıb. Onun taclandırmasında 2013-cü ilin avqust ayının 18-də İstanbulda qətlə yetirilən "Qoca" ləqəbli Əlibala Həmidov da iştirak edib.

Emin Camal oğlu Əhmədov 1982-ci il fevralın 1-də Hacıqabulda anadan olub.

Yada salaq ki, "Lotu Quli" əslən gəncəli olan "Albert Rıjıy" kimi tanınan "qanuni oğru" Əli Heydərovun statusunu dayandırıb. Bildirilirdi ki, "Quli" hazırda Mari-Eldəki həbsxanaların birində cəza çəkən "Albert Rıjıy"ın "qanuni oğru" statusunu dayandırıb. Buna səbəb isə ona "bəzi sualların" olmasıdır.

"Lotu Quli" ilə "Albert Rıjıy"ın həqiqətən də həll ediləsi bir məsələsi var. Çünki "Quli" həbsdə olanda "Albert Rıjıy" onu sui-qəsddə ittiham edib, hətta bu işlə bağlı məhkəmə də keçirilib. 2014-cü ildə keçirilən bu məhkəmədə rəsmi ittihamda bildirilirdi ki, həmin ilin mart ayının 18-də iki killer "Albert Rıjıy"ı öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub."Kalaşnikov" avtomatı və iki tapança ilə silahlanan muzdlular məqsədlərinə çata bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib. Rusiya mətbuatı o zaman yazırdı ki, həbs edilənlər deyiblər ki, azərbaycanlı "vor zakon" un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra Gürcüstanda anadan olmuş İlham Hacıyev də həbs edilib. İddia olunurdu ki, "Hamlet" "Lotu Quli"nin qohumudur.

Sifarişdə "Lotu Quli"nin adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəldib. Piterdə keçirilən "sxodka"da iştirak edən bəzi "qanuni oğru" lar "Albert Rıjıy"a sui-qəsdə "Quli"nin adının hallanmasına etiraz ediblər. Onlar deyiblər ki, sui-qəsd məsələsini "Albert Rıjıy" özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.

Məhkəmə də sonda sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan İlham Hacıyevə tam bəraət verilib. Muzdlu qatillər hesab edilənlər isə bəraət alıb. "Quli" "bəzi suallar" dedikdə heç şübhəsiz ki, həm də bu ittihamı nəzərdə tutur.

"Albert Rıjıy" kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjıy" "qanuni oğru" adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər-Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb.

"Albert Rıjiy" bu ilin yanvarında Sankt-Peterburq məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. 35 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi iki ilə yaxın davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməkdə, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.
musavat.com
Azərbaycanlı "qanuni oğru" türmədən çıxıb, Bakıya gəldi - FOTOLARAzərbaycanlı "qanuni oğru" türmədən çıxıb, Bakıya gəldi - FOTOLARAzərbaycanlı "qanuni oğru" türmədən çıxıb, Bakıya gəldi - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 6120   Tarix: 28 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avtobusda gərgin anlar: qalmaqallı ifadələr etiraz doğurdu - VİDEO

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda ictimai nəqliyyatda baş verən mübahisə qısa müddətdə geniş rezonans doğurub. İETT avtobusunda iki qadın sərnişin arasında başlayan gərginlik sonradan daha da kəskinləşərək mübahisəyə çevrilib. türk mediasına istinadən xəbər verir ki, hadisənin avtobusun keçi

1 aprel
.

Ukraynada gecə klubundan yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO

Ukraynada gecə klubunda çəkildiyi bildirilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə yol açıb. Qısa müddət ərzində minlərlə baxış toplayan videoda musiqi sədaları altında əylənən insanların rəqs etdiyi anlar əks olunub. xarici mediaya istinadən xəbər verir ki, müharibə şəraitind

31 mart
.

Ötən gün Azərbaycanda 21 kiloqramdan çox narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 21.6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata görə, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarınd

29 mart
.

Masazırda çökən yolla bağlı RƏSMİ AÇIQLAMA

Xırdalan-Masazır-Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən açıqlama verilib. Hadisə qeydə alınan kimi dərha

1 aprel
.

İsmayıllıda DƏHŞƏTLİ QƏZA: Biri 3 yaşlı qız olmaqla iki nəfər ÖLDÜ

İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 05 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verib. Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yolda

31 mart
.

Cəmi 17 yaşında! Damdan girib yatağında yatan gənci öldürdü

Türkiyənin Samsun vilayətinin Bafra rayonunda dəhşətli hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, 17 yaşlı E.B.N. damdan eyvana keçərək daxil olduğu evdə 27 yaşlı Abdul Baki Özdemiri yatağında yatarkən pompalı tüfənglə vuraraq qətlə yetirib. Hadisədən sonra şübhəli şəx

1 aprel
.

Bakıda güclü yağış fəsadlar törətdi: Bəzi əraziləri su basdı

Bakıda intensiv yağıntılar bir sıra ərazilərdə ənənəvi problemlərlə müşayiət olunur. xəbər verir ki, bura xüsusi ilə Sabunçu Dəmiryol Vağzalının qarşısı və Sulutəpə qəsəbəsinin müəyyən küçələri də daxildir. Güclü yağış nəticəsində bu və digər ərazilərdə yolları su basıb, nəqliyyatın və piyadaların hərəkətind

27 mart
.

13 gündür itkin düşən gəncdən acı xəbər

Türkiyənin Hatay vilayətində 13 gündür itkin kimi axtarılan Suriya vətəndaşı, 21 yaşlı Mohammed Alsabbahın meyiti tapılıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Kumlu rayonunun Aktaş məhəlləsində baş verib. Məlumata görə, ərazidə yaşayan çoban Ahmet Salın səhər saatlarında heyvanlarını otarma

1 aprel
.

DGK: "Kahı" yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) "kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana aşkar edib. "Report" bu barədə DGK-ya istinadən xəbər verir. Bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsind

28 mart