Marketlərdə SODA niyə yoxa çıxıb ?

Marketlərdə SODA niyə yoxa çıxıb ?Son 2 həftədir ki, Azərbaycanda çay sodasının marketlərdə satışdan yoxa çıxması ilə bağlı məlumatlar yayılır. Mətbəxdə bir çox qida məhsullarının hazırlanmasında və bəzən də müalicələrdə insanlar üçün vacib olan bu məhsul qısa müddətdə iri marketlər şəbəkəsindən tutmuş xırda məhəllə mağazalara kimi yoxa çıxıb.

Çay sodasından şirniyyat və un məmulatları bişirilməsində istifadə edən, eləcə də bəzi müalicəvi prosedurlar məqsədilə daxilə qəbul edən insanlar bu vacib məhsulun yoxa çıxmasından təşvişə düşüblər.

Hazırda sosial şəbəkələrdə çay sodası əldə 2-3 manata satılır. Elanlarda sodanın məhdud sayda olması da vurğulanır.
İnsanlar 1.20 qəpiyə olan sodanın qiymətinin süni olaraq qaldırılmasına etiraz etsələr də, çoxları bir daha o sodadan tapa bilməyəcəyindən qorxaraq, hardasa kimlərdəsə ehtiyatda qalmış sodanı baha qiymətə almağa razıdır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, sovet dövründən tanınan məşhur Soda markasının vətəni Başqırdıstanda bikarbonat natriumun çıxarıldığı mədənlərdə təbii ehtiyatlar tükənmək üzrədir. Kompaniyanın yeni soda mənbələri tapması və mədənlər qazması üçün 5-7 il vaxt lazımdır. Hazırkı soda ehtiyatı 2020-ci ilə kimi qənaət etməklə çata bilər. Buna görə zavod istehsalı minimuma endirir.

Ola bilər ki, bundan sonra MDB ölkələrinə artıq Başqırdıstan zavod istehsalı soda yox, başqa ölkələrdə istehsal olunmuş alternativ marka soda idxal olunsun.

Ona görə Azərbaycanda da ötən illər idxal olunmuş soda satışdadır və zavodun bağlanması barədə məlumatlar alıcıların daha çox soda almasına və bəzi işbazların da sodanı satışdan yığışdıraraq, əldən satmasına təkan verib.

Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sodanın yoxa çıxması ilə bağlı alıcılardan birliyə çoxlu şikayət və zənglərin olduğunu bildirib.

"Hesab edirik ki, sodanın defisiti idxalçıların sövdələşməsi və süni yaratdığı ajiotajdır. Bu ucuz məhsulun belə qəhətə çəkilməsi normal deyil. Buna heç bir ciddi səbəb də yoxdur. Tələbin artdığını görüb bundan istifadə edən bəzi qruplar aktivləşərək süni qiymət artırır.

Ola da bilər istehsalçı yaxın vaxtda markanı, qablaşdırmanı, qiyməti dəyişsin. Bundan xəbər tutan işbazlar satışda olan sodanı yığışdırıb. Düşünürəm ki, ölkəyə həmin marka sodanın gətirilməsində problem yaradılmamalıdır. Yaxın günlərdə satışda sodanın lazımi miqdarda olacağını gözləyirik".
Eyyub Hüseynov sodanın müalicəvi təsiri barədə fikirlərin elmi əsasının olmadığını bildirib.

"Çox insanlar ona dərman kimi baxır. Amma soda hansısa xəstəliyi və ya xərçəngi müalicə etmir. Bir qutu soda bir neçə il yalnız müəyyən qida hazırlanmasında, uzağı diş, boğaz qarqarasında istifadə edilə bilər. Belə bir ucuz məhsulun süni yoxa çıxarılması yolverilməzdir. Yəqin ki, məsələnin həlli istiqamətində tezliklə işlər görüləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5963   Tarix: 28 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub - DİM detalları açıqladı

"Bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi araşdırma aparılıb". xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəz

17 dekabr
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

18 dekabr
.

"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video

Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər. "Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar. Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddi

17 dekabr
.

Audiovizual Şura boşanmalarla bağlı verilişə görə "MTV" kanalına xəbərdarlıq etdi - Video

Audiovizual Şura ailə institutunu nüfuzdan salan informasiya yayımlanmasına görə "MTV" kanalına xəbərdarlıq edib. "Qafqazinfo" xəbər verir ki, Audiovizual Şuranın onlayn iclası keçirilib. İclasda "MTV" kanalının efirində baş vermiş pozuntu halı müzakirə olunub. Bildirili

17 dekabr
.

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs

18 dekabr
.

Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)

Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra

18 dekabr
.

Göyçə gölündən ən yeni görüntülər - Möhtəşəm qış mənzərəsi

AzTV Bala Göyçə və Böyük Göyçə göllərindən yeni görüntülər təqdim edib. Qaynarinfo xəbər verir ki, möhtəşəm qış mənzərəsini özündə əks etdirən bu kadrları təqdim edir:

17 dekabr
.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

18 dekabr
.

"Qoç ət"in dönərindən 20 sm tük çıxıb? - "Əməkdaşlarımız saçı qısa olan kişilərdir"

Bakıdakı "Qoç ət" restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur. "Qafqazinfo" xəbər verir iki, bu iddianı reklam mütəxəssisi Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb. O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restorand

18 dekabr