Ağızdan pis qoxu gəlməsi hansı xəstəliyin əlamətidir?

Ağızdan pis qoxu gəlməsi hansı xəstəliyin əlamətidir?Ağızdan gələn pis qoxu həm insanın özünün, həm də ətrafdakıların narahatlığına səbəb olur. Ağızdan pis qoxu gəlməsi hansı xəstəliklərdən xəbər verir? Ağız qoxusunun qarşısı necə alınmalıdır?

Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) qastroenteroloqu Anar Salayev e-tibb.az-a bildirib ki, ağrısı, konkret şikayəti olmayan, yalnız ağzından pis qoxu gəlməsinə görə ona müraciət edənlər çoxdur.

Həkimin sözlərinə görə, belə müraciətlər zamanı insanlarda "Helicobacter pylori" bakteriyası aşkarlanır. "Helicobacter pylori" mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli patogen bakteriyadır: "Bəzən bu mikrobun müalicəsindən, mədə-bağırsaq patologiyasını aradan qaldırandan sonra ağız qoxusu bir müddət yoxa çıxır, yaxud azalır. Ağızdan pis qoxunun gəlməsinin əsas səbəblərini öyrənmək üçün isə ağız boşluğu xəstəliklərindən tutmuş mədə-bağırsaq xəstəliklərinə qədər hər şey araşdırılmalı, ağız gigiyenasına düzgün nəzarət edilməlidir. Çünki ağız gigiyenasına nəzarət etməyəndə pis qoxu meydana çıxa bilir. Müraciətlər zamanı ilk növbədə xəstədən dişlərinin sağlam olub-olmamağını soruşuruq. Diş əti xəstəlikləri - gingivitlər (damağın selikli qişasının iltihabı prosesi), parodontit, kariyes ağız qoxusuna səbəb ola bilir. Daha sonra dilə, dilin üzərində yığılan ərpə baxılır. Dilin üzərindəki ərp bəzən mikroorqanizmlərin çox yığıldığı əlverişli bir yerdir. Eyni zamanda, boğaz xəstəlikləri - anginalar, tonzillitlər (boğazgəlmə, badamcıqların və boğaz limfoidlərinin iltihablı kəskin infeksion xəstəliyi), mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri də ağız qoxusuna səbəb olur".

A. Salayev deyir ki, ağızdan gələn pis qoxunun qarşısını almaq üçün ağız boşluğunun gigiyenasına düzgün nəzarət olunmalı, yeməkdən sonra ağız yaxalanmalı, diş təmizliyinə fikir verilməlidir: "Əgər dişlərdə çürük, kariyes, diş əti xəstəlikləri varsa, stomatoloqa müraciət olunmalı, bunlar mütləq aradan qaldırılmalıdır. Qeyd etdiyim kimi, sadaladığım amillər ağızdan pis qoxunun yaranmasına gətirib çıxarır".

Bəs, dərman preparatlarının qəbulu ilə ağızdan gələn pis qoxunun qarşısını almaq mümkündürmü? Qastroenteroloq vurğulayır ki, bir müddət "Helicobacter pylori" əleyhinə olan antibiotiklər, mədə turşuluğu əleyhinə dərmanların qəbulu, spreydən, saqqızlardan, müəyyən məhlullardan istifadə ağızdan gələn pis qoxunun qarşısını almağa müvəqqəti kömək edir: "Lakin problem kökündən həll olunmalıdır. Bunun üçün isə qastroenteroloq, stomatoloq və lor tərəfindən müayinə aparılmalı, problem aşkarlanmalı və patologiya tam aradan qaldırılmalıdır ki, ağızdan gələn pis qoxunun da qarşısı tam alınsın. Yoxsa dərman qəbulu, spreydən istifadə müvəqqəti xarakter daşıyacaq".

A. Salayev onu da qeyd edib ki, tütün məhsullarından istifadə də ağızdan pis qoxu gəlməsinə səbəb ola bilir.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2876   Tarix: 03 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021