Zəlzələ zamanı nə etmək lazımdır? - DİQQƏT!

Zəlzələ zamanı nə etmək lazımdır? - DİQQƏT!Zəlzələlər yer səthinin titrəyişinə səbəb olan, yer qabığının deformasiyasına və tikililərin zədələnməsi və ya dağılmasına gətirib çıxardan yeraltı təkanlardır. Zəlzələlər şərti olaraq 12 ballıq şkala ilə hesablanır. Gücü 5 baldan yüksək olan zəlzələlər təhlükəli hesab olunur.

Metbuat.az zəlzələ zamanı etməli olduğunuz davranışlar barədə məlumatları təqdim edir.
Zəlzələ zamanı nə etmək lazımdır?

Sakit və soyuqqanlı olun, özünüzü itirməyin. Unutmayın, bəzi hallarda belə kiçik yeraltı təkanlardan sonra güclü təkanlar baş verir. Qaçmağa çalışmayın. Döşəməyə uzanın, yumaq formasını alın və əllərinizlə başınızı örtün.

Zəlzələ zamanı qapalı məkanda olanlar necə hərəkət etməlidir?

Mümkün hallarda binanı tərk edin. Ətrafdakı binalardan kənarda, təhlükəsiz bir yerdə dayandığınızdan əmin olun. Açıq sahəyə çıxmaq mümkün deyilsə, təhlükəsiz bir yerdə gizlənin, çarpayı və ya stolun altında da gizlənmək olar. Zəlzələ zamanı pəncərələrin yanında və yuxarı mərtəbələrin künc otaqlarında olmaq təhlükəlidir. Qaz, elektrik, müxtəlif isitmə sistemlərini və suyu mərkəzdən bağlayın. Kibrit yandırmayın və liftdən istifadə etməyin. Pəncərə və ya eyvandan tullanmaq istəyənlərə mane olun. Terrasa və ya eyvana çıxmayın. Məktəblərdə şagirdlər partaların altında gizlənməli və əlləri ilə başlarını örtməlidir.

Əgər siz ictimai binadasınızsa: - təmkinli olun; - insan izdihamından uzaq durun; - pilləkənlərdən və qapılardan uzaq durun: belə yerlərdə çoxlu bədbəxt hadisələr baş verir; - nəzərə alın ki, həyəcan siqnalının işə düşməsi elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər. Özünüzlə fənər və xüsusi xidmət orqanları tərəfindən verilən elanları dinləmək üçün əlavə batareyaları olan radio götürməyiniz məsləhətdir. Yanğın baş verərsə, onu söndürməyə çalışın və yerli yanğından mühafizə xidmətinə zəng edin. Ehtiyac olduqda, xilasedici dəstə ilə birlikdə binaların dağıntıları altında qalan insanların axtarışına kömək edin.

Zəlzələ zamanı yolda olan insanlar necə hərəkət etməlidir?

Yol fənərləri, naqillər və binalardan uzaqlaşın. Tüstü boruları, fasad plitələri, qırılmış pəncərə şüşələri və s.-dən özünüzü qoruyun. Başınızı əlləriniz və ya çantanızla örtün. Yeraltı keçidlərdən istifadə etməyin. Əgər bu təbii fəlakət zamanı siz ictimai nəqliyyatdasınızsa, dayanacaqda dərhal nəqliyyat vasitəsini tərk edin.

Zəlzələ zamanı hərəkət edən avtomobildə olanlar necə davranmalıdır?

Təhlükəsiz yol hərəkəti imkan verərsə, dayanın. Təkanlar qurtarmayınca, nəqliyyat vasitəsindən çıxmayın. Binaların, ağacların, estakadaların və elektrik naqillərinin yanında nəqliyyat vasitəsini saxlamayın. Zəlzələ qurtardıqdan sonra ehtiyatlı olun. Zəlzələ nəticəsində zədələnə biləcək yollardan, körpülərdən və maili enişlərdən uzaq olun.

Dağıntılar altında qaldıqda nə etmək lazımdır?

Qapalı yerə düşümsünüzsə, bu bütün hallara - uçqun, sürüşmə, zəlzələyə aiddir, yadda saxlayın ki, fikir aydınlığını saxlamaq üçün özünüzü itirməməlisiniz. Yeməksiz və susuz uzun müddət qalmaq mümkündür! Özünüzü ələ alın və fikrinizi bir yerə cəmləməyə çalışın. Od yandırmayın. Hərəkət etməyin. Ağzınızı əl dəsmalınız və ya geyiminizlə bağlayın. Harada olduğunuzu, çıxış yolunun, yaxınlıqda digər insanların olub-olmadığını müəyyən etməyə çalışın. Xilasedicilərin sizin olduğunuz yeri müəyyən etmələri üçün boru və ya divara vurun. Təhlükəli miqdarda toz udmamaq üçün yalnız əlacsız qaldıqda qışqırın. Əgər dağıntılar altında sıxılırsınızsa, gücünüzü qoruyub saxlamaq və iti əşyalarla yaralanmamaq üçün onları astaca kənarlaşdırmağa çalışın.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1160   Tarix: 06 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 2 institut yaradıldı

Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu, həmçinin Tətbiqi Elmlər İnstitutu yaradılıb. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrüb

14 may
.

Lalə Azərtaş qəzaya düşən təyyarənin bələdçisi ilə görüşdü

Aparıcı Lalə Azərtaş Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan Azərbaycan Hava Yolları sərnişin təyyarəsinin bələdçisi Aydan Rəhimli ilə bir araya gəlib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında onun haqda fikirlərini bölüşüb. "Efirdə də bu adı daşıyan möcüzə bir xanımda

14 may
.

Sabahdan bu zolaqlara girsəniz - Cərimə olunacaqsınız

Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları mayın 15-dən qüvvəyə minir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, Ümumdünya Şəhərsalma Forumu - WUF13-ün nəqliyyat təminatı çərçivəsində paytaxtın bir sıra küçə və prospektində müvəqqət

14 may
.

Laçınla Daşkəsənə dolu düşüb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub. Mayın 13-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksima

14 may
.

Vatsapda bu yeniliklər olacaq

Vatsap tətbiqində yeni dizayn dəyişiklikləri sınaqdan keçirilir. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, yenilənmə həm Android, həm də iPhone istifadəçiləri üçün hazırlanır. Belə ki, yeni dizaynda mesajlar daha yumru görünəcək və tətbiqin görünüşü daha müasir olacaq. Bundan başqa

14 may
.

İtkin düşmüş balıqçının meyiti tapıldı - Foto

Su Nəqliyyatında Polis İdarəsi və DSX əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Xəzər dənizində meyit aşkar edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, meyit Neft Daşlarının yaxınlığında tapılıb. Keçirilmiş tədbirlərlə müəyyən edilib ki, meyit 13 aprel tarixində batmı

15 may
.

Mayın 18-i muzeylərə pulsuz gedə bilərsiniz

18 May-Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə "açıq qapı" günü keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq. Bu təşəbbüsün məqsədi insanların asudə vaxtın

15 may
.

WUF13: 9 şəhərdə keçirilən festivallarında 115 mindən çox insan iştirak edib

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı təşkil olunub. Bu barədə -a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib. Qeyd edilib ki, festival Quba, Lənkəran, Qəbələ

14 may
.

Hər kəs psixoloq ola bilərmi? - AÇIQLAMA

Son illərdə psixologiyaya marağın artması ilə birlikdə "Hər kəs psixoloq ola bilərmi?" sualı da tez-tez müzakirə olunur. Xüsusilə sosial şəbəkələrdə insanların özlərini "psixoloq" kimi təqdim etməsi bu peşənin əsl mahiyyəti ilə bağlı suallar yaradır. Bəs görəsən həqiqət nəyi əks etdirir

15 may