İqtisad Universitetində "iqtisadi korrupsiya- müdhiş faktlar

İqtisad Universitetində "iqtisadi korrupsiya- müdhiş faktlarƏdalət Muradov rektor təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı tar-mar olunub, rüşvət ayaq açıb yeriyir; sensasion iddialar

İqtisadi universiteti çalxalanır. Editor.az "Gündəm-Xəbər" qəzetinə istinadən xəbər verir ki, yeni rektor təyinatı təhsil ocağının rüşvət mənbəyini silkələyib. İndi ali məktəbdə iqtisadi korrupsiya dalğası canlanıb. Bu da rektor Ədalət Muradovun sayəsində baş tutub.

Rəhbərlik özünü müasir və rüşvətə qarşı mübarizə aparan qüvvə kimi təqdim edə bilməyib. Əksinə, bu ali məktəbi daha betər günə salıb.

Ədalət Muradovun İqtisad Universitetinə təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı kifayət qədər geriləyib. İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə artıb.

Qaranlıq əməliyyatlar

"Gündəm-xəbər"ə daxil olan məlumata görə, Ədalət Muradov ADİU-nun rektoru postuna 2014-cü ilin mart ayında təyinat alıb. Buna qədər isə universitetə Şəmsəddin Hacıyev rəhbərlik edib.

Düzdür, Şəmsəddin Hacıyevin zamanında da universitetdə hər şeyin ideal vəziyyətdə olduğunu iddia etmək olmaz.

Amma bir məqam da unudulmamalıdır ki, Şəmsəddin Hacıyevin rektorluq illərində ADİU bir sıra uğurlara imza atıb, təhsil ocağının nailiyyətləri dəfələrlə ən yüksək səviyyələrdə müsbət qiymətləndirilib.

Ədalət Muradovun gəlişindən sonra isə onunla bağlı gözləntilər daha çox idi. Təhsil kluarlarında və ictimaiyyətdə belə bir ümid vardı ki, Ədalət Muradov Şəmsəddin Hacıyevdən qalma uğurlu ənənəni layiqincə davam etdirəcək.

Amma, necə deyərlər, sən saydığını say, gör, Ədalət Muradov nə sayır?…Saymaq mətləbinin üstünə gəlmişkən, son bir il ərzində ADİU-da rüşvətxorluq az qala rəsmiləşib.

Bununla bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, artıq tələbələr semestrdən semestrə artan rüşvət məzənnəsindən boğaza yığılıblar və universitetdə baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət etməyi planlaşdırıblar.

Daxil olan məlumata görə, Ədalət Muradov universitetə rektor təyin olunduqdan dərhal sonra bir sıra qaranlıq əməliyyatlara imza atıb.

"Paket" sisteminin inkişafı…

Həmin qaranlıq əməliyyatlar içərisində şübhəli tələbə transferlərindən tutmuş, rüşvətin yeni məzənnəsinə qədər bir çox şeylər var. Əldə etdiyimiz informasiyada bildirilir ki, hazırda ADİU-ya xarici universitetlərdən bir tələbənin köçürülməsi 30 min manata, Azərbaycanın digər ali məktəblərindən isə 20 min manata başa gəlir.Daha sonra mənbələr ADİU-da tətbiq olunan yeni qaydalar barədə müəyyən açıqlamalar verirlər.

Bu xüsusda məlumatlarda bildirilir ki, Ədalət Muradov rektor təyin olunandan sonra "maddi yardım" adı altında universitetin rəhbər vəzifəli işçilərinə "paket" sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb. Məsələn, məlumatlarda bu gün ADİU-da fakültə dekanlarının ayda 2000 manat məbləğində "əmək haqqı" aldıqları qeyd olunur.

Bunun müqabilində isə universitetin rəhbər işçilərinə qarşı tələbələrdən pul yığımı prosesinə qətiyyən qarışmamaq tələbi irəli sürülüb. Belə ki, hazırda bu proses rektor tərəfindən təyin olunmuş xüsusi adamların nəzarətinə verilib.

Nizami Musayev dövranı…

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) baş verən korrupsiya hallarının əsas iştirakçılarından biri universitetin "Ərzaq malları əmtəəşünaslığı və ekspertizası" kafedrasının 0,5 ştat vahidi dosenti və Tədris-Metodiki Mərkəzinin "Texniki və texnoloji ixtisaslar"üzrə direktor müavini Nizami Musayevdir.

Bu barədə qeyd olunur ki, Nizami Musayev artıq uzun illərdir ki, bu vəzifələri tutmaqla bərabər, həm də ADİU-da həyata keçirilən rüşvət yığımlarına nəzarəti öz əlində saxlayır.

Amma belə görünür ki, Nizami Musayev özünün "əvəzolunmazlığını" təmin etmək üçün tələb olunan bütün keyfiyyətlərə malikdir.

Beləcə, universitetin rektoruna deyil, məhz onun kürsüsünə olan sədaqətini isbatlamış Nizami Musayev qısa zaman ərzində öz əvvəlki prioritetlərini də qoruyub-saxlaya bilmişdir.

Digər tərəfdən isə, məlumatları təqdim edən mənbələr ADİU-nun "Ərzaq malları əmtəəşünaslığı və ekspertizası" kafedrasının 0,5 ştat vahidi dosentini ümumiyyətlə olduqca tədbirli bir şəxs kimi təqdim edirlər.

Məsələn, vurğulanır ki, Nizami Musayev ADİU-nun çox az müəllimlərindən biridir ki, bu gün işə icimai nəqliyyat vasitəsilə gəlib-gedir.

Halbuki, onun malik olduğu bağ evi, xüsusi villa, yeni tikili binada iki mənzil, habelə köhnə binada bir mənzil kimi daşınmaz əmlaklar, Nizami müəllimin ictimai nəqliyyat vasitələrinə heç də maddi imkansızlıqdan üstünlük vermədiyini göstərir.

Rüşvət yığımının nəzarətçisi

Ümumiyyətlə, bir neçə müddətdir ki, ADİU-da baş verən müxtəlif korrupsiya hallarından bəhs edən materiallar dərc olunmaqdadır. Lakin məhz son materialda universitetin "Ərzaq malları əmtəəşünaslığı və ekspertizası" kafedrasının 0,5 ştat vahidi dosenti və Tədris-Metodiki Mərkəzinin "Texniki və texnoloji ixtisaslar"üzrə direktor müavini Nizami Musayevin baş verənlərdə roluna dair açıqlamalar təqdim olunmuşdu.

Vurğulanmışdı ki, Nizami Musayev artıq uzun illərdən bəri bu vəzifələri tutmaqla bərabər, həm də ADİU-da həyata keçirilən rüşvət yığımlarına nəzarəti öz əlində saxlayır.

Eyni zamanda da universitetin rəhbərliyində 2000-ci ildən bəri baş vermiş artıq üçüncü dəyişiklik belə, Nizami Musayevin "statusuna" heç bir təsir göstərməmişdir.

Ən əsası da, materialda Ədalət Muradovun ADİU-nun keçmiş rektoru Şəmsəddin Hacıyevə qarşı apardığı kampaniyada Bədirxan Musayevi öz tərəfinə çəkə bilməsinin də məhz Nizami Musayevin vasitəçiliyi ilə baş tutması xüsusi qeyd olunmuşdu.

Mənbənin bildirdiyinə görə, Ədalət Muradovun keçirdiyi "qapalı" müşavirədə də səslənən əsas sual bu təfərrüatların mətbuata necə yol tapması ilə bağlı olmuşdu.

Kəsir imtahanına "gözəl imkan"

Bununla da ADİU-nun rəhbərliyi, universitetlərində həyata keçirilən rüşvət yığımları və digər korrupsiya halları barədə əvvəlki materiallarda təqdim olunan açıqlamaların artıq hamının bildiyi fakt olduğunu və buna görə "əndişələnmədiklərini" dolayısı ilə təsdiq etmiş oldu.

Amma qəzet səhifələrində Nizami Musayevin adı hallanınca, artıq bir çox başqa gizlinlərin də üzə çıxma ehtimalı ortaya qoyuldu.

Məhz buna görə də, bundan sonra risk etmək istəməyən Ədalət Muradov keçirdiyi müşavirədə məlumatları mətbuata ötürən mənbənin müəyyən olunması üçün təcili tədbirlərin görülməsi tələbini irəli sürüb.

Yeri gəlmişkən bunu da qeyd etmək istərdik ki, hər halda qəzetimizdə dərc etdiyimiz əvvəlki yazılar da ən azından ADİU-nun tələbələrinə müəyyən fayda verib.

Belə ki, açıqlamalara görə, artıq başa çatmış semestr imtahanlarının son mərhələsində tələbələrdən pul yığımları qəflətən dayandırılıb. Hətta deyilənlərə görə, tələbələr kəsir imtahanlarını belə pulsuz vermək imkanı əldə edə biliblər.

Tələbə transferi

Artıq ötən materiallarda da qeyd etdiyimiz kimi, aldığımız məlumatlarda bildirilir ki, Ədalət Muradovun ADİU-nun rektoru kimi hazırda göstərdiyi fəaliyyəti əsasən iki cəhəti ilə diqqəti cəlb edir. Bunlardan biri hazırda ADİU-da korrupsiya hallarının indiyədək görünməmiş yüksək həddə çatdırılmasıdır.

Mənbələrin iddialarına görə Ədalət Muradov vəzifəyə təyinatından dərhal sonra, ilk növbədə çoxsaylı tələbə transferlərinin həyata keçirilməsini təmin etdi. Həm də bu transferlər yeni müəyyən edilmiş "standart qiymətlər" əsasında həyata keçirilən ödənişlərdən sonra baş verdi.

Belə ki, ADİU-ya xarici universitetlərdən bir tələbənin köçürülməsi 30 min manata, Azərbaycanın digər ali məktəblərindən isə 20 min manata başa gəlir. Lakin bilavasitə universitetə qəbul olunmaqla burada təhsil alan tələbələrin etirazlarını yaradan əsas amil heç də bu deyil.

Aldığımız digər məlumatlarda bir daha təsdiq olunur ki, Ədalət Muradov rektor təyin olunandan sonra universitetin rəhbər vəzifəli işçilərinə "paket" sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb. Bunun müqabilində isə universitetin rəhbər işçilərinə qarşı tələbələrdən pul yığımı prosesinə qətiyyən qarışmamaq tələbi irəli sürülüb.

Belə ki, hazırda bu proses rektor tərəfindən təyin olunmuş xüsusi adamların nəzarətinə verilib. Buna görə də imtahanlara görə və digər prosedurlar üçün təyin olunmuş "qiymətlər" də artıq konkret rəqəmlərdə ifadə olunurlar. Məsələn, dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanına görə 500 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 manat məbləğində "ödənişlər" müəyyən edilib.

Rektorun "kassir"ləri kimdir?

Amma o da həqiqətdir ki, ADİU-də rüşvət yığılmasına hazırda prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir. Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır. Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür. Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür.

Məlumat üçün onu da bildirək ki, hələ bir neçə il bundan qabaq media orqanlarında Damət Bağırovla Dərbənd filialının müəllimi olmuş Minə xanım arasında tələbə köçürülmələri ilə bağlı yaranmış narazılıq işıqlandırılmışdı.

Sonradan məlum oldu ki, Minə xanım özünü asaraq intihar edib. Qəribəsi odur ki, Ədalət Muradov rektor təyin olunanda ADİU-də işləyən müəllimlərdə yəqinlik yaranmışdı ki, yeni rəhbər ilk əvvəl Damət Bağırovu tutduğu vəzifədən azad edəcək. Nəinki bu baş verdi, əksinə, Damət Bağırov yeni rektorun "kassir"inə çevrildi, "idarəetmə"nin əsasları onun adı ilə bağlandı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3270   Tarix: 30 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar

"Pensiyalarda 2026-cı ildə nəzərdə tutulan ikinci artım pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il əlavə altı illik iş stajını tamamlayan vətəndaşlara şamil olunacaq". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib

22 noyabr
.

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızıl, gümüş və digər metalların qiymətlərində kəskin eniş müşahidə olunub. xəbər verir ki, noyabrın 20-də qızılın bir troya unsiyasının spot qiyməti 86,98 ABŞ dolları və ya 2,40% azalaraq 3 538,49 ABŞ dollarına düşüb. Nyu-Yorkun COMEX birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərini

21 noyabr
.

Sabah "Koroğlu"dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq

Noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq. xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb. Qurumdan bildirilib ki, bununla əlaqədar qeyd olunan ərazilərd

20 noyabr
.

Noyabr pensiyaları tam ödənildi

Respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrind

20 noyabr
.

Narkotik asılılığı olan vəkil Kəngərli tanışlarına da satırmış - DİN görüntülərini yaydı - Video

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib. "Qafqazinfo" DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə gör

21 noyabr
.

9-cu sinif şagirdinin meyiti tapıldı

Xaçmazda məktəbli qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 15 yaşlı A.B.-nin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib. Onun qəfil ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Xaçmaz Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Qey

21 noyabr
.

21° isti... - Sabahın havası

Noyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı

20 noyabr
.

Yağışla bağlı - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Noyabrın 21-i axşam Azərbaycanı

20 noyabr
.

Jurnalistlər üçün müsabiqə elan edildi

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so

20 noyabr