Sabah "Koroğlu"dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq
Noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq.
Sonxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
Qurumdan bildirilib ki, bununla əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.
"Sürücülər şəhərin mərkəzindən Hava limanı istiqamətinə alternativ yol olaraq metronun "Koroğlu" stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı "8 Noyabr" prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər.
Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur",- məlumatda qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 298 Tarix: 20 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlkədə evlənmək istəyənlər azalıb
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma və 15030 boşanma halları qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərin
20 noyabrAzərbaycan 4 meymunu Qazaxıstana 200 dollara satdı
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Qazaxıstana dörd diri primat ixrac edilib. -a istinadən xəbər verir ki, dörd heyvanın ümumi ixrac dəyəri 200 ABŞ dolları göstərilib. Heyvanların hansı məqsədlə Qazaxıstana göndərildiyi rəsmi məlumatlarda əksini tapmayıb
19 noyabrAlim Qasımov və qızının ifası məşhur "GTA 6" oyununda
Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fəraqanə Qasımovanın ifası dünyanın ən çox gözlənilən videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilib. Axşam.az xəbər verir ki, oyundakı "Kaleidoscope FM" radiosunda onların ifası "Say It Right" ad
19 noyabrNoyabr pensiyaları tam ödənildi
Respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrind
20 noyabrSabah hava necə olacaq?
Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü qərb, şimal-qərb küləyi, gündü
19 noyabrKüləklə bağlı - Xəbərdarlıq
Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
19 noyabr"Atlant"ın rəhbəri vəfat etdi
Nabranda yerləşən "Atlant" Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib. Bizim.media-ya istinadən xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Bildirilib ki, Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq
20 noyabr"Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var"
"Bu gün Xəzərin mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var". "Qafqazinfo" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquq
19 noyabr