Güc tətbiq edərək torpaqları işğaldan azad etməyin zamanıdır — Millət vəkili

Güc tətbiq edərək torpaqları işğaldan azad etməyin zamanıdır — Millət vəkili"Azərbaycan Qarabağ münaqişəsinin həllində sülh danışıqlarına üstünlük verib, bu prinsiplərə sadiqliyini göstərsə də, bu məsələ danışıqlar yolu ilə həllini tapmır ki, tapmır. Münaqişənin tənzimlənməsi ilə bağlı 25 ildən artıq danışıqlar nəticə vermir. Ona görə də Azərbaycanın güc yolu ilə torpaqlarını azad etməkdən başqa yolu yoxdur".
Bunu "Ölkə.Az"a açıqlamasında deputat Elman Məmmədov Azərbaycan prezidentinin yerli mediaya müsahibəsində münaişələrin həllində beynəlxalq hüququn kobudcasına pozularaq güc amilinə üstünlük verilməsi və Azərbaycanın da bu reallığa hazır olması ilə bağlı fikirlərinə mövqeyini açıqlayarkən deyib.

"Ermənistan öz havadarlarının, ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə Azərbaycan torpalarını işğal etdi. Paşinyan hakimiyyətə gələndə elə düşünürdük ki, bu əvvəlki rəhbərlərin səhvindən nəticə çıxararaq, Ermənistanı üzləşdiyi iqtisadi, siyasi böhrandan çıxarmaq üçün işğalçılıq siyasətindən geri çəkilərək, qonşularla, daha doğrusu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağa çalışacaq. Lakin Paşinyan da özündəki sələflərindən daha pis formada sərsəm bir yol seçdi. O, problemi həll etmək əvəvzinə vəziyyəti daha da mürəkkəbləşdirdi. Belə olan halda Azəbaycan nə etməlidir? Bununla da Paşinyan hakimiyyəti Azərbaycan güc tətbiq etməklə torpaqlarını işğaldan azad etməkdən başqa alternativ buraxmır. Belə olan vəziyyətdə Qarabağ münaqişəsinin yeganə həll variantı güc tətəbiq etməklə torpaqları azad etməkdir",- deputat bildirib.
O, əlavə edib ki, bu gün Azərbaycanın güc yolu ilə torpaqlarını azad etmək üçün iqisadi və hərbi qüdrətə malikdir:

"Bu gün Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Bu müddət ərzində Azəbaycan hərtərəfli formada inkişaf edib. Bu gün Azərbaycan güclənib, Ermənistan isə zəifləyib. Azərbaycan güclü ordu qurub, iqtisadfiyyatı inkişaf edib. Bundan əlavə olaraq Qarabağı probleminin beynəlxalq hüquq müstəvisində həlli istiqamətində hüquqi baza əldə edib. BMT və digər beynəlxalq təşkilatlar Erməınistanın işalçılıq faktını pisləyən sənədlər qəbul edərək, işğalçılıq siyasətinə son qoymasını tələb edib. Lakin Ermənistan beynəlxalq təşkilatların da bu qərarlarına əməl etmir. Bu gün Ermənistan beynəlxalq hüquqa deyil, gücə söykənir. Ölkə başçısının da dediyi kimi bu gün beynəlxalq hüququn gücü deyil, gücün beynəlxalq hüquqa təsiri işləyir. Azərbaycanın da güc tətbiq edərək, işğal faktına son qoymaqdan başqa yolu qalmır. Beynəlxalq hüquq da Azərbaycana belə bir əməliyyata başlamaq üçün imkan yaradır. Digər tərəfdən də Azərbaycan başqa bir ölkənin ərazisini işğal etmir və başqasının torpağında gözü yoxdur. İşğal altında olan torpalarını azad etmək istəyir. Ona görə də Azərbaycan güc tətəbiq edərək işğal altında olan torpaqlarını işğaldan azad etməlidir. Və güc tətbiq edərək torpaqları işğaldan azad etməyin zamanıdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1629   Tarix: 13 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramaldanova ağır itki

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov

15 dekabr
.

"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz Quliyev

Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı. İlham Əliyev - bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi. Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlə

12 dekabr
.

Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib. -a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunlar

15 dekabr
.

Prezident qurultay iştirakçılarına müraciət etdi

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VII qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişa

16 dekabr
.

"Azərbaycanın əfv və amnistiya təcrübəsi zəngin tarixi ənənəyə malikdir" - DEPUTAT

"Azərbaycan Respublikasının müasir siyasi inkişaf mərhələsi hüquqi dövlət quruculuğu və tam suverenliyin bərpası ilə səciyyələnir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması bu mərhələnin ideoloji və hüquqi mahiyyətini dolğun şəkildə ifadə edir. Bu kontekstdə Preziden

18 dekabr
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

18 dekabr
.

Vardanyanın məhkəmə istintaqı yekunlaşdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses

16 dekabr
.

"Zamanla siyasi çəkisini itirmiş simaların yenidən iddia ilə çıxış etməsi praktiki nəticə doğurmur" - DEPUTAT

"Azərbaycan siyasi mühitində müxtəlif dövrlərdə fərqli təsir mərkəzlərinin formalaşması və onların ictimai fikrə yön verməsi haqqında müzakirələr heç vaxt dayanmayıb", - bunu -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:. "Bu müzakirələr həm hakimiyyət dairələrinə, həm də müxalif bloklar

15 dekabr