"Onda ancaq erməni sevgisi var" – Deputat

"Onda ancaq erməni sevgisi var" – DeputatSonxeber.az teleqraf.com-a istinadla Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə müsahibəni təqdim edir:

- Fransa Prezidenti Emmanuel Makronun Ermənistana rəsmi səfər edəcəyi barədə məlumat yayılıb. Makronun İrəvan və Gürcüstana səfər edərək, Bakıya gəlmədən Parisə geri dönməsi geniş müzakirə və etiraza səbəb olmuşdu. Bütün bunların, o cümlədən 24 aprel tarixini "Erməni soyqırımını anma günü" elan etməsi fonunda Makronun Ermənistanı bu cür nümayişkənarə dəstək verməsini necə dəyərləndirirsiniz?

- Emmanuel Makronun yeritdiyi siyasət fransız cəmiyyətində anormallığı ilə seçilir. Bu siyasətə etiraz olaraq, insanlar kifayət qədər ciddi addımlar atır. O, cəmiyyətdə siyasi təcrübəsi yetərincə olmayan bir şəxs kimi tanınır. Geri çəkildiyi qərarlarının sayı çoxdur. Fransanın əvvəlki prezidentləri Jak Şirak, Fransua Mitteran təcrübəli dövlət adamları, simpatiya doğuran liderlər olub. Makronun mövqeyi Fransanın öz imici üçün də narahatedicidir. Çünki bölgədə münaqişə halında olan iki ölkədən birinə üstünlük vermək, bunu açıq-aşkar nümayiş etdirmək siyasi təcrübənin yoxluğunun, naşılığın göstəricisidir. Makronun məsləhətçiləri də ağıllı məsləhət verə bilməyiblər, bu məsələdə o, artıq tərəf kimi ortaya çıxıb. Aprelin 24-nü "erməni anım günü"nü elan etməsi onu göstərir ki, bu adam üçün fransız sevgisi yoxdur, onda ancaq erməni sevgisi var. Görünür, bu da qanından gələn məsələdir, yəqin ermənidir, yaxud da ermənilərin dəstəyi ilə hakimiyyətə gəlib deyə belə addım atır. Amma bizim üçün fərq etməz. Biz ermənini sevən bütün qüvvələrə qarşı mübarizəmizi davam etdirməliyik. İstər Makron olsun, istərsə də patron, kim olur-olsun, biz ona qarşı da ədalətli mübarizəmizə davam edəcəyik. Çünki bizi bu cür vasitələrlə Azərbaycanın haqlı davasından uzaqlaşdırmaq mümkün deyil. Ona görə də bu kimi məsələlərdə mövqeyimiz birmənalıdır. Yalandan göz yaşı töküb ermənilər üçün ağlayaca daa, babalarının törətdiyi qatilliyi unudub ermənilərin törətdiyi qatilliyə haqq qazandıra biləcək yol izləsə də, bizə fərq etməz, haqlı davamızı axıra qədər aparmalıyıq.

- Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərininm görüşü baş tutacaq. Gözləntiləriniz nədir, Qarabağ danışıqlarında irəliləyiş ola bilərmi?

- Ermənistanın Baş naziri Nikol Paşinyan qeyri-ciddi davranışları ilə bir az Makrona oxşayır. Açıqlamalarında guya müəyyən məsələlərə yeni münasibət sərgiləmək istədiyini bildirir, ardınca Azərbaycan tərəfinin nə düşündüyünün onu maraqlandırdığını söyləyir, çox qeyri-ciddi mesajlar verir. Ona görə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən böyük gözləntim yoxdur. Ola bilər, 15-20 gün öncə ümidverici nələrsə vardı, amma son açıqlamalar onu göstərir ki, ermənilər bu məsələdə hansısa addım atmaq niyyətində deyillər, yaxud himayədarlarını onların addım atmağı maraqlandırmır. Bu fonda yeni bir situasiya hələ ki yaranmayıb. Ona görə də nazirlərin görüşündən də yenilik gözləmirəm.

- Ötən gün Rusiyanın nüfuzlu lenta.ru media orqanında Ermənistan və Azərbaycanın Dağlıq Qarabağın taleyi ilə əlaqədar gizli danışıqlara başladığı barədə yazı dərc olunub. Gizli danışıqlar nə dərəcədə realdır?

- Bu fikirlər əsaslı deyil. Çünki Ermənistan müstəqil davranış sərgiləmir ki, onunla Azərbaycan hansısa şəkildə gizli danışıqlar da aparsın. Ermənistanla danışıq aparmaq Rusiya, Fransa ilə danışıq aparmaq mənasına gəlir. Ona görə də Ermənistanın sahiblərini qoyub onun özü ilə gizli danışığa nə ehtiyac var? Ermənistan məsələ həll etmir. Azərbaycan bu məsələdə öz prinsipial mövqeyini dəfələrlə bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyev son müsahibəsində açıq şəkildə bildirdi ki, hər hansı şəkildə torpaq məsələsində güzəşt olmayacaq. Bu mövqeni də xalq dəstəkləyir.

- Uzun zamandır ekspertlər Paşinyanın Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyandan qurtulmaq istədiyinə dair fikirlər səsləndirir. "Jamanak" nəşri Ermənistan hakimiyyətinin maya qədər Saakyanın istefasına nail olacağını yazıb. Sizcə, vəziyyət necə dəyişəcək?

- Bunlar Ermənistan cəmiyyətində olan təhlillərdir. Mən cəmiyyətin iç strukturunu bilmədiyimə görə bunun nə dərəcədə real olduğunu söyləyə bilmərəm. İnandırıcı da gəlmir. Hər halda Paşinyanın bir neçə il krediti var ki, sonrakı dövrdə hakimiyyətdə qalmağı bu krediti necə xərcləməyindən asılı olacaq. Hələ ki bu kredit imkanı var. Rusiya ilə də münasibəti qaydaya salmağa çalışır. ABŞ-dan, Fransadan dəstəyi var və ona görə də daxili siyasətdə müəyyən məsələlərdə xaricdən dəstək ala bilsə, imkanları olacaq. Amma bütövlükdə Paşinyan da Ermənistanın gələcəyini ağıllı şəkildə qura biləcək liderə bənzəmir. Çünki Ermənistanı müharibə eyforiyasından çəkə bilən lider bəlkə də ölkəsinin xilaskarı olacaq. Ancaq Ermənistanı hamı ilə düşmənə çevirən anlayışla lider olanlar elə xalqları kimi də zədələnib sıradan çıxacaqlar.

- Ermənistanla ABŞ arasında Suriyadakı erməni hərbi missiyası ilə bağlı yaranan gərginliyi necə qiymətləndirirsiniz?

- Əslində gərginlik yoxdur. Bu, süni şəkildə ABŞ-ın guya Ermənistandan fərqli düşündüyünü göstərir. Bu mövzuda ABŞ Rusiya ilə əlbir davranır. Onlar arasında hər hansı ziddiyyət yoxdur. Suriya mövzusunda da birgə hərəkət edirlər, sadəcə zahiri problem var, onu qabardırlar ki, ikiqütblü dünyadır. Hamısı razılaşdırılmış fəaliyyətlərdir. Birləşmiş Ştatlar Ermənistanın guya Rusiyanın forpostu olduğunu bilmirmi? Niyə Rusiyanın forpostuna dəstək verib maliyyə yardımı edirlər? Bu, diqqəti yayındırmaq, standartlarının guya hamı üçün eyni olduğunu göstərmək üçün atılan addımlardır. ABŞ Ermənistanı dəstəkləyir. Yayılan məlumatlar qeyri-ciddidir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1620   Tarix: 15 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramaldanova ağır itki

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov

15 dekabr
.

"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz Quliyev

Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı. İlham Əliyev - bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi. Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlə

12 dekabr
.

Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib. -a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunlar

15 dekabr
.

Prezident qurultay iştirakçılarına müraciət etdi

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VII qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişa

16 dekabr
.

"Azərbaycanın əfv və amnistiya təcrübəsi zəngin tarixi ənənəyə malikdir" - DEPUTAT

"Azərbaycan Respublikasının müasir siyasi inkişaf mərhələsi hüquqi dövlət quruculuğu və tam suverenliyin bərpası ilə səciyyələnir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması bu mərhələnin ideoloji və hüquqi mahiyyətini dolğun şəkildə ifadə edir. Bu kontekstdə Preziden

18 dekabr
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

18 dekabr
.

Vardanyanın məhkəmə istintaqı yekunlaşdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses

16 dekabr
.

"Zamanla siyasi çəkisini itirmiş simaların yenidən iddia ilə çıxış etməsi praktiki nəticə doğurmur" - DEPUTAT

"Azərbaycan siyasi mühitində müxtəlif dövrlərdə fərqli təsir mərkəzlərinin formalaşması və onların ictimai fikrə yön verməsi haqqında müzakirələr heç vaxt dayanmayıb", - bunu -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:. "Bu müzakirələr həm hakimiyyət dairələrinə, həm də müxalif bloklar

15 dekabr