Prezidentdən VACİB SƏRƏNCAM

Prezidentdən VACİB SƏRƏNCAMPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında" 2006-cı il 16 fevral tarixli 1320 nömrəli, "Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında" 2012-ci il 27 iyun tarixli 2307 nömrəli, "Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında" 2013-cü il 2 aprel tarixli 2828 nömrəli, "Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında" 2016-cı il 11 noyabr tarixli 2432 nömrəli və "Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında" 2016-cı il 14 noyabr tarixli 2434 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sonxeber.az-ın xəbərinə görə, sənədlə "Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

"Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Dövlət Komissiyasının üzvləri

Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin direktoru.".

"Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 27 iyun tarixli 2307 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 618) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri.".

"Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 2828 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 383; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 1-ci hissəsi ilə təşkil edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.".

"Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 noyabr tarixli 2432 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1871; 2018, № 3, maddə 475) 1-ci hissəsi ilə yaradılmış işçi qrupun tərkibi aşağıdakı redaksiyada verilib:

"İşçi qrupunun rəhbəri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

İşçi qrupunun üzvləri

Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri.".

"Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 noyabr tarixli 2434 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1873) 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1620   Tarix: 15 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ən yüksək pensiya verilən ölkələr - SİYAHI

Müxtəlif ölkələrdə pensiya ödənişlərinin səviyyəsi iqtisadi sabitlik, sosial təminat sistemi və digər şərtlərdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. xarici mətbuata istinadən bildirir ki, ən yüksək pensiyalar yüksək həyat səviyyəsi və yaxşı işləyən sosial təminat sistemi olan inkişaf etmi

7 may
.

Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb

Abşeron rayonunda evlərdən oğurluq edən şəxs müəyyən edilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 1400 avro, 80

8 may
.

Azərbaycanda 102 yaşlı qadın təltif edilib - FOTO

9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib. Xidmətdən APA-ya verilən məlumata görə, görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenan

8 may
.

Həbsdə olan qohumunu azad edəcəyinə söz verdi, 28 min aldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəy

8 may
.

İlhamə Abdullayevanın Əli Həsənovun şirkəti ilə 70 minlik şübhəli sövdələşməsi – ARAŞDIRMA

Abşeron-Xızı Regional Təhsil İdarəsi "Azərmətbuatyayım" Açıq Səhmdar Cəmiyyəti ilə 70 00 manatlıq satınalma müqaviləsi bağlayacaq. xəbər verir ki, müqavilə "Azərbaycan müəllimi" qəzetinə abunə yazılışı ilə əlaqədardır. Tenderin şərtlərindən aydın olur ki, İdarə il ərzində 70 00 nüsx

8 may
.

Dönərdən zəhərlənənlərdən biri tələbədir

Ötən gün Zaqatalada dönərdən zəhərlənənlərdən biri UNEC-in Zaqatala filialının tələbəsidir. Bu barədə "Qafqazinfo"ya universitetdən məlumat verilib. Bildirilib ki, birinci kurs tələbəsi olan Əli Qocayev toyuq dönərindən zəhərlənib. Hazırda onun vəziyyəti yaxşıdır və evə buraxılacaq. Qeyd edə

8 may
.

Baba Rzayevin qohumlarına məxsus şirkət cərimələndi

Azərbaycanın aparıcı şirkətlərindən biri olan "Zirə Gülçülük" QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə inzibati protokol tərtib edilib. xəbər verir ki, "Zirə Gülçülük" QSC barəsində tərtib olunan protokola Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovu

8 may
.

Naməlum şəhid kimi dəfn edilmişdi, kimliyi bilindi - Video

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Habil Oruc oğlu İsmayılovun qalıqları ailəsinə təhvil verilib. APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları Lənkəranda dəfn edilib. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Habi

8 may
.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

8 may