`Donuz qripi` Azərbaycanın bir addımlığında

`Donuz qripi` Azərbaycanın bir addımlığındaDünyanı qorxuya salan, minlərlə insanın ölümünə səbəb olan donuz qripi virusu yenidən yayılıb. Qonşu Türkiyə və İranda virusun aşkar edilməsi Azərbaycanı təhlükə ilə üz-üzə qoyub. Ölkəmizin bir addımlığında donuz qripinin sürətlə yayılması virusun Azərbaycana keçəcəyi ehtimalını artırır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a bildirib ki, hazırda ölkəmizdə vəziyyət stabildir.

Nazirlik rəsmisinin sözlərinə görə, virusa qarşı profilaktik tədbirlər gücləndirilib: "Qripə tutulması şübhə doğuran xəstələrin, xüsusən uşaqların və yaşlı insanların hospitalizasiyası üçün xüsusi palataların ayrılması, lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrlə təmin edilməsi, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilməsi nəzərdə tutulub".
S. Əhmədova qeyd edib ki, profilaktik tədbirlərin gücləndirilməsi üçün səhiyyə naziri Oqtay Şirəliyev "Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Əmrdə ağır kəskin respirator xəstəlik halları barədə məlumat daxil olduğu halda dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, ölkənin şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb.
Müvafiq qurumlar yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə əhali arasında maarifləndirmə işlərinin aparmalıdırlar, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiqli boksları tam hazır vəziyyətə gətirməlidirlər, dərman vasitələri, tibbi ləvazimat və inventarla təchiz etməlidirlər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə qrip və kəskin respirator infeksiyalara şübhəli xəstələr barədə dərhal məlumatların Səhiyyə Nazirliyinə təqdim olunmasının təminatı, Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəhbərliyinə, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq donuz qripi baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasının təminatı, Respublika Taun Əleyhinə Stansiyasının rəhbərliyinə, donuz qripinin laborator diaqnostikasının aparılması üçün hazırlıq tədbirlərinin görülməsi tapşırılıb. Bütün səlahiyyətli qurumlar aparılmış laborator müayinələrin nəticələri, o cümlədən dövr edən virus ştamları barədə həftəlik məlumatları Səhiyyə Nazirliyinə təqdim etməlidirlər.

Nazirlikdən o da bildirilib ki, hazırda ölkədə epidemioloji durum tam stabildir və vəziyyət ciddi nəzarət altındadır.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə virus sərhəd tanımadığından transsərhəd ərazilərdən ətrafdakı ölkələrə yayılması mümkündür.
Müəyyən tədbirlərin görülməsinə ehtiyac olduğunu deyən A. Qeybulla qeyd edib ki, qorxulu virusdan heç kim sığortalanmayıb: "Nə qədər böyük tədbirlər görülərsə, virusa yoluxma riski az olar. Qrip dünyada karantin infeksiyasından biridir. Qrip olan zaman Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı araşdırma aparır, hesabat verir. Əhali arasında yayılan soyuqdəymə halları, yuxarı tənəffüz yollarının iltihabı əlamətləri ilə müşahidə olunan soyuqdəymələrə el arasında qrip deyirik. Əslində bu soyuqdəymə xəstəlikləridir. Amma qrip konkret olaraq karantin infeksiyasıdır. Onun ayrı-ayrı növləri ştamplarla peyvənd olunur. Təbii ki, donuz qripinin emidemioloji virus olması təsdiqlənib. Odur ki, Azərbaycan da karantin tədbirlərini gücləndirməlidir"-deyə Adil Qeybulla bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1263   Tarix: 06 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sarımsaq əzməsini ziyilin üstünə vurun - Yox edəcək

Həkim uşaqlarda ziyillərdən xilas olmaq üçün hansı xalq üsullarının təhlükəsiz olduğunu açıqlayıb. xəbər verir ki, uşaqlarda ziyillərin müalicəsində bəzi xalq üsullarından istifadə oluna bilər, lakin bu metodlara yalnız dermatoloqla məsləhətləşdikdən sonra müraciət edilməlidir. Bunu tibb elmləri namizədi

30 noyabr
.

Sinə xərçəngindən tam qurtulmaq mümkün deyil - Onkoloq

Onkoloq süd vəzi xərçənginin təkrarlanma riskinə diqqət çəkib. xəbər verir ki, onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib ki, süd vəzisinin çıxarılmasından sonra belə xərçəngin təkrarlanma riski mövcuddur. "Əməliyyatdan sonra on il ərzində qadınların təxminən 10%-i xərçəngin təkrarlanması ilə qarşılaşır

7 dekabr
.

Turşunun faydaları nədir?

Turşu evdə şüşə qabda və gigiyenik şəraitdə hazırlanarsa, sağlamlıq üçün faydalıdır. Həftənin 2 günü ovuc içi qədər istehlak edilməlidir. Sadəcə, sirkə və duz ilə hazırlanmış, tərkibində konservant olmayan turşuların istifadə olunması tövsiyə olunur. qafqazinfo-ya istinadən xəbər verir ki, turşunun qid

7 dekabr
.

COVID keçirmiş insanlarda qan laxtalanır - Həkimdən xəbərdarlıq

COVID-19-dan sonra yaranan mikrotromblar barədə xəbərdar edilib. xəbər verir ki, rusiyalı həkim Pavel Traxtman bildirib ki, virusun təsiri ilə qan damarlarında yapışqan mikrotromblar əmələ gələ bilər. Bu tromblar kapilyarları tıxayaraq toxumalara oksigen və qida maddələrinin çatdırılmasını çətinləşdirir

5 dekabr
.

Kompüter qarşısında uzun müddət oturmağın zərərləri

Son illərdə ofis işçiləri və tələbələr arasında kompüter qarşısında uzun saatlar keçirmək adi hala çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu vərdiş sağlamlığa ciddi təsir göstərə bilər. xəbər verir ki, həkimlər bildirir ki, uzun müddət oturmaq bel və boyun ağrıları, duruş pozğunluğu, gö

30 noyabr
.

Təzyiqiniz normada olmur?

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. Axşam.az təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:. Quru əncir. Kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir. Kişmiş

29 noyabr
.

COVID-19-un beynimizə uzunmüddətli təsiri

COVID-19 keçirən insanlar onun mənfi nəticələrini illərlə hiss edə bilərlər. xarici mediaya istinadla bildirir ki, Liverpul Universiteti, London Kral Kolleci və Kembric Universitetinin alimləri müəyyən ediblər ki, COVID-19 insan beyninə uzunmüddətli mənfi təsir göstərir. Araşdırmaya görə, ağır formad

30 noyabr
.

Miqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI

Miqren dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə təsir edən, kəskin və dözülməz baş ağrıları ilə müşayiət olunan nevroloji problem sayılır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullar miqren tutmalarını zəiflətməyə və ağrı müddətini qısaltmağa kömək edə bilər. Həkimləri

7 dekabr
.

8 saatdan az yatmaq ömrü qısaldır - Alimlər

Oreqon Sağlamlıq və Elmlər Universitetinin alimləri müəyyən ediblər ki, yuxusuz qalmaq ömrü xeyli qısaldır. xəbər verir ki, tədqiqatın nəticələri "SLEEP Advances" jurnalında dərc olunub. Alimlər ABŞ-dəkı böyük milli məlumat bazasını təhlil edərək CDC tərəfindən 2019-2025-ci illərdə toplanmı

10 dekabr