Mədət Quliyev xanımı Zəhra Quliyeva ilə tamaşada - FOTO

Fevralın 28-də Azərbaycan Dövlət Musiqili Teatrında məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsərinin motivləri əsasında hazırlanan tamaşanın premyerası olub.

Sonxeber.az Open.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, xalq yazıçısı, professor Elçin Əfəndiyev, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva tamaşanın premyerasına baxıb.

Premyeradan əvvəl tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova səhnə əsəri ilə bağlı təəssüratlarını bölüşüb. Antuan de Sent-Ekzüperinin kitablarının dünyada hər zaman yüksək tirajla satıldığını deyən rejissor bildirib ki, belə böyük yazıçıların əsərlərinin tərcümə olunub

Azərbaycan teatrlarında səhnələşdirilməsi sevindirici haldır. "Tamaşanın ərsəyə gətirilməsi bizim üçün texnoloji baxımdan çətin idi. Lakin yaradıcı heyət bunun öhdəsindən məharətlə gələ bildi. Nəhayət, iki il sonra tamaşanın premyerası reallaşdı. Şadam ki, bu gün belə möhtəşəm tamaşanın premyerasına toplaşmışıq", - deyə o qeyd edib.

Səhnə əsərinin süjet xəttində balaca şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti tamaşaçıya fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.

Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdıqları gözəl ifalar, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi, həm də sənət ocağının səhnəsində daha bir yenilikdir.

Maraqla qarşılanan tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.

Balaca şahzadə obrazını Musiqili Teatrın azyaşlı iki aktyoru - adı "Qızıl kitab"a yazılan Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandırıblar.

Digər rolları əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov, İbrahim Əlizadə ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.
Mədət Quliyev xanımı Zəhra Quliyeva ilə tamaşada - FOTOMədət Quliyev xanımı Zəhra Quliyeva ilə tamaşada - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1847   Tarix: 01 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıya gətirilərkən yolda öldü - Foto

Ötən gün Beyləqanda baş verən ağır qəzada yaralanan sürücü həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, rayonun Yeni Xocavənd qəsəbəsində baş verən qəzada yaralanan Sabunçu rayon sakini Quliyev Xəqani Xalqəddin oğlu Bakıdakı xəstəxanaya gətirilərkən yolda ölüb. "Hyundai" markal

3 aprel
.

Ağdaşda 28 yaşlı qadın itkin düşdü - Foto

Ağdaşda 28 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Ağdaş rayon sakini Söygülü Yusibova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. S. Yusibovanın əlamətləri: boyu 163 sm, arıq bədən quruluşludur. Evdən çıxan zama

2 aprel
.

Tanınmış jurnalistə vəzifə verildi

Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış jurnalist Firuzə Cəlilova universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsinə təyin olunub. Firuzə Cəlilova Bakı Dövlət Universiteti-nin məzunudur, pedaqogika üzrə fəlsəfə doktorudur v

3 aprel
.

Abşeronda bir məktəbdə TƏDRİS DAYANDIRILDI

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbua

1 aprel
.

Manana dahi sənətkar Aftandil İsrafilovun repertuarına müraciət etdi - VİDEO - FOTOLAR

Əməkdar artist Manana Caparidze yaradıcılığında növbəti bir uğura imza atıb. xəbər verir ki, sevilən sənətçi mərhum qarmon ustası, dahi sənətkar Xalq artisti Aftandil İsrafilovun əfsanəvi "Basqalı rəqsi" əsərinə öz ifası ilə yeni bir nəfəs gətirib. Əsərin musiqi müəllifi mərhum sənətkar Aftandi

2 aprel
.

Sosial mediada həddini aşanlar hansı maddə ilə cəzalandırılır? - AÇIQLAMA

Sosial şəbəkələrdə paylaşılan bəzi məzmunlar artıq ifadə azadlığının sərhədlərini aşaraq hüquqi məsuliyyət doğuran hallara çevrilir. Təhqir, böhtan, şəxsi həyatın pozulması kimi hallar istifadəçiləri qanun qarşısında cavab vermək məcburiyyətində qoya bilər. Bəs görəsən bu kimi davranışların hansı hüquq

3 aprel
.

Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB

Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib. -a istinadən xəbə

3 aprel
.

Polad Həşimov Aprel döyüşlərində: Xanımı həmin fotonu paylaşdı

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb. Qaynarinfo xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib. Qeyd edə

2 aprel
.

"TikTok"da bilet tələsi: konsert istəyən vətəndaşı belə aldatdılar - ŞİKAYƏT

Sosial şəbəkələrdə konsert bileti almaq istəyən vətəndaş dələduzluğun qurbanı olub. Bu barədə -a şikayət daxil olub. Belə ki, zərərçəkənin sözlərinə görə, o, Gökhan Türkmen konsertinə bilet axtararkən "TikTok" platformasında bir istifadəçi ilə əlaqə saxlayıb. Həmin şəxs işi çıxdığı üçün konsert

1 aprel