Dünyanın ən güclüləri: Türkiyə Almaniyadan, İran İsraildən üstündür
"Qlobal Fire Power" saytı 2019-cu ildə dünyanın ən güclü ordularının siyahısını tərtib edib.
Sonxeber.az teleqraf.com-a istinadla xəbər verir ki, 137 ölkənin olduğu siyahıda ilk üçlüyü ABŞ, Rusiya və Çin tutur.
ABŞ ordusu 617 milyard hərbi büdcəsi ilə dünyanın ən güclü ordusu sayılır. Onun arsenalında 6 mindən çox tank, 13 mindən çox hərbi hava qüvvəsi, 415-dən çox gəmi var. ABŞ ordusunun insan resursu 1281900 nəfərdən ibarətdir.
Rusiya dünyada ikinci ən güclü orduya malikdir. Rusiya ordusunun hərbi büdcəsi 44 milyard dollardır. 21 mindən çox tankı, 352 ədəddən çox hərbi gəmisi, 4078 ədəd hərbi hava qüvvələri texnikası var.
224 milyard dollar hərbi büdcəsi olan Çin ordusu 2693000 hərbçiyə sahibdir. 3187 hərbi hava texnikası, 13050 ədəd tankı, 40 min zirehli avtomobili və 714 hərbi gəmisi olan Çin ordusu dünyada üçüncü ən güclü ordu kimi təqdim edilir.
Hindistan ordusunun büdcəsi 55,2 milyard dollardır. 2082 ədəd hərbi hava, 4184 tankı, 295 ədəd hərbi gəmisi olan Hindistan ordusu dünya sıralanmasında dördüncü yerdədir.
Dünyanın beşinci ən güclü ordusu Fransaya aiddir və bu ordunun büdcəsi 40,5 milyard dollardır.
388 min hərbçisi olan Fransa ordusunun hərbi hava texnikasının sayı 1248 ədəddir. 406 ədəd tankı, 6300 ədəd zirehli avtomobili, 118 gəmisi olan Fransa ordusu Avropada birinci yerdə gəlir.
47 milyard büdcəsi olan Yaponiya ordusu dünyanın 6-cı ən güclü ordusudur. 303 mindən çox hərbçisi olan yapon ordusunun 1572 ədəd təyyarəsi, 1004 ədəd tankı, 3072 ədəd zirehli avtomobili, 131 ədəd hərbi gəmisi var.
8,6 milyard dollar hərbi büdcəsi olan Türkiyə dünyanın 9-cu ən güclü ordusuna malikdir. 1067 təyyarəsi, 3200 tankı, 9500 zirehli avtomobili, 194 ədəd hərbi gəmisi olan türk ordusu hətta Almaniyanı ötüb.
6,3 milyard dollar hərbi büdcəsi olan İran ordusu siyahıda 14-cü yeri tutub. 19,6 milyard dollarlıq hərbi büdcəsi ilə İsrail dünyanın 16-cə ən güclü ordusu siyahısında yer alır. Pakistan ordusunun illik büdcəsi 7 milyard dollardır və siyahıda 17-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıda ilk 25 dövlətin arasında MDB dövlətlərindən heç kimin adına rast gəlinmir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1265 Tarix: 20 mart 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sorğu: Jey Di Vens Trampın varisləri arasında liderdir
Nüfuzlu mühafizəkarlar konfransı CPAC iştirakçıları arasında keçirilən qeyri-rəsmi sorğuya əsasən, vitse-prezident Jey Di Vens qarşıdan gələn 2028-ci il ABŞ prezident seçkilərində ölkə mühafizəkarları arasında ən populyar namizəddir. "Report"un "Reuters"ə istinadən verdiyi məlumat
29 martYerdə bu tarixdə maqnit qasırğası gözlənilir
Günəşdə baş verən güclü partlayış nəticəsində yaranan plazma buludu çərşənbə axşamı axşam saatlarında Yerə çatacaq. Bu isə maqnit qasırğasına səbəb olacaq. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb. Bildirilib ki
31 martAyaqlarımızın altında 640 kilometr dərinlikdə nəhəng bir okean gizlənirmiş
Yer üzündə suyun hekayəsindən danışarkən adətən mavi okeanlar, gur axan çaylar və ya torpağın səthinə yaxın şirin su mənbələri yada düşür. Lakin yeni bir kəşf bu ənənəvi təsəvvürləri kökündən dəyişə bilər. Qaynarinfo-nun məlumatına görə, Nortvestern və Nyu Meksika universitetlərinin tədqiqatçıları tərəfində
31 martKİV: Pentaqon İranda mümkün yerüstü əməliyyatlara hazırlıq aparır
Pentaqon ABŞ-nin İranda mümkün yerüstü əməliyyatlara hazırlıq aparır. Bu əməliyyatların bir neçə həftə davam edə biləcəyi ehtimal edilir. bu barədə "The Washington Post" qəzetinə istinadən xəbər verir. Qeyd edilir ki, potensial quru əməliyyatları ABŞ qüvvələrinin İrana tammiqyaslı hərbi müdaxiləsin
29 mart30 illik sevgilisindən ayrılan Paşinyandan yeni paylaşım - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsi həyatı ilə bağlı son paylaşımları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, uzun illər birlikdə olduğu sevgilisi ilə ayrıldıqdan sonra sosial şəbəkələrdə daha aktiv görünən Paşinyan bu dəfə avtomobildə çəkdiyi video ilə diqqət çəkib
31 martGünəşdə böyük plazma partlayışı: Ay missiyası risk altında
Günəşdə güclü plazma atılması baş verir və bu hadisə Ay missiyasının başlanmasına təsir göstərə bilər. bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. "Koronoqrafların göndərdiyi məlumatlara və rentgen şüalanmasın
29 martTrampdan Makrona qalmaqallı sözlər: şəxsi həyatı üzərindən hədəf aldı
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makron barədə qalmaqallı fikirlər səsləndirib. türk mediasına istinadən xəbər verir ki, Tramp çıxışında Makronu həyat yoldaşı ilə bağlı ifadələrlə hədəf alaraq bildirib ki, "həyat yoldaşı tərəfindən pis rəftar görən Makro
2 aprelİranın Bəndər-Pol limanı bombalandı: Ölənlər var
İranın cənubunda, Fars körfəzinin sahilində yerləşən Bəndər-Pol liman şəhərinin bombalanması nəticəsində azı beş nəfər həlak olub. bu barədə "Al Hadath" telekanalına istinadən xəbər verir. Telekanalın məlumatına əsasən, Bəndər-Pola edilən hücum zamanı iki gəmi yanıb, azı beş nəfər həlak olu
29 martRusiyada zavodda partlayış - 3 ölü, 58 yaralı - Yenilənib
Rusiyanın Nijnekamsk şəhərində "Nijnekamskneftexim" zavodunda partlayış və ardınca yanğın baş verib. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır
31 mart