"Donuz qripi", yoxsa soyuqdəymə - Necə seçə bilməli ?

"Donuz qripi", yoxsa soyuqdəymə - Necə seçə bilməli ?Adil Qeybulla: "Bu, yuxarı tənəffüs yollarında infeksiyaların fəallaşmasından baş verən bir situasiyadır"
Soyuq havalar son vaxtlar əhali arasında soyuqdəymə xəstəliklərinin sayını artırıb. Bu gün uşaqdan böyüyə demək olar ki, əksəriyyət insanlar soyuqdəymədən, qripdən əziyyət çəkir. Qrip mövsümü payızın ilk aylarında başlayıb, noyabr-dekabrda artır və aprel-may aylarına qədər davam edir.

Qripin qış aylarında daha çox yayılmasının səbəbi insanların daha çox qapalı və sıx məkanlarda toplu halda cəmləşməsidir. İçəridəki havanın quru olması virusların uzun müddət yaşamasına səbəb olması əsas təsiredici faktorlardan biridir. Bəzən isə insanlar soyuqdəymə ilə qripi səhv salır. Əslində soyuqdəymə - virusların səbəb olduğu burun iltihabı xəstəliyidir. Halsızlığa gətirib çıxarmadığı üçün yataq istirahəti tələb etməyən bir xəstəlikdir və qətiyyən, qriplə qarışdırılmamalıdır. Normal qrip ən çox bir həftə çəkdiyi halda indiki xəstəliklər bir həftədən uzun çəkir ki, bu da insanların narahatlığına səbəb olur. Həkimlər bu cür halların qriplə əlaqəsi olmadığını, bunun sadəcə respirator virus, yəni soyuqdəymə olduğunu bildirirlər. Qripin ilkin əlamətlərinə gəlincə isə bunlar baş, boğaz, sinə ağrıları, öskürək, asqırma və titrətmə sayılır. Qısa müddətdən sonra isə hərarət, burun axması, əzələ ağrıları, halsızlıq da bura əlavə olunur. Qrip müalicə edildikdə bir həftə, müalicə edilmədikdə isə yeddi gündən də artıq davam edə bilər. Qrip zamanı orqanizmdəki digər xəstəliklər də baş qaldıra bilər. Bəzən insanlar yayılan donuz qripinə görə özlərini təlaşa salır, qorxuya düşürlər. Ancaq donuz qripinin əlamətləri adi, mövsümi qripdən tamamilə fərqlənir. Belə ki, donuz qripi mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yoluxan donuz qripinin əlamətləri qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, təngnəfəsliklə müşahidə olunur. Bu virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən ağciyərlər zədələnir.
Tibb elmləri doktoru Adil Qeybulla yayılanın qrip yox, kəskin soyuqdəymə olduğunu dedi:

"İnsanlar arasında yayılan və uzun çəkən qrip deyil. Bu yuxarı tənəffüs yollarında infeksiyaların fəallaşmasından baş verən bir situasiyadır. Yəni yuxarı tənəffüs yollarının infeksiyası fəallaşır və yoluxucu olur. Həmin mikroblar hava damcı yolu ilə digər şəxsə keçir. Yuxarı tənəffüs yolları norması adi halda xəstəlik törətməyən xeyli mikroblar var. Bunların sayı 15-dən çoxdur. Bunlar soyuq dəymədə, immun sistemi düşdükdə, bədən zəiflədikdə baş qaldırır və hüceyrənin funksiyası pozulduğundan xəstəlik törədir. Həmin əlamətlər də qripə bənzər əlamətlərdir. Yüksək temperatur, hərarət, yuxarı tənəffüs yollarının katarı, öskürək, burun axması və sairə kimi əlamətlərlə getdiyindən el arasında camaat bunu qrip adlandırır. Sovet dövründə həkimlər bu cür xəstələrə kəskin respirator xəstəlikləri diaqnozu qoyurdular. Bu qrip deyil, soyuqdəymə xəstəlikləridir. Qripin bu gün yayılan forması H1N1 virusudur. Bu ilk dəfə 2008-ci ildə Meksikada aşkar olunub. Bu gün də bu qrip aşkar olunub. Təəssüf ki bu qrip bu gün Azərbaycanla həmsərhəd ölkələrdə, Türkiyədə, Ermənistandadır. Azərbaycanda da bunun olma ehtimalı kifayət qədər böyükdür. Hesab edirəm ki, dövlət təcili profilaktik tədbirləri, trans-sərhəd zonalarda nəzarətin gücləndirilməsini və əhalinin maarifləndirilməsini həyata keçirməlidir".

Yayılan soyuqdəymədən özünü qoruma ilə bağlı məsləhətlərə gəlincə isə A.Qeybulla insanların bol vitaminlər qəbul etmələrinin lazımlığını vurğuladı: "Yayılmış soyuqdəymədən qorunmaq üçün insanlar düzgün geyinməli, vitaminlər qəbul etməli, meyvəni çox yeməlidir. Əslində immun sistemi möhkəm olmalıdır ki, həmin insan soyuqdəymədən qoruna bilsin. Bu cür əlamətləri, soyuqdəyməsi olan insanlardan maska ilə qorunmaq lazımdır. Bu tədbirlərə əməl etmək lazımdır. İnsanlar bu işlərə barmaq arası yanaşdıqları üçün xəstələnirlər".

Qripdən qorunmaq üçün bol su içmək lazımdır. Çünki su maddələr mübadiləsini gücləndirir, orqanizmdəki hər cür toksinləri əridərək kənara çıxarır. Hətta isti çay və qəhvə istəyəndə, belə suyu unutmayın. Çünki kofeinli içkilər susuzluq yaradır. Ona görə də hər 100 qram çayın üstündən əlavə 150 qram su için. Həmçinin başınağacı, moruq, qarağat, limon, bal və zəncəfilli çaylar da qripi sağaldan içki sırasındadır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 5285   Tarix: 24 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021