Duş qəbul etmək, diş fırçalamaq, ağıza su almaq orucu pozurmu? - İlahiyyatçı danışdı
Xəbər verdiyimiz kimi, mayın 6-sı Müqəddəs Ramazan ayının ilk günüdür. Bu ayda ən çox maraq doğuran suallar orucun hansı hallarda pozulması ilə bağlıdır.
Ramazan ayı ilə bağlı ilahiyyatçı Elşad Miri BiG.AZ-a açıqlamasında bildirib ki, Ramazanın mahiyyətini anlamadan ac- susuz qalmağın faydası yoxdur.
"Ümumiyyətlə, Ramazan ayı ac-susuz qalmaq ayı, pəhriz ayı da deyil. Bu ay Qurani-Kərimin enməyə başladığı ay olduğu üçün ona Quran ayı da deyirlər. Bu aya insanların suya girməyim, diş yumayım kimi yanaşmaları doğru deyil. İslam təmizlik dinidir. İnsanın ağız qoxusu ilə və ya tərli halda kiminsə qarşısına çıxmağı da doğru deyil. Ona görə oruclu olarkən təmizlik üçün nəzərdə tutulan hər bir şey olar. Əsas Ramazanın mahiyyətini dərk edib, Quranın nə üçün endirildiyini dərk etmək, bilməkdir. Əsas məqsədimiz də bu olmalıdır. Ac-susuz qalıb pəhriz saxlamağın Ramazan ayına heç bir aidiyyatı yoxdur".
İlahiyyatçı qadınların oruc olarkən makiyajdan istifadə etməsi, dodaq boyası və dırnaq boyasından istifadə mövzusundan söz açıb.
"Mədəyə gedəcək hər hansı bir şey yoxdursa istifadə edilməsi də qadağan deyil. Bundan başqa qadınların mensturasiya dövründə oruc tuta bilməzlər fikri yanlışdır. Orucu pozan hallardan biri də cinsi münasibətdir".
İlahiyyatçı Ramazan ayında toy etməyin heç bir qadağası olmadığını bildirib:
"İslam dinində hansısa ayda toy edib- etməmək anlayışı olmayıb. Bu sonradan uydurulmuş bir məsələdir. Biri Məhərrəm ayında toy etmir, biri Ramazanda toy etmir, biri mayda toy etmir. Belə şeylər yoxdur. Bu aylarda niyə sevinmək olmaz ki? Ramazanda toy etmək gözəldir. Toyu iftar zamanına salmaqla orucluların iftarını açmasına vəsilə olursan".
O, həmçinin xəstə insanlara orucun vacib buyurulmadığını qeyd edib:
"Əgər xəstə bir insana ac qalmaq səhhətində problem yaradırsa oruc tutmağı doğru hesab edilmir. Lakin faktiki olaraq orucun tibbi baxımdan müsbət tərəfləri də var. Ona görə xəstəyəm deyib bəhanə edib tutmamağı da doğru deyil. Əgər tuta bilmirsə başqa ac insanları doyurmağı daha gözəl olardı".
İlahiyyatçı alim Əkrəm Həsənov da orucu pozan hallardan danışıb. Belə ki alim ilk müqəddəs kitabımız Qurani-Kərimdən və peyğəmbərimizin hədislərindən söz açaraq orucu pozan hallardan danışıb.
"Bildiyimiz kimi, İslamın müqəddəs kitabı Qurani-Kərimdə və Məhəmməd peyğəmbərin hədislərində orucu pozan əsas məsələ qidanın və ya suyun qəbul edilməsidir. Lakin bilmədən edilərsə bu zaman oruc pozulmur. Yəni oruc olduğunu unudan şəxs bilmədən su içərsə onun orucu pozulmur. Şəriətdə bir qayda var, Allah Rəsulu deyib ki, sizdən biriniz oruclu olan halda unudub yeyib içsəniz belə, xatırladığı zaman orucunu davam etsin. Çünki pozulmuş sayılmır.
Bundan başqa vitaminli iynələr vurdurmaq orucu pozur. Çünki onlar müqaviməti artırdığı üçün bir növ qida kimi qəbul edilir və düzgün sayılmır. Lakin hər hansı ağrıkəsici iynələr vurdurmaq orucu pozmur.
İlahiyyatçı orucu pozan hallar arasında cinsi münasibəti də qeyd edib.
"Duş qəbul etmək, ağıza su almaq, çimmək orucu pozmur"-deyə alim qeyd edib.
" Oruclu olarkən ağzı yaxalamaq sizin orucunuzu pozmaz. Duş qəbul etmək, ağıza su almaq, çimmək orucu pozmur. Oruclu zaman tez-tez diş fırçalamaq istəyən şəxslər olduqca ehtiyatlı olmalıdırlar. Elə etmək lazımdır ki, su və ya diş məcunu boğaza getmsin.
Həmçinin qadınların makiyaj etməsi, dırnaq boyası, dodaq boyası vurması da orucu pozmur".
Əkrəm Həsənov bildirib ki, xəstə insanlara oruc tutmaq məsləhət görülmür.
"Dinimizə görə, xəstə insanlara oruc tutmaq tövsiyyə olunmur. Allah Qurani-Kərimdə bildirib ki, "Əgər sizdən biriniz xəstədirsə və ya səfərdədirsə həmin şəxslər Ramazan ayında oruc tutmasın. Lakin başqa günlər onun qəzasını tutsunlar". Bu Bəqərə surəsində ayədir. O cümlədən böyrək xəstələrinin oruc tutması doğru sayılmır. Əgər həmin şəxslər tam sağalmazsa və həkim tövsiyyə etmirsə qətiyyən olmaz".
Ramazan ayı yay aylarına düşən zaman dənizdə çimmək məsələsi barədə danışan alim bildirib ki, bu barədə Qurani-Kərimdə heç bir ayə yoxdur.
"Ümumiyyətlə Qurani-Kərimdə oruclu olarkən dənizə girmək və ya yuyunmaq barəsində heç bir ayə yoxdur. Hətta sevgili peyğəmbərimizin hədislərində də bu haqda qeyd olunmayıb. Lakin bəzi şiə məhzəblərinin alimləri bildirir ki, oruclu şəxs dənizə girərsə orucu pozulur. Bunu da ona görə deyiblər ki, dənizə girərkən insanın özündən asılı olmadan boğazına su gedir. Lakin ehtiyatlı davranmaq və su udmamaq şərtilə dənizə girməyə icazə verilir. Alimlər bunun yalnız ehtiyat baxımdan bildirib".
Afaq Rza
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Meyxanaçı Kərim vəfat etdi
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Sabah hava necə olacaq?
Pensiyalar bu tarixdə tam ödəniləcək
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA