Bakıda kişi arvadını başqası ilə tutdu - Hər yeri qana boyadı
Mayın 19-dan 20-nə keçən gecə Bakının Xəzər rayonunda törədilmiş qətlin təfərrüatı məlum olub.
Sonxeber.az xəbər verir ki, Xəzər rayon hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, 03:10 radələrində Binə qəsəbəsində 45 yaşlı Astara rayon sakini Rzayev Zaur Ağahüseyn oğlu keçmiş həyat yoldaşı 42 yaşlı Rzayev Maral Məmmədağa qızı, 20 yaşlı qızı Samirə, 35 yaşlı Zirə qəsəbə sakini Əliyev Vasif Fərzəli oğlu və 59 yaşlı Nəbiyev Qəmər Nədi qızına bıçaqla hücum edib.
Nəticədə, Vasif Əliyev hadisə yerində keçinib. Qurbanın döş nahiyəsindən ölümcül bıçaq zərbələri aldığı bildirilir. Maral Rzayeva üç saylı kliniki xəstəxanada ağır vəziyyətdədir. Digər pasiyentlərin vəziyyəti orta-ağır qiymətləndirilir.
Zaur Rzayevə gəlincə, onun saxlanıldığı bildirilir. Təqsirləndirilən şəxs polisə könüllü təslim olub. Bundan əvvəl onun narkotik vasitə saxlama, az ağır bədən xəsarətləri yetirmə maddələri ilə məhkumluğu olub.
Bu arada, ilkin araşdırma nəticəsində saxlanılan şəxsin həyat yoldaşı Maral Rzayeva ilə boşandığı müəyyən edilib. Onlar yollarını ayırdıqdan sonra zərərçəkən Vasif Əliyevlə vətəndaş nikahında yaşayıb. Keçmiş həyat yoldaşının başqa kişi ilə səadət tapması Z.Rzayevin ürəyincə olmayıb və müdaxilə etmək qərarına gəlib.
Dindirilmə zamanı o, qızı olan qadının başqa kişi ilə yaşamasının yolverilməz olduğunu bildirib. Ona görə gecə saatlarında hamı yuxuda olanda həyat yoldaşı və qızının kirayə yaşadığı evə pəncərədən daxil olub. Əvvəl o, V. Əliyevə bıçaq xəsarətləri yetirib, sonradan M.Rzayevaya keçib. Qışqırıq səslərinə oyanan qızı atasına mane olmağa çalışsa da, özü də üç bıçaq xəsarəti alıb. Mənzilin sahibi Qəmər Nəbiyeva da bıçaqla edilmiş hücumdan yan keçməyib.
Xəzər rayon Prokurorluğu fakt üzrə istintaq aparır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2188 Tarix: 20 may 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaradağ rayonunda 48 ədəd kombi oğurlayan şəxs saxlanılıb
Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1 400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarını
20 dekabrAvtobus sürücüsü ilə qadın sərnişin əlbəyaxa dava edib - VİDEO
Adanada xüsusi ictimai avtobusda sürücü ilə qadın sərnişin arasında yaranan mübahisə davaya çevrilib. türk mediasına istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhər mərkəzində fəaliyyət göstərən xüsusi ictimai avtobuslardan birində baş verib. İlkin məlumata görə, sürücü ilə qadın sərnişi
19 dekabrBoşanmaq üzrə olduğu həyat yoldaşına cəhənnəm yaşatdı - VİDEO
İstanbulun Kağıthane rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən bir qadına küçənin ortasında fiziki və silahlı hücum edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə 13 dekabr, şənbə günü saat 14:00 radələrində Çağlayan məhəlləsində baş verib. Əldə olunan məlumata görə, Yağmu
17 dekabrOdunun içindən çıxan ağac qurdunu yedi - VİDEO
Adətən Uzaq Şərq ölkələrinə xas olan həşərat yemə mədəniyyətini xatırladan görüntülər bu dəfə Qara dəniz bölgəsində qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, qışa hazırlıq məqsədilə odun doğrayan bir vətəndaş, odunun içindən çıxan ağac qurdunu tərəddüd etmədən yeyib. Həmin anlar onun yanınd
19 dekabrBoğazında çörək qalan şagirdi belə xilas etdilər - Anbaan görüntülər
Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb. Belə ki, şagird yemək zamanı boğazında çörə
20 dekabr16 yaşlı qız evdə başından güllələnmiş halda tapıldı
Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda 16 yaşlı qız uşağı evdə başından güllələnmiş vəziyyətdə aşkar edilib. Səhiyyə əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, yeniyetmə həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, 16 yaşlı A.C. ailə üzvləri tərəfində
17 dekabr