Elektron siqaretin tərkibində nə var? - XƏBƏRDARLIQ

Elektron siqaretin tərkibində nə var? - XƏBƏRDARLIQNikotin alkoqoldan 15 qat, kokaindən 5 qat artıq asılılıq yaratmaq qabiliyyətinə malikdir.

20 il gündə bir qutu siqaret çəkmək insan orqanizmində 7 kiloqram qətranın toplanmasına gətirib çıxarır.

Sonxeber.az e-tibb.az-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 31 May - Dünya tütünlə mübarizə gününə həsr olunan "Tütünü yox, sağlamlığı seçin" adlı konfransda Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin həkimi Dilarə Baxşəliyeva deyib.

Siqaretin zərərləri haqqında məlumat verən həkim bildirib ki, siqaret bir çox xəstəliyə səbəb olur: "Hazırda dünyada ölümə səbəb olan əsas vasitələrdən biridir. Ən böyük xərçəng yaradıcı vasitələrdən biri siqaretdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada ən çox yayılmış xərçəng növü ağ ciyər xərçəngidir ki, bunun da əsas səbəbi siqaret alışqanlığıdır. Ağ ciyər xərçəngindən ölən xəstələrin onundan doqquzu siqaret çəkir. Siqaret saç, diş tökülməsinə, kataraktaya, dəri qırışlarına, ürək-damar xəstəliklərinə də səbəb olur. Buna görə də, Ümumdünya Səhiyyə Təşkilatı siqaret alışqanlığını xəstəlik adlandırır. Bu da çox ciddi müalicə tələb edən xəstəlikdir".

Bildirilib ki, siqaret çəkmə yaşı əksər ölkələrdə 12 yaşa düşüb: "Bu gün ölkəmizdə də siqaret çox bahalı məhsul deyil, bu da onun geniş yayılmasına gətirib çıxarır. Statistika göstərir ki, siqaretdən ilk dəfə istifadə edən 4 insandan üçü siqaret aludəçisinə çevrilir. Siqaret çəkənlərin isə 67 faizi siqareti buraxmaq istəyir. Gündə 10 ədəddən az siqaret çəkənlərin arasında isə siqareti buraxmaq istəyənlər daha azdır".

Elektron siqaretlərin zərərindən danışan həkim onu da əlavə edib ki, yanlış təsəvvürə görə, elektron siqaretlər siqareti tərgitməyə kömək edir: "Əslində elə deyil, elektron siqaretin tərkibində tütün dumanı ilə eyni olan kimyəvi maddələr var. Onun zərəri siqaretlə eynidir və siqareti tərgitməyə qətiyyən təsir etmir".

Konfrans daha sonra məruzələrlə davam edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1859   Tarix: 09 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021