Mehriban Əliyevanın tapşırığı ilə Qarabağ müharibəsi əlili üçün yeni ev tikildi

Mehriban Əliyevanın tapşırığı ilə Qarabağ müharibəsi əlili üçün yeni ev tikildiAzərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ucar rayonunun ən iri yaşayış məntəqəsi olan Qaracallıda kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi evin tikintisi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri Qaracallı kəndində olub, Şöhrət Qasımovun ailəsinə baş çəkib.

1978-ci ildə anadan olan Şöhrət Qasımov ailənin ən böyük övladıdır. Üç qardaş, bir bacıdırlar. Hərbi xidmətdə olarkən 1998-ci il iyulun 18-də Füzuli rayonunun Əbdürəhman kəndində ermənilərin qəfil hücumuna məruz qalıblar. Gərgin keçən atışmada bir ayağının dizdən aşağı hissəsini itirib.

Yeni evin sevincini yaşayan Şöhrət Qasımov Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirərək deyib: "Mənzil şəraitimiz çox pis idi. Mehriban xanıma müraciət ünvanladım. Çox sağ olsun, müraciətimə dərhal cavab verildi və qısa vaxtda gözəl ev tikildi. İndi burada həyat yoldaşım və 2 övladımla – Azərbaycanın gələcək əsgərləri ilə rahat yaşayırıq. Bu rahatlığı bizə bəxş edən Heydər Əliyev Fonduna, fondun prezidenti Mehriban Əliyevaya çox-çox minnətdaram".

Ölkəmizdə əlillərə xüsusi diqqət və qayğı göstərildiyini deyən Qarabağ müharibəsinin əlili Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni qəsbkarlardan azad ediləcəyi günü səbirsizliklə gözləyir.

Qeyd edək ki, həyat yoldaşı və 2 övladı ilə ağır mənzil şəraitində yaşayan Şöhrət Qasımov bir müddət öncə Heydər Əliyev Fondunun "Regional inkişaf" İctimai Birliyinə müraciət ünvanlayıb. Müraciətdən sonra bu ilin fevralında əraziyə baxış keçirilib və yeni evin layihəsi hazırlanıb. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə tezliklə tikinti işlərinə başlanıb və Qarabağ əlilinə məxsus həyətyanı sahədə 4 aya üç otaqlı, tam təmirli, mətbəx mebeli ilə təchiz olunan, su çəni və suqızdırıcı avadanlıq qoyulan fərdi ev inşa edilərək, ailəyə təhvil verilib.
Mehriban Əliyevanın tapşırığı ilə Qarabağ müharibəsi əlili üçün yeni ev tikildiMehriban Əliyevanın tapşırığı ilə Qarabağ müharibəsi əlili üçün yeni ev tikildiMehriban Əliyevanın tapşırığı ilə Qarabağ müharibəsi əlili üçün yeni ev tikildi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1563   Tarix: 13 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021