"S-300" və "S-400" zenit raket sistemlərinin yaradıcısı İqor Aşurbəyli: "Qarabağ bizimdir, Azərbaycanındır"

"S-300" və "S-400" zenit raket sistemlərinin yaradıcısı İqor Aşurbəyli: "Qarabağ bizimdir, Azərbaycanındır"Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan "S-300 Favorit" və "S-400 Triumf" zenit raket komplekslərinin yaradıcısı olan azərbaycanlı alim, texnika elmləri doktoru, uzun müddət "Almaz-Antey" hərbi sənaye kompleksinə rəhbərlik edən, ilk kosmik dövlət olan "Asgardia"ın qurucusu İqor Aşurbəylinin APA-ya müsahibəsi

- İqor Raufoviç, istərdik ki, yaratdığınız kosmik dövlət olan "Asgardia" haqqında məlumat verəsiniz. Kosmik dövlət nə deməkdir?

"Asgardia" kosmik dövləti 2016-cı ilin oktyabrın 12-də yaradılıb. Bu tarix bizim milli bayramımızdır. 18 iyun tarixi isə ikinci milli bayramımızdır. Bu tarix "Asgardia" dövlətində milli birlik, vahidlik haqqında deklarasiyanın və Konstitusiyanın qəbul olunduğu gündür. Bu gün Asgardia dövlətinin 1 milyondan çox sakini var. Bu insanlar dünyanın 230 ölkəsindən olanlardır. Təəssüflər olsun ki, bu siyahıda Azərbaycan 58-ci yerdə qərarlaşıb. Əlbəttə ki, vətənim olan Azərbaycanın bu siyahıda ön yerlərdən birini tutmasını istərdim. Çünki, qonşu Türkiyə bu siyahıda ABŞ-dan sonra ikinci yerdə gəlir.

İnsanlar bu ölkəyə internet üzərindən yazılırlar. Asgardia dövlət kimi fəaliyyət göstərmək üçün zəruri olan hər şeyə malikdir. Konstitusiya, bayraq, himn və nümayəndələrin seçilməsi. Asgardia yer kürəsindəki sistemlərdən asılı olmayan infrastrukturlar işləyib hazırlayıb. Asgardialıların pasportları inteqrasiya olunmuş portativ cihazları, kredit kartları və ənənəvi smartfonları var.

Asgardianın gələcək planları sırasında qlobal internetin təqdimatı və asgardian texnologiyasına giriş, eləcə də Yer kürəsinin asteroidlərdən müdafiəsi üçün donanmanın yaradılması var. Asgardia nəinki ölkə kimi, həm də bəşəriyyətin inkişafı yolunda növbəti addımdır. Kosmik məkan sonsuzdur və kosmik tədqiqatlar "Homo sapiens"ə ölməz olmaq imkanı verəcək.

- Yaratdığınız kosmik dövlətdə vətəniniz Azərbaycanla, Bakı ilə bağlı nəsə bir ada rast gəlmək olarmı?

Asgardia komsik dövlətdir. Yer kürəsindəki dövlətlərə aid adla və ya adlarla heç bir əlaqəsi yoxdur. Bu, bizim prinsipimizdir. Asgardianın parlamentində dünyanın 42 ölkəsindən nümayəndələr var. Azərbaycandan da Asgardia parlamentinə nümayəndələr seçilib. Onlar parlamentdə Azərbaycanı və Azərbaycan dilini təmsil edirlər. Gördüyünüz kimi, bizim parlament ölkə prinsipi ilə deyil, dil prinsipi ilə seçilib.

- Azərbaycanla əlaqələriniz haqqında danışmağınızı istərdik. Azərbaycana tez-tez gedirsiz?

Ən azı ildə bir dəfə Azərbaycanda oluram. Əcdadlarımın məzarlarını ziyarət edirəm. Son iki ildə isə Azərbaycanda böyük layihə həyata keçirirəm. Bu, İçəri Şəhərdə, Qız Qalasının bir neçə addımlığında yerləşən hotel-muzey layihəsidir. Bildiyiniz kimi, mənim nəslimin nümayəndələri Azərbaycana ilk dəfə 1743-cü ildə gəliblər. İnqilab illərində Bakıda bizim 42 evimiz olub. Bunu 1913-cü ilin telefon nömrələri kataloqunu əldə edib görmək olar. Bu kataloqda Aşurbəyli soyadı ilə olan evlərin telefon nömrələri mövcuddur. Lakin təəssüflər olsun ki, bu evlərin hamısı sökülüb. İstəyirdik ki, Bakıda bir tarixi bina əldə edib, oranı soyumun başçısı olmuş Aşurxanın şərəfinə adlandıraq. Ona görə də, həmin hotel-muzey "Aşurxan Palace" adlanır. Bu layihədə Azərbaycan və Aşurbəylilər nəslinin 1743-cü ildən bu günə kimi olan tarixi öz əksini tapıb. Hotelin hər bir nömrəsi ayrılıqda Aşurbəylilər nəslinin bir nümayəndəsinə həsr olunacaq.

- Rusiya-Azərbaycan əlaqələrinin bugünkü səviyyəsi haqqında nə deyə bilərsiz?

Mən siyasətçi deyiləm, lakin deyə bilərəm ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Hiss olunur ki, iki dövlət arasında bir-birinə qarşı yüksək inam və etibar var. Azərbaycanın Rusiyadakı səfirliyinin Respublika Günü ilə bağlı keçirdiyi qəbullarda oluram. Moskvada və Rusiyanın digər regionlarında çox nüfuzlu azərbaycanlılar var. Bütün bunlar iki dövlət arasında əlaqələrin səviyyəsindən xəbər verir.

- Rusiyada yaşayan azərbaycanlıların bu ölkənin cəmiyyətinə inteqrasiyasından məmnunsunuzmu?

Bura həmişəlik yaşamağa gələn azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyası vacibdir. Birincisi, onu deyim ki, dil bilmə üstünlüyü hər zaman azərbaycanlılar üçün inteqrasiya etməyə yaxşı imkan yaradıb. Çünki Azərbaycanda rus dilində bir sıra hallarda Rusiyanın regionlarından belə daha səlis və təmiz danışıblar. Mən, özüm buna bir nümunəyəm. Fikrimcə, dil bilmək üstünlüyü azərbaycanlılara Rusiya cəmiyyətinə daha tez inteqrasiya olunmağa, uyğunlaşmağa imkan verir.

- Sizinlə müsahibə edib, rəhbərliyiniz altında istehsal olunan, Rusiya hava hücumundan müdafiə sisteminin qalxanı hesab edilən "S-300 Favorit"və "S-400 Triumf" raket zenit kompleksləri haqqında soruşmamaq olmaz. Bu silaha malik olmaq nə anlam daşıyır?

Mən, uzun müddət "S-300" və "S-400" zenit raket komplekslərini hazırlayan "Almaz-Antey" hərbi sənaye kompleksinin baş direktoru olmuşam. Məhz mənim rəhbərliyim altında S-300 sistemləri hazırlanıb. Yeri gəlmişkən, dövlətlərarası müqavilə çərçivəsində Azərbaycan da bu zenit raket kompleksinə sahibdir. Həmin komplekslər Azərbaycana uğurla çatdırıldı, hətta hərbi paradda da nümayiş olundu.

S-300 kompleksi real geosiyasi müdafiə silahıdır. Bu silah onu əldə edən ölkəyə hava məkanının suverenliyini qorumaq imkanı verir. Müasir münaqişələrdə çox az ölkə tanklarla müharibə edir. Son münaqişələrdə döyüşlərin əksəriyyəti əsasən hava məkanında gedir. Yuqoslaviya, İraq, Liviya, Suriyada müharibələr hava üzərindən gedirdi. Ona görə də, bu gün dünyada hava-kosmik müdafiənin rolu artmaqdadır. Hətta Rusiyada Hava-Kosmik Qüvvələri adlı qoşun növü də yaradılıb. Eyni növ qoşun növü ABŞ-da da mövcuddur. Hesab edirəm ki, S-300-lərə sahib olan Azərbaycanın səması etibarlı qapadılıb. Bu, çox mühüm məqamdır.

- Türkiyə Rusiyadan S-400 sistemlərini alıb. ABŞ buna görə Türkiyəyə təzyiqlər edir, sanksiyalarla hədələyərək onu bu sistemləri almamağa çağırır. Türkiyə tərəfi isə gələcəkdə Rusiya ilə birgə S 400-lərin istehsalında iştirak edə biləcəyini açıqlayıb. Nəzəri cəhətdən Rusiya ilə Türkiyənin S-400-lərin birgə istehsal etməsi mümkündürmü?

Əlbəttə ki, bu mümkündür. Bu, silah ticarətində beynəlxalq təcrübədir. Alıcı ölkə hər zaman istehsalın bir hissəsinin öz ölkəsinin ərazisində olmasını istəyir. İlk növbədə həmin ölkə öz sənayesini yükləmək, ikincisi isə yeni texnologiyanı mənimsəmək və gələcəkdə həmin sistemləri özü sərbəst istehsal etmək istəyir. Buna ən sadə nümunə Çindir. 20 ildən çoxdur ki, Rusiyadan S-300-lər alırdılar. Deyirdilər ki, bundan sonra heç nə almayacağıq, özümüz istehsal etməyi öyrənəcəyik. Lakin nəsə alınmadı. İndi bizdən S-400 komplekslərini alırlar.

O ki, qaldı ABŞ-ın Türkiyə S-400-lərlə bağlı təzyiqlərinə, deyə bilərəm ki, bu gün S-400 zenit raket komplekslərinin bır sıra texniki göstəricilərinə görə dünyada analoqu mövcud deyil. Fikrimcə, səbəblərdən biri budur. Digər səbəb isə, ABŞ-ın silah bazarını monopoliyaya almağa cəhd etməsidir. Bu rəqabətdir.

- İqor Raufoviç, artıq 30 ilə yaxındır ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunub. Qarabağ münaqişəsinin adı dondurulmuş münaqişə olsa da, münaqişə bu gün də davam etməkdədir. Sizin bu münaqişə ilə bağlı fikrilərinizi bilmək maraqlı olardı.

Mən, Asgardia dövlətinin başçısı kimi deyə bilərəm ki, bizim Konstitusiyamızda Yer kürəsində gedən münaqişələrdə iştirak etmək qadağandır. Ümumiyyətlə, münaqişələri şərh etmək belə qadağan olunur. Bu, Asgardianın prinsipial mövqeyidir. Ona görə ki, min illik bəşəriyyət-insanlıq, min illik müharibə deməkdir. Çətin ki, bu dəyişə. Bu səbəbdən biz, yer kürəsinin fövqündə olan dövlət yaratdıq. Nən, Asgardianın başçısı kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini şərh edə bilmərəm. Lakin Vətənim Azərbaycanda doğulan biri kimi başqa hansı mövqeni tuta bilərəm ki?! Əlbəttə, Qarabağ bizimdir, Azərbaycanındır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1860   Tarix: 15 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021