Azərbaycanda ər ona xəyanət edən arvadından ağlagəlməz qisas aldı - VİDEO - AZƏRBAYCANDA
Şəki polisi maraqlı quldurluq faktının üstünü açıb. Sonxeber.az məlumat verir ki, bu haqda KANAL S məlumat yayıb. Xəbərdə bildirilir ki, 18 fevral 2016-cı il tarixində Şəki rayon sakini Əsgərov Seymir Samir oğlu Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, Şəkinin Qarabulaq kəndi ərazisindəki yarımtikilidə 2 nəfər naməlum şəxs tərəfindən qol və ayaqlarının bağlandığını bildirib.
Daha sonra o qeyd edib ki, həmin şəxslər onun 143 AZN pulunu və mobil telefonunu ona qarşı zor tətbiq edərək götürüblər. Daxil olmuş məlumata əsasən dərhal hadisə yerinə yollanan polislər Əsgərov Seymuru əli-qolu bağlı vəziyyətdə orada aşkarlayıblar. Daha sonra polislər Seymuru şöbəyə gətirərək müvafiq qaydada AR CM-nin 181.2.1 maddəsi ilə, yəni quldurluq maddəsilə cinayət işinə başlayıblar. Aparılmış istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində isə Seymur Əsgərovun baş vermiş hadisəni qisas almaq məqsədi ilə səhnələşdirdiyi və hadisəni dostu, Bakı sakini Zalov Səbuhi ilə birlikdə həyata keçirdiyi məlum olub.
Araşdırmalar zamanı məlum olub ki, Seymur Əsgərovun həyat yoldaşı Həqiqət Əsgərova müxtəlif vaxtlarda müxtəlif şəxslərlə həyat yoldaşına xəyanət edib. Elə bunun üçün də Seymur Əsgərov həyat yoldaşının əməllərini üzə çıxartmaq üçün bu işə əl atdığını bildirib. Dindirilmə zamanı isə quldurluq etmiş şəxslər əməllərindən bəzi səbəblərə görə peşman olduqlarını bildiriblər. Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 9949 Tarix: 23 fevral 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda ciyərləri zədələyən virus yayılır? - Rəsmi açıqlama
Son günlər əhali arasında yeni virusa yoluxma hallarının artması müşahidə olunur. Xəstəlik yüksək hərarət və ağciyərlərə təsiri ilə xarakterizə edilir, əlamətləri isə "COVID-19" virusunu xatırladır. Bu durum əhali arasında müəyyən narahatlıq yaradıb. Məsələ ilə bağlı -a açıqlama verən Səhiyy
17 dekabr3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi
Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə
16 dekabrSabah yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şər
16 dekabr13 nömrəli avtobus niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Saytımıza 13 nömrəli avtobus marşrutu ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Sərnişinlər avtobusun təxminən yarım saat gecikdiyini bildirirlər. Hətta bu gün saat 10:00-10:30 aralığında gecikmə o qədər uzun çəkib ki, 7B marşrutunun sürücüsü 13 nömrəli avtobusun əvəzinə hərəkət edərək sərnişinləri götürü
17 dekabrBakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl
16 dekabrMasazırın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq"dan -a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında 10 kV-luq bölmədə təmi
16 dekabr