"Dedi, cadunu təmizləməyə ceyran göbəyi almalıyam, 30 min verdim" - "Cindar Hüseyn"in MƏHKƏMƏSİ

"Dedi, cadunu təmizləməyə ceyran göbəyi almalıyam, 30 min verdim" - "Cindar Hüseyn"in MƏHKƏMƏSİFala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən Lalə İbrahimova və oğlu "Cindar Hüseyn" kimi tanınan Hüseyn Əlizadənin məhkəməsi davam edib.

Sonxeber.az Bakupost.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Röya Səfərov dindirilib.

O qeyd edib ki, Karate Federasiyasında 18-20 yaşlardan ibarət yığma komandada baş məşqçi işləyir və iki dəfə dünya çempionu olub: "Zərərçəkən şəxslərdən Rübabə Ağayevanı tanıyıram. O, ana əvəzimdir, uşaqlıqdan yetim böyümüşəm, məni o himayə edib, böyüdüb. Bu işdə onu aldadıblar. Mənim qızıllarım da belə ələ keçib. Ailəmdə problem var idi. Yoldaşımdan ayrılmışdım. Ailəm üçün dəfələrlə barışmağa cəhd edirdim. Bir gün Rübabə xanım zəng edib məni evə çağırdı. Dedi ki, caduya baxanlar gələcək, evdə tək olmaq istəmir. Mən də gələndə bunları gördüm. Evi axtarırdılar, həyəti qazırdılar. Nəsə bükümlər tapmışdılar. Ailəmə cadu edildiyini dedilər. Mən də inandım. Qızıllarda qurd yağı olduğunu deyib alıblar. Sonra da 7 min nağd pulu" - deyə zərərçəkmiş ifadəsinə əlavə edib. Həmin qızılların kimə məxsus olması və ümumi dəyəri haqda isə R.Səfərov bunları deyib: "Nənəmin mənə verdiyi qızıllar idi. Mən də yoldaşıma vermişdim. Boşanandan sonra da məndə qaldı. Rübabə xanım qızılları yenisi ilə dəyişdirmişdi. Heç indi də görsəm, həmin qızılları tanımaram".

Röya Səfərov hadisə barədə məhkəmədə ətraflı danışmayıb. Onun istintaqda geniş ifadəsindən sitat belədir: "Evdə Hüseyn dedi ki, göstərəcəyim yerləri əlinizlə qazın. Rübabəyə də deyirdi ki, gəl bax. Hüseyn mənə qazdırdığı yerlərdən caduları özü çıxarırdı. Mən qazanda heç nə aşkar etməmişdim. "Cindar Hüseyn" evdə də mütləq cadu olduğunu dedi və yataq otağındakı balışdan "cadu" tapdı.

Hüseyn mənə mütləq yoldaşımla barışmaq üçün Dağıstana getmək lazım olduğunu dedi. Dedi ki, gərək özü də ora gedib caduları təmizləsin. Məndən 4500 manat istədi. O qədər pulumun olmadığını dedim. Xərçəng xəstəsi olan nənəmi sağaldacağını da vəd etdi. Dedim, sən hər şeyi həll et, alınsa maşını satıb verəcəyəm. Ondan sonra bir daha Hüseyni görmədim. Bu hadisədən bir müddət sonra eşitdim ki, Rübabə xanımda olan 30 min manatlıq qızıllarımı "caduları təmizləmək" üçün Hüseynə verib".

Rübabə Ağayeva ifadəyə münasibət bildirib. Qeyd edib ki, ana və oğlu ondan qızılları qurd yağından təmizləmək üçün alıb. Nağd pulu da ceyran göbəyi almaq üçün: "Qızılları təmizləyəcəkdi. Cadunu pozmaq üçün də ceyran göbəyi alacaqdı".

R.Səfərov ifadəsinin sonunda növbəti dəfə məhkəməyə gəlmək istəmədiyini deyib.

Bildirib ki, beynəlxalq yarışa hazırlaşır və indi də məşqdə olmalıdır.

Qeyd edək ki, "Cindar Hüseyn" ləqəbi ilə tanınan falçı H.Əlizadə və onun anası L.İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlara qarşı irəli sürülən ittihama görə, H.Əlizadə anası ilə birlikdə təkcə zərərçəkmiş Rübabə Ağayevadan külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib.

R.Ağayeva bildirib ki, o, "Cindar Hüseyn"ə, ümumilikdə, 300 min manata yaxın pul - 57 000 ABŞ dolları, 15 000 Böyük Britaniya funt sterlinqi, 47 000 manat və 55 000 manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Məlumata görə, pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alan H.Əlizadə və anasının cinayət işi Binəqədi Rayon Prokurorluğunda araşdırıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib.

Cinayət işində 13 zərərçəkmiş var.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4789   Tarix: 27 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Əkbər Xəlilov Tariyel oğlu Rusiyadan ölkəmizə ekstradisiya edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzr

17 noyabr
.

Gənc qadın silahlı hücum nəticəsində həyatından oldu

Diyarbakırın Yenişehir rayonuna bağlı Şəhidlik məhəlləsinin 50-ci küçəsində dəhşətli hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, İlayda Alkaş (22) bir dostunun ad günü mərasimindən sonra ailəsi ilə birlikdə evinə gedərkən, dini nikahla birlikdə yaşadığı və bir müddət əvvəl ayrıldığı Cema

16 dekabr
.

Ağdamda iki qardaş bıçaqlandı

Ağdamda iki qardaş bıçaqlanıb. "Qafqazinfo"nun xəbərinə görə, bıçaqlanma hadisəsi rayonun Baharlı qəsəbəsi ərazisində baş verib. Belə ki, həmyerlilər arasında baş verən mübahisə zamanı Elçin və Sənan adlı qardaşlar bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Sadiq adlı şəx

15 dekabr
.

DSX-nin əsgəri özünü güllələdi - Komandir ittiham olunur

Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib. "Qafqazinfo" xəbər verir ki, onun hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq halların

28 noyabr
.

Əməliyyat sarğısını açdırmaq üçün xəstəxanaya getmişdi - Qəzada öldü

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən taksi sürücüsünün məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Suraxanı Rayon Məhkəməsində 1992-ci il təvəllüdlü Yusif Osmanova (soyad şərtidir) hökm oxunub. Bildirilib ki, hadisə bu ilin yanvarında Suraxan

1 dekabr
.

Bakıda ata qətlə yetirildi - 19 yaşlı oğlu saxlanıldı

Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında qeydə alınıb. 1981-ci il təvəllüdlü İftixar Vəlizadə kəsici alətlə qətlə yetirilib. Cinayəti törətməkdə onun 2006-cı təvəllüdlü oğlu A.V şübhəli bilinir. İlkin məlumat

11 dekabr
.

Azərbaycan xalqından üzr istədilər

Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən üç Səudiyyə Ərəbistanı vətəndaşının məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, onların işinə Səbail Rayon Məhkəməsində baxılır. Polisin keçirdiyi əməliyyatla qaldıqları hoteldə tutulan əcnəbilər üç aydı

27 noyabr
.

İtkin balıqçıların axtarışına helikopter göndərildi

Astarada itkin düşən balıqçıların axtarışına helikopter cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, dekabrın-da saat 08-də balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir. Artıq FHN-nə məxsu

11 dekabr
.

"Oğlum hələ uşaq idi, meyiti yox etməli idik..." - Tanınmış həkimin qızı

Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb. Bu hadisə elə ötən ilin bu ayı baş verib. Mətanə

4 dekabr