Azərbaycanda TÜKÜRPƏDƏN QƏTL: Arvadının intim fotosu əlinə keçən ər görün nə etdi

Azərbaycanda TÜKÜRPƏDƏN QƏTL: Arvadının intim fotosu əlinə keçən ər görün nə etdiQətl hadisəsi törətməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1980-ci il təvəllüdlü Rəvan Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qətl hadisəsi Ağdaş rayonun mərkəzində, M.Ə.Rəsulzadə küçəsində baş verib. Rayon sakini Rəvan Bağırov ov tüfəngindən açdığı atəşlə həmyerlisi, 1991-ci il təvəllüdlü Kamil İsmayılovu vurub. Kamil İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

Müəyyən edilib ki, Rəvan Bağırov arvadı Röyanın istifadəsində olan "Asus" markalı planşet telefonuna baxıb. Orada Röyanın Kamal İsmayılovla (o, bu şəxsin Kamal İsmayılov olduğunu sonradan bilib) çəkilmiş şəklini görüb və arvadının ona xəyanət etdiyini zənn edib.

Rəvan Bağırov bu məsələni aydınlaşdırmaq üçün Röyadan şəkildəki şəxsin kim olduğunu soruşub. Röya həmin şəxsin "Gülüş" deyə çağırdıqları qohumu Gülruhun sevgilisi olduğunu söyləyib. Röya şəklin kiminsə tərəfindən montaj edildiyini deyib. Rəvan isə arvadının dediklərinə inanmayıb.

Rəvan Bağırov 25 may 2015-ci il tarixdə günorta saatlarında Kamal İsmayılova zəng edib, onunla sonuncunun evinin yaxınlığında görüşmək barədə razılaşıb.

Söhbət zamanı Rəvan Bağırov arvadı ilə nə kimi münasibətlərinin olduğunu Kamaldan soruşub. Kamal Röya ilə heç bir əlaqəsinin olmadığını, onun qohumu Gülüşlə bir-birini sevdiklərini deyib.

Daha sonra Rəvan Bağırov məsələyə aydınlıq gətirmək üçün elə həmin gün Kamalla birlikdə idarə etdiyi avtomobillə Şəki şəhərinə qayınatasıgilə gedib. Oradan həmin vaxt qayınatasıgildə olan arvadı Röyanı və xalası Səidəni də götürüb.

Sonra onlar Gülüşün yaşadığı evə gediblər. Söhbət zamanı Gülüş Kamalın həqiqətən də onun sevgilisi olduğunu desə də, Röya ilə Kamalın şəklini kimin montaj etdiyini izah edə bilməyib.

Rəvan Bağırov arvadı tərəfindən aldadıldığı qənaətinə gələrək, Kamalla birlikdə Ağdaş şəhərinə qayıdıblar.

Qohumlarının da məsələdən xəbər tutmaları onu narahat etdiyindən bu rüsvayçılıqdan xilas olmaqdan ötrü Kamalı öz evinə dəvət edib, arvadı ilə heç bir münasibətinin olmadığını qohumlarının yanında deməsi üçün onunla danışmaq qərarına gəlib. Bu məqsədlə də iyunun 2-də, saat 14.24-də Kamal İsmayılova zəng edib.

Lakin onun bu təklifindən Kamal boyun qaçırıb. Həmin gün saat 17-də Rəvan özünə məxsus olan "Mersedes E 300" markalı avtomobillə Ağdaş şəhərindəki bazarın yanından keçərkən Kamal onu görüb.

Həmin vaxt Kamal Rəvana yaxınlaşaraq arvadı ilə münasibətdə olmadığını onun qohumlarına demək üçün birlikdə evə gəliblər.

Evə gəldikdən təxminən 5 dəqiqə sonra Kamal İsmayılov vədindən imtina edib, heç kimə heç nə deməyəcəyini bildirib.

Həmin vaxt Kamal Rəvan Bağırova "sən kişi deyilsən, bu söhbəti bağlamalısan", - deyərək getmək istəyib. Kamalın bu hərəkətindən əsəbiləşən Rəvan Bağırov qısqanclıq zəminində onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Rəvan Bağırov evə daxil olub, əvvəlcədən atasının yatdığı çarpayının altına qoyduğu ov tüfəngini götürərək həyətə çıxıb. Kamal İsmayılov onun əlindəki tüfəngi görüb qapıdan çıxaraq qaçmağa başlayıb.

Rəvan onun arxasınca gedərək təxminən 10-15 metr məsafədən Kamal İsmayılovun kürəyindən nişan alaraq atəş aşıb. Kamal aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Rəvan Bağırova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan Bağırov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən apelyasiya şikayəti verən Rəvan Bağırov cəzasının yüngülləşdirilməsini istəyib.

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Rəvan Bağırovun şikayəti təmin edilməyib. (publika)


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 7569   Tarix: 10 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həbsxanının önündə həyat yoldaşının azadlığa çıxmasını gözləyən qadının rəqsi gündəm olub - VİDEO

Marmara Həbsxanası bu dəfə tanınmış məhbusları ilə deyil, həbsdən çıxmasını gözlədiyi həyat yoldaşı üçün rəqs edən bir qadının videosu ilə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, Silivridə yerləşən həbsxananın qarşısında çəkilən görüntülərdə gənc qadın Ragga Oktayın "Yeniden"

15 dekabr
.

Qusarda ağır qəza: İki nəfər ölüb, dörd nəfər yaralanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərha

14 dekabr
.

Məktəblilər arasında bıçaqlı dava: 16 yaşlı yeniyetmə yaralanıb - VİDEO

Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda parkda lisey şagirdləri arasında baş verən bıçaqlı dava nəticəsində 16 yaşlı yeniyetmə xəsarət alıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Fatih məhəlləsi, Cumhuriyet prospekti üzərində yerləşən parkda qeydə alınıb. Əldə olunan məlumata görə

15 dekabr
.

Bakıda toy karvanında 6 maşın toqquşdu - Video

Bakıda toy karvanında zəncirvari qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Qəza nəticəsində 6 avtomobil toqquşub. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə əlaqədar toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib

15 dekabr
.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərin xahişi ilə tədbirdə şeir səsləndirib - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "AK Parti Gənclik Görüşləri - Kampus Proqramı" çərçivəsində Sağlamlıq Elmləri Universitetinin Haydarpaşa Kampusunda gənclərlə bir araya gəlib. türk mediasına istinadən xəbər verir ki, tədbirdə çıxış edən Prezident Ərdoğan Türkiyənin savadlı universite

15 dekabr
.

Qapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə

14 dekabr
.

72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi

14 dekabr
.

Oğurladıqları telefonun siqnal vasitəsi ilə aşkar edilməməsi üçün görün nə etdilər

İstanbulun Beyoğlu rayonunda dörd oğrunun oğurladıqları mobil telefonun yerinin müəyyən edilməməsi üçün onu alüminium folqa ilə bükdüyü məlum olub. türk mediasına istinadən xəbər verir ki, hadisə rayonun Kuloğlu məhəlləsində baş verib. Aprelin 6-da gecə saatlarında yolda hərəkət edən İrfan Y.-nin arxasınc

16 dekabr
.

Dənizə düşən 32 yaşlı şəxsin meyiti tapılıb

Türkiyənin Samsun şəhərinin Atakum rayonunda dənizə düşdüyü iddia edilən 32 yaşlı kişinin cansız bədəni dalğıc polis əməkdaşları tərəfindən tapılıb. türk mediasına istinadən xəbər verir ki, Hadisə Atakum rayonunun Cümhuriyyət məhəlləsində yerləşən Çobanlı körpüsündə baş verib. İlkin məlumata görə, bi

16 dekabr