Vergilər Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ

Vergilər Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQVergi qanunvericiliyinə edilmiş dəyişikliklər, vergi yükünün və "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasına yönəldilmiş köklü islahatların həyata keçirilməsi şəratində cari ilin ötən dövründə qeyri-neft sektorunda, habelə ayrı-ayrı sektorlarda dövriyyələrin və vergi daxilolmalarının artımı müşahidə olunur. Vergi daxilolmalarının sürətlənən artım dinamikası iqtisadiyyatda əhəmiyyətli şəffaflaşma proseslərinin baş verməsini təsdiq edir. Bununla belə, bəzi sektorlarda, xüsusilə də, pərakəndə ticarət və ictimai iaşə sektorlarında şəffaflaşma prosesinin sürəti qaneedici deyil.

Bu haqda Vergilər Nazirliyindən verilən məlumatda bildirilib.

Vergi orqanlarının təhlillərinə əsasən, yayınmalar daha çox vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması halları ilə bağlıdır. Bununla əlaqədar, Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərini gücləndirib.

Bakı şəhərində aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Vergilər Nazirliyinin əməkdaşları vergi ödəyicilərini kassa çeki təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

"Qeyd edilməlidir ki, istehlakçılar istər alış-veriş zamanı, istər ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə onların öz hüquqlarını tələb edə bilməsi, hüquqlarının pozulduğu hallarda mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Dövlət büdcəsinə daxil olan vergilər isə büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Sahibkarlar əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri nəzərdə tutur"-deyə bildirilib.

Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin keçid müddəlarına əsasən cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Lakin sahibkarlar buna arxayın olmamalıdırlar. Çünki, rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə, vergi orqanın təhlilləri zamanı risk qrupuna aid edilə bilər ki, bu da həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.

Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələblərinə tam əməl etməyə, hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməyə dəvət edir. (Modern.az)


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1197   Tarix: 19 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanın Azərbaycandan pendir və kəsmik alışına çəkdiyi xərci 6 dəfəyə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 343,2 min ABŞ dolları dəyərində pendir və kəsmik idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 5,7 dəfə çoxdur

6 dekabr
.

Mərkəzi Bank "AZMA GROUP"u külli miqdarda cərimə etdirdi

"AZMA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Mərkəzi Bank tərəfindən külli miqdarda cərimələnib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə iki protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Məhkəmədə məlum olub ki, "AZMA GROUP"

20 noyabr
.

Pakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi - Həbs olundu

Səbail rayonu, "Park Bulvar" Ticarət Mərkəzində oğurluq edən xarici ölkə vətəndaşı həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 21 fevral 1997-ci ildə Pakistan İslam Respublikasında doğulmuş Mustaq Muhammad oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə açılmış işə məhkəməd

26 noyabr
.

Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? - RƏSMİ

Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə buraxılacağı iddia olunur. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. İddia edilir ki, yeni pul vahidi yeni ildən istifadəyə veriləcək, hətta onun görünüşünü əks etdirən foto belə paylaşılır. Məsələ ilə əlaqədar Azərbayca

1 dekabr
.

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalına çəkdiyi xərci 19 %-dən çox azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 39,034 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,2 % azdır. Noyabrda Türkiyə Azərbaycan

6 dekabr
.

Azərbaycanda qaymaq və xama istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 8 min 534,6 ton qaymaq və xama istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur. Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 3,4 % azalara

22 noyabr
.

Azərbaycan Kolumbiyadan nar tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,4 milyon ABŞ dolları dəyərində 5 163 ton nar ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 38 % çoxdur

16 noyabr
.

Azərbaycanda saatlıq minimum əməkhaqqı TƏXİRƏ SALINDI

Regional məsələlər komitəsinin son iclasında Əmək Məcəlləsinə təklif olunan bir sıra mühüm dəyişikliklər edilib. Uşağın doğulması ilə əlaqədar atalara 14 günlük ödənişli məzuniyyətin verilməsi, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehsalat təcrübəsi dövründə əmək müqaviləsi ilə təmi

7 dekabr
.

Cari ildə əczaçılıq məhsullarının istehsalı iki dəfə artıb, spirt və gübrə istehsalı isə azalıb

Cari ilin yanvar-noyabr aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində ümumilikdə 2 milyard 76.3 milyon manatlıq məhsul istehsal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarını

14 dekabr