Azərbaycanda saatlıq minimum əməkhaqqı TƏXİRƏ SALINDI
Regional məsələlər komitəsinin son iclasında Əmək Məcəlləsinə təklif olunan bir sıra mühüm dəyişikliklər edilib. Uşağın doğulması ilə əlaqədar atalara 14 günlük ödənişli məzuniyyətin verilməsi, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehsalat təcrübəsi dövründə əmək müqaviləsi ilə təmin olunması kimi yeniliklər qanun layihəsində yer alıb.
Bununla yanaşı, bir müddətdir gündəmdə olan saatlıq minimum əməkhaqqına keçid məsələsi isə layihəyə daxil edilməyib.
Qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqı aylıq nəzərdə tutulub və hazırda bu məbləğ 400 manatdır. Bir müddət əvvəl rəsmi qurumlar saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırlandığını bildirsələr də, hazırda Əmək Məcəlləsinə edilən dəyişiklikdə bu məsələ nəzərdə tutulmayıb və saatlıq minimum əməkhaqqı barədə planlar təxirə salınıb.
Sonxeber.az Modern.az-a istinadla xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, saatlıq minimum əməkhaqqının tətbiqi hazırda hökumətdə müzakirə olunan məsələlərdən biridir. Onun sözlərinə görə, lakin bunun üçün mexanizmin hazırlanmasına və detallı qaydaların dəqiqləşdirilməsinə ehtiyac var.
Azərbaycanda saatlıq minimum əməkhaqqı TƏXİRƏ SALINDI
"Saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların "overtime", yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda, bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir".
Deputat vurğulayıb ki, bununla yanaşı, əmək müqavilələrinin bağlanması, onların növləri, tətbiq mexanizmi, əməkhaqqılarının ödənilməsi sistemi kimi məsələlər də aydın şəkildə müəyyənləşdirilməlidir:
"Ümumiyyətlə, əmək bazarında, xüsusilə də əməkhaqqı siyasəti ilə bağlı islahatlar əsaslandırma, hüquqi çərçivə və mexanizmlərin tam hazır olmasını tələb edir. Bu proseslər tamamlandıqdan sonra müvafiq islahatların icrası mümkün olacaq".
V.Bayramov əlavə edib ki, saatlıq əməkhaqqı ilə bağlı müzakirələr davam edir və gözləntilər ondan ibarətdir ki, Azərbaycan da bir çox ölkələrdə olduğu kimi bu sistemə keçid reallaşdırılsın. Deputatın fikrincə, bunun tətbiqi yalnız mexanizmin tam hazır olması ilə mümkün olacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır