Su ehtiyatlarımız azalır - RƏSMİ

Su ehtiyatlarımız azalır - RƏSMİ"Azərbaycanda bəzi çaylarda su ehtiyatlarının azalması müşahidə edilir".

Sonxeber.az xəbər verir ki, bunu APA -ya açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib. O bildirib ki, son zamanlar çiləmə üsulu ilə, yəni müasir metodlarla suvarmaya daha çox meyl edilir: "Çünki sular azalır. Əgər belə etməsək, bizə su çatmaz. Bəzi göllərimiz quruyur. Bu, problemdir. Qanıx-Əyriçay vadisində bulaqların kütləvi surətdə quruması müşahidə edilir. Bunlar hamısı su ehtiyatlarına qarşı ciddi mübarizə tədbirlərinin aparılmasını və suya qənaət edilməsini vacib edir. Biləsuvar, Cəlilabad, Qax və Şəkinin Acınohur hissəsində su ehtiyatları azalır. Son zamanlar Ağstafa, Tovuz rayonunun Ceyrançöl ərazisində yaşayan əhalinin suya tələbatları çoxalıb".

M.İsmayılov qeyd edib ki, Kür çayı və kanal sahillərini çıxmaqla, əksər rayonlarda su problem olaraq qalır: "Son zamanlar müəyyən tədbirlər görülsə də, iqlimdə gedən istiləşmə suya tələbatı artırır. Bu da su ehtiyatlarına münasibəti dəyişməyi tələb edir".
Şöbə müdiri bildirib ki, Bakının əhalisi çoxaldıqca yeni su mənbələrinin tapılması, paytaxta gətirilməsi lazımdır: "Bakıda suya olan tələbat gətirilmə su hesabına ödənilir. Yəni Şollar, Bakı, Oğuz-Qəbələ-Bakı, Kür-Bakı su kəmərləri və kanalların hesabına Bakı və Abşeronun suya olan tələbatı ödənilir. Davamlı suya tələbatın ödənilməsi üçün tədbirlər həyata keçirilməlidir".

M.İsmayılov qeyd edib ki, Mingəçevir su anbarından Bakıya su gətirmək olar: "Şollar-Bakı su kəmərində yeni qolların yaradılmasına ehtiyac var. Suvarma məqsədilə Abşeron yarımadasında da suya ehtiyac duyulur. İçməli sulardan suvarma məqsədilə istifadə edilməsi Bakının hazırda mühüm su problemidir. Bunun qarşısını almaq, suvarma suları ilə Abşeron yarımadasını təmin etmək lazımdır. Düzdür, Samur-Abşeron kanalı var, amma mövcud problemi tam ödəyə bilmir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 903   Tarix: 19 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyi cərimə edilib. Qaynarinfo xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti quruma İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələri ilə cərimə yazıb. 192.4-cü maddə işçini

8 may
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesd

7 may
.

Sabah bu yollar bağlı olacaq

9 May - Faşizm üzərində Qələbə Günündə paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Qeyd edili

8 may
.

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Mayın 7-də Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğu

7 may
.

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. xəbər verir ki, bu barədə "APA"ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Avtomobil nəqliyyatı haqqınd

7 may
.

Sinan Engin canlı yayımda stuldan yıxıldı - VİDEO

Türkiyənin "Beyaz TV" ekranlarında canlı yayımlanan futbol proqramında yaşananlar sosial şəbəkələrdə viral olub. xəbər verir ki, masada gərgin müzakirə getdiyi an futbol şərhçisi Sinan Engin oturduğu kresloda arxaya söykənmək istəyib. Lakin o qəfildən yıxılıb. Keçmiş hakim Ahmet Çakar tez Sinanı

7 may
.

Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək

Dövlət İmtahan Mərkəzi mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. Mərkəzdən -a verilən məlumata görə, həmin gün ali və orta ixtisa

8 may
.

271 saylı məktəbin müəllimi: "Uşaqlar məkəbə gəlmir, direktora pul verir"

30 ildən çoxdur ki, ibtidai sinif müəllimi işləyirəm. Amma hazırda işlədiyim Sabunçu rayon, Bakıxanov qəsəbə ünvanında yerləşən 271 saylı tam orta məktəbin direktoru məni həyatımdan bezdirib. 2021-ci ildə müəllimlərin sertifikasiya imtahanında keçid balını yığa bilməmişdim, amma 29 avqust 2023-cü i

8 may
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bunu etsəniz, 400 manat CƏRİMƏ OLUNACAQSINIZ

Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücülərə hələ də rast gəlinir. Həm öz, həm də digərlərinin həyatlarını təhlükəyə atmalarına rəğmən bəzi sürücülər sərxoş halda sükan arxasına əyləşirlər. xəbər verir ki, sərxoş halda avtomobil idarə etmək ən yaxşı halda qayda pozuntusu, ən pis hald

8 may