271 saylı məktəbin müəllimi: "Uşaqlar məkəbə gəlmir, direktora pul verir"

271 saylı məktəbin müəllimi: "Uşaqlar məkəbə gəlmir, direktora pul verir"30 ildən çoxdur ki, ibtidai sinif müəllimi işləyirəm. Amma hazırda işlədiyim Sabunçu rayon, Bakıxanov qəsəbə ünvanında yerləşən 271 saylı tam orta məktəbin direktoru məni həyatımdan bezdirib. 2021-ci ildə müəllimlərin sertifikasiya imtahanında keçid balını yığa bilməmişdim, amma 29 avqust 2023-cü il tarixdə keçirilən imtahanda 40 imtahan və 21 müsahibə balı olmaqla cəmi 61 bal toplamışam. Buna baxmayaraq, neçə ildir Sabunçu rayon 271 saylı məktəbin direktoru Səbinə Qasımova mənə ibtidai sinif vermir və mən yalnız ibtidai siniflərə musiqi və texnologiya fənlərini tədris edirəm.

Bu sözləri Axar.az-a şikayətində 271 saylı tam orta məktəbin müəllimi Səltənət Zahid qızı Bağırova deyib.

"Məktəbimizin direktoru özünü məktəbə, pedaqoqa yaraşmayan tərzdə aparır, müəllimlər arasında ayrı-seçkilik salır, imkan düşdükcə məni, müəllimləri və digər işçiləri təhqir edir, aşağılayır. Hətta mənə bildirir ki, sənə sinif verməyəcəm, hara gedirsən get, kimə istəyirsən şikayət et, mən heç kimdən qorxmuram. Son günlər isə məni müxtəlif bəhanələrlə işdən qovacağı ilə hədələyir. Uzun müddətdir direktordan öz haqqımı tələb edirəm, amma təəssüflər olsun, mənim tələbimin heç biri təmin edilməyib. Əksinə, daim direktor tərəfindən şantaj olunur və basqıya məruz qalıram", - şikayətçi bildirib.

S.Bağırova məktəbdə biabırçılıqların baş verdiyini qeyd edib:

"Məktəbi bir dəfə yoxlasalar, görərlər ki, necə biabırçılıqlar baş verir. 271 saylı məktəbin 10 və 11-ci sinif şagirdləri dərsə gəlmir, dərs saatlarının pulunu da müəllimlərlə direktor öz aralarında bölür. Bundan başqa, məktəbimizdə 7-ci saatın dərsləri də keçirilmir, məşğələlər olmur, direktor sözügedən dərs saatlarını münasib bildiyi müəllimlərin adına yazır və sonradan dərs saatlarına ödənilən pulları ona geri verirlər. Məktəbimizdə bağban ştatı var, amma maaşını direktor alır. Ayşən və Sevər adlı şəxslər də ştat cədvəlində xadimə kimi müqavilə bağlayıblar, sadəcə, faktiki olaraq laborant işləyirlər. Müəllimlərin sertifikasiyasından keçməyən dörd nəfər ibtidai sinif müəllimi iki aklad sinif aparırlar, mənə isə normal dərs saatı belə verilmir".

Müəllim hətta məktəbi Sicilya mafiyasına bənzərdib:

"271 nömrəli məktəbdə Siciliya mafiyasına bənzər mafiya yaradılıb. Qocaman və daha təcrübəli Ofeliya Arazova gənc direktor Səbinə Qasımovanı tam idarə edir, kiminlə necə danışmaq, kimi sıxışdırmaq olar, hamısını o həll edir. Bir sözlə, mafiyanın başçısı Ofeliya Əkrəm qızı Arazovadır".

Onun sözlərinə görə, direktor başqa müəllimləri də hədələyir, amma işdən çıxarılma təhlükəsinə görə hamı qorxusundan susur:

"Məktəbimizin müəllimlərinin tən yarısı direktor Səbinə Məmmədağa qızı Qasımovanın onlara münasibətindən çox narazıdırlar, bütün bunları onlar ikilikdə mənə etiraf edirlər və bildirirlər ki, işlərini itirəcəklərindən qorxduqları üçün susurlar. Ən dəhşətlisi isə odur ki, direktor ibtidai sinif müəllimələrindən birini evində nökər kimi işlədir, bunu da ərazidə hamı bilir. Onu da əlavə edim ki, direktor və müavini məni intihar həddinə çatdırıblar".

Qeyd edək ki, məsələ ilə bağlı 271 saylı tam orta məktəbin direktoru Səbinə Qasımova ilə əlaqə saxladıq. Direktor iddiaları təkzib etdi və bildirdi ki, Səltənət Zahid qızı Bağırova Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməlidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2492   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr