"Pulumu istəyəndə dedi ki, nə həyasız adamsan?" - 50 manat borca görə qanlı hesablaşma

"Pulumu istəyəndə dedi ki, nə həyasız adamsan?" - 50 manat borca görə qanlı hesablaşma50 manat borca görə tanışını bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Əgər onun əməli sübuta yetirilərsə, ömrünün 10 ildən çoxunu dəmir barmaqlıqlar arxasında keçirməli olacaq.

Sonxeber.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən Orxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Orxan Əliyev tanışı Zaman Rüstəmovla borc pul məsələsinə görə mübahisə edib. Zaman aldığı pulu dediyi vaxtda qaytara bilmədiyi üçün bir neçə dəfə Orxanla mübahisə edib. Sonuncu mübahisə isə cinayətlə nəticələnib.

Belə ki, Orxan Zamana zəng edərək pulunu tələb edib. Zaman isə yenə də pulu verə bilməyəcəyini, imkanı olmadığını deyib. Bu isə Orxanın xoşuna gəlməyib. Əvvəlcə telefonda mübahisə ediblər. Sonra Orxan Zamanın yanına gedərək onun maşınına əyləşib. Mübahisə burada da davam edib və Orxan cibində olan bıçaqla sükan arxasında əyləşən Zamana bir neçə dəfə zərbə endirib. Zaman maşından düşərək qaçıb, Orxan isə hadisə yerindən uzaqlaşıb.

İstintaq orqanı Orxana qarşı Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürüb. Elan olunmuş ittihamla Orxan özünü qismən təqsirli bilib. Deyib ki, Zamanı öldürmək niyyəti olmayıb.

Hadisənin baş vermə səbəbi haqda Orxan sərbəst ifadəsində bunları deyib: "Zamanla bir-birimizi bir ilə yaxındır tanıyırıq. Onunla dostluq münasibətlərimiz olub. Dəfələrlə bir məclisdə olmuşuq. Sonuncu dəfə də onun ad günü məclisində olmuşuq. Mən ona yüz manat borc vermişdim. Əlli manatını qaytardı, amma qalanını yox. Mən bir neçə dəfə ona zəng edib pulumu istədim. Pulumu qaytarmadığı az deyilmiş kimi, məni də təhqir edirdi. Mən onun əmisi oğluna da bunu dedim. Dedim ki, Zaman bu nə hərəkətdir edir? Zamana zəng edib pulumu istəyəndə mənə dedi ki, sən nə həyasız adamsan? Bu söz məni çox əsəbiləşdirdi. Telefonda məni təhqir elədi. Ona zəng edib görüşə gəlməsini istədim, o isə gəlmədi. Mən onun yanına getdim. Maşınına oturanda yenə mübahisə elədik. Yenə kobud cavab verdi. Bıçaq çıxaranda mən də cibimdən bıçaq çıxarıb onu vurdum".

Hakim Orxandan cibində bıçaq gəzdirməsinin səbəbini soruşub. Orxan deyib ki, KamAZ sürücüsü olduğu üçün həmişə cibində bıçaq olurmuş: "Ağır maşındı. Tez-tez problemlər olur, yolda qalırsan. Bıçaq da hər zaman lazım olur. Ona görə də cibimdə bıçaq olurdu".

Orxandan o da soruşulub ki, niyə Zaman sükan arxasında, təhlükəsizlik kəməri bağlı olduğu halda ona ardıcıl zərbələr edindirib. Bu suala cavabında Orxan deyib ki, vurduğu zərbələrdən sadəcə birini xatırlayır: "Mən bir zərbə vurdum. Onu da Zaman bıçaq çıxardığı üçün. Digər bıçaq xəsarətləri biz əlbəyaxa olan zaman dəyib. Mən istəsəydim, Zamana maşından düşməyə imkan verməzdim. Kəməri də bağlı olduğu yerdə onun sağ tərəfindən vurardım".

Orxan əməlindən peşman olduğunu, Zamanla barışdığını deyib. Məhkəmədə zərərçəkmiş Zaman da dindirilib. Zaman deyib ki, Orxanı təhqir etməyib. Orxanın işlətdiyi ifadə xoşuna gəlmədiyi üçün onunla kobud danışıb: "Məndən pulunu istəyəndə olmadığını dedim. Sonra məni yanına çağırdı. Mən də gələ bilməyəcəyimi dedim. Mənə "kimsən sən, taksi sürücüsüsən də" dedi. Bu sözə acıqlandım. Sonra Orxan mənim yanıma gəldi, maşına minəndə mənə bıçaq çıxardı".

Zaman bildirib ki, maşından düşəndən sonra yanına bir nəfər yaxınlaşıb. Onun köməyi ilə xəstəxanaya gedib. Bir neçə gün xəstəxanada qaldığını deyən Zaman müalicə xərclərinə kömək edildiyini deyib.

Məhkəmə araşdırması davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1186   Tarix: 28 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmət

17 dekabr
.

Buğanı bəsləmək istəyən gənc təhlükəli vəziyyətlə üz-üzə qaldı - VİDEO

Buğanı bəsləmək məqsədilə onun saxlanıldığı əraziyə daxil olan gənc gözlənilməz hadisə ilə üzləşib. Gəncin buğanın üzərinə çıxmasında sonra heyvan onu ayağının altına salıb. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı gənc böyük panik yaşayıb və buğanın ayağı altından çıxmaq üçün ciddi mübariz

18 dekabr
.

Baş örtüyü ilə üzlərini gizlədən ana və qız evdən qızıl oğurladılar - VİDEO

Adana şəhərində baş örtüyü ilə üzlərini gizlədən ana və qız iki evə daxil olaraq 670 min lirə dəyərində qızıl, zinət əşyası və pul oğurlayıblar. xəbər verir ki, hadisə ilə əlaqədar 3 şübhəlidən Yeter U. tutularaq həbs edilib. Təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilən Yeter U. ittihamları rəd

18 dekabr
.

Bir kişi yol kənarında ölü tapılıb - VİDEO

Biləcikdə Suriya vətəndaşı olan bir kişi yol kənarında ölü vəziyyətdə aşkar edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı əldə olunan məlumata görə, saat 20:30 radələrində Ertuğrulgazi məhəlləsində, Kent Ormanı Özgen Villaları yolunda yerdə hərəkətsiz uzanan bir şəxsi görən vətəndaşla

17 dekabr
.

Atasının dəfn mərasimində yaşadığı hadisə qadını ikinci dəfə sarsıtdı - VİDEO

Atasının dəfn mərasimində 600 min TL dəyərində qızıl-zinət əşyalarının oğurlandığını iddia edən qadın yaşadığı hadisəni sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, ağrılı günlərində belə bir hadisə ilə üzləşməyin onları bir daha yıxdığını deyən qadın

19 dekabr
.

Maşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO

Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr

19 dekabr
.

Dünyanın ən ölümcül dəniz canlılarından birinə toxunan turist təhlükəni sonra başa düşdü - VİDEO

Filippində tətil edən britaniyalı turist dayaz sularda qarşılaşdığı və zərərsiz sandığı bir dəniz canlısına toxunaraq böyük təhlükə ilə üzləşib. Mütəxəssislər bildirirlər ki, sözügedən canlı - mavi halqalılı ahtapot - siyanürdən təxminən 1 00 dəfə daha güclü zəhərə malikdir. türk mediasına istinadə

18 dekabr
.

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti TAPILDI

Sumqayıt şəhərində 30-cu məhəllə ərazisində 18 yaşlı gəncin meyiti aşkarlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədər ölü

17 dekabr
.

Pekində muzeydə insident: 2 kiloqramlıq qızıl tac zədələndi, ziyan 90 min manata yaxın - VİDEO

Çinin paytaxtı Pekində yerləşən muzeylərdən birində xoşagəlməz hadisə baş verib. xarici mediaya istinadən xəbər verir ki, təxminən 2 kiloqram saf qızıldan hazırlanmış xüsusi bir tac uşağın vitrininə toxunması nəticəsində yerə düşüb. Məlumata görə, yerə düşən qızıl tac gözəllik fenomeni Zhang Kaiyini

17 dekabr