Maşın markalarının arxasında gizlənən QƏRİBƏ VƏ SİRLİ MƏNALAR

Maşın markalarının arxasında gizlənən QƏRİBƏ VƏ SİRLİ MƏNALARAvtomobil markaları istehsal etdikləri yeni modellərlə texnologiya və komfortu hər gün daha üst səviyyəyə çıxarır.
Bəs hər gün küçələrdə rast gəldiyiniz markalarının adının altındakı gizli mənalardan xəbərdarsınızmı?

Sfera.az sizi maraqlı məlumatlarla tanış edir.

"Mitsubishi"

Məşhur yapon sənaye şirkətinin istehsalı olan "Mitsubishi" adını həm də şirkətin emblemi olan qədim yapon döyüşçüləri samurayların emblemindən götürüb. Emblem mitsu (üç) və bishi (almaz) sözlərinin birləşməsi ilə adlandırılıb.

"Mercedes-Benz"

Avstriyalı tacir Emil Yelinek 1897-ci ildə yarışda qalib gəldiyi avtomobilinə qızının adını verib. Bunun şərəfinə şirkətin qurucuları Qotlib Damler və Karl Benz istehsal etdikləri avtomobili "Mercedes" adlandırıblar.

"Mazda"

Şirkət adını qanadlarını açmış ağ qartal kimi təsəvvür edilən zərdüştlərin elm tanrısı Ahura Mazdanın adından götürüb.

"Hyundai"

Şirkətin adı Koreya dilində "çağdaş, müasir" mənasına gəlir.

"SsangYong"

Cənubi koreyalı avtomobil istehsalçısının adı "əkiz əjdaha" mənasına gəlir.

"Kia"

Koreyanın ikinci böyük avtomobil firmasının adı "Asiyadan doğan" mənası daşıyır.

"Cadillac"

1902-ci ildə qurulan ABŞ şirkəti adını 16-cı əsrdə yaşamış Detroit şəhərinin qurucusu, fransalı ixtiraçı Antoine de la Mothe Cadillacın adından götürüb.

"Subaru"

Yaponiyanın avtomobil nəhəngi adını Taurus ulduz yığmasının yapon dilindəki adından götürüb.

"Pontiac"

Amerikalı məşhur marka adını 18-ci əsrdə yaşayan hinduların şefi Pontiac Obvandiyagdan alıb.

"Dacia"

Rumıniyanın ən böyük avtomobil firması eyni zamanda Rumıniyanın qədim zamanlardakı adını daşıyır.

"Jeep"

Hərbi məqsədlə istehsal edilən dünyanın ilk yolsuzluq avtomobili "Jeep" adını "Təməl Rəis" cizgi filmindəki "Eugene the Jeep" adlı heyvandan götürüb. Bütün markalardakı bu tərz avtomobillər sonradan cip adlanıb.

"Aston Martin"

İngiltərənin idman avtomobilləri istehsalçısı "Aston Martin" adını qurucularından biri olan Lionel Martinin düzəltdiyi yarış avtomobillərini Aston təpəsində sınaqdan keçirməsindən sonra alıb.

"Lexus"

Latın dilində qanun anlamına gəlir. "Toyota"nın lüks avtomobil markasıdır.

"Skoda"

Çex avtomobil firması adını qurucusu Emil von Skodadan götürüb. Dövrünün ən böyük silah istehsalçılarından olan "Skoda", eyni zamanda, çex dilində "zədəli" mənasına gəlir.

"Volkswagen"

VW-nin embelminin necə meydana gəldiyi haqqında dəqiq məlumat yoxdur. Bir rəvayətə görə, V və W hərflərindən əmələ gələn loqo dizayner Xavyer Reimspiess tərəfindən 1937-ci ildə çəkilib. "Porsche" dizayneri olan Reimspiessin hər fürsətdə qələm və kağıza müraciət etdiyi bildirilir. İlk loqoda istifadə olunan dişlilərin çevrəsindəki naxışlar nasistlərin istifadə etdiyi Qamalı Xaçı xatırladır.

"Audi"

"Audi" sözü latın dilində "eşitdim" mənasına gəlir.

BMW

BMW-nin açılışı "Bayerische Motor Werke"dir (Bavyera Motor Fabriki).

SAAB

İsveçli firmanın adının açılışı isə Svenska Aeroplan Aktie Bolage"dir. (İsveç Təyyarə Anonim Şirkəti)

"Alfa Romeo"

1910-cu ildə A.L.F.A. (Anonima Lombarda Fabbrica Automobili (Lombardiya Avtomobil Fabriki Şirkəti)) adı ilə qurulan şirkət Nikola Romeonin ortaq olması ilə "Alfa Romeo" adını alıb.

FIAT

İtaliyanın avtomobil firması FIAT-ın açılışı "Fabbrica Italiana Automobili Torino"dur. (Torino İtalyan Avtomobil Fabriki).

"Tesla"

ABŞ-ın elektriklə işləyən avtomobil istehsalçısı adını məşhur ixtiraçı Nikola Tesladan götürüb.

"Volvo"

İsveç avtomobil firmasının adının mənası "qayıdır" deməkdir.

SEAT

"Volkswagen"in nəzdində fəaliyyət göstərən ispan avtomobil firmasının adının açılışı "Sociedad Española de Automóviles de Turismo"dur (İspan Tur Avtomobil Şirkəti).

"Nissan"

1934-cü ildə Jidosha-Seizo co. və Nihon Sangyo Co.ltd. şirkətlərinin birləşməsi ilə 2 şirkətin yapon dilindəki qısaltması "Ni-san"sözünü ortaya çıxarıb.

"Infiniti"

"Nissan"ın ABŞ bazarı üçün qurduğu lüks avtomobil markasıdır. Adı ingilis dilində "ucsuz-bucaqsız" mənasına gəlir. (publika.az)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2474   Tarix: 29 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-də qaçqınlarla bağlı qaydalar sərtləşdirilir

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DTN) əcnəbilərin qaçqın statusu almaqla bağlı müraciətlərində saxtakarlığa qarşı mübarizə aparmaq üçün əməkdaşlarının səlahiyyətlərini genişləndirib. xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib. Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının işçiləri artı

28 may
.

NASA peykinin içərisində milyonlarla il sonra yaşayacaq insanlar üçün bir mesaj gizlədilib

NASA tərəfindən 1976-cı ildə orbitə buraxılan LAGEOS-1 peykinin daxilində gələcəkdə, təxminən 8,4 milyon il sonra Yerə düşəcəyi ehtimal edilən bir mesaj lövhəsi yerləşdirilib. Qaynarinfo xəbər verir ki, bu barədə " məlumat yayıb. Peyk 1976-cı il 4 mayda ABŞ-ın Kaliforniyadakı Vandenberq aviabazasında

25 may
.

Rusiyanın Rumıniyadakı bir konsulluğu bağlanacaq

Rusiyanın Rumıniyanın Konstanta şəhərindəki konsulluğu bağlanacaq. Qafqazinfo" xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Məlumata görə, oradakı konsul da "arzuolunmaz şəxs" elan edilib. Bildirlib ki, qərar diplomatik qaydaların pozulması il

29 may
.

Qara dənizin Türkiyə sahillərində üç tanker dron hücumuna məruz qalıb

Qara dənizdə, Türkiyənin şimal sahilləri yaxınlığında üç tankerə dron hücumu olub. xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Tribeca"ya istinadən məlumat yayıb. Agentlik bildirib ki, Palau bayrağı altında üzən və ballast vəziyyətində olan "James II" tankeri hadisə ba

28 may
.

ABŞ ordusunda hərbçilərin sayını artırır

ABŞ 2027-ci ildə silahlı qüvvələrinin şəxsi heyətini daha da artırmağı planlaşdırır. "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pit Heqset açıqlama verib. O bildirib ki, hazırda ABŞ ordusunda təxminən 1.8 milyon hərbçi xidmət edir və qarşıdakı dövrdə bu rəqəmi

24 may
.

Sevgini xilas edən 2 "zəruri" yalan - Psixoloq açıqladı

Araşdırmalar göstərir ki, bəzi qeyri-səmimilik formaları və müəyyən yalan növləri münasibətlərdə mühüm rol oynaya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə amerikalı psixoloq Mark Trevers "Forbes" üçün yazdığı məqalədə bildirib. "İnsan münasibətləri nadir hallarda mütləq qaydalara tab

29 may
.

Süni intellektlə işləyən yeni raketi sınaqdan keçirdilər

Koreya Xalq Demokratik Respublikasında (KXDR) çoxməqsədli yüngül raketlərin ən yeni buraxılış sisteminin, həmçinin taktiki qanadlı raketlərin zərbə atəşi sisteminin sınaqları keçirilib. bildirir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir. Məlumata görə, Şimali Korey

27 may
.

Tarixdəki ən yüksək səs nə olub? - Planeti 3 dəfə dövr edən şok dalğası

Qulaqları kar edə biləcək gücdə bir partlayışın planetin o biri ucundan eşidilə biləcəyini heç düşünmüsünüz? Gündəlik həyatda rastlaşdığımız səslər, tarixdə baş vermiş bəzi nəhəng hadisələrin yanında olduqca zəif qalır. Qaynarinfo-nun məumatına görə, elmi məlumatlar və tarixi qeydlər göstərir ki, Ye

25 may
.

"Netflix" layihələri ilə tanınan aktyor Kanadada ölü tapıldı

İtkin düşmüş "Netflix" layihələri ilə tanınan aktyor Stüart Maklin Kanadada ölü tapılıb. CBC telekanalına istinadən xəbər verir ki, aktyorun 45 yaşı olub. O, bir müddət əvvəl itkin düşmüş şəxs kimi axtarışa verilib. Maklinin meyiti yaşadığı əraziyə yaxın olan Lions Bay bölgəsində aşkarlanıb

24 may