Tarixdəki ən yüksək səs nə olub? - Planeti 3 dəfə dövr edən şok dalğası
Qulaqları kar edə biləcək gücdə bir partlayışın planetin o biri ucundan eşidilə biləcəyini heç düşünmüsünüz? Gündəlik həyatda rastlaşdığımız səslər, tarixdə baş vermiş bəzi nəhəng hadisələrin yanında olduqca zəif qalır.
Qaynarinfo-nun məumatına görə, elmi məlumatlar və tarixi qeydlər göstərir ki, Yer üzündə indiyə qədər qeydə alınmış ən güclü səs insan fəaliyyətindən deyil, təbiətin öz qüvvəsindən qaynaqlanır.
İnsan tərəfindən yaradılan ən güclü səs isə Soyuq müharibə dövründə qeydə alınıb. Sovet İttifaqı 1961-ci il 30 oktyabr tarixində "Çar Bombası"nı partladaraq tarixdəki ən böyük nüvə silahını sınaqdan keçirdi. 50 meqaton gücündə olan bu partlayış İkinci Dünya müharibəsində Xirosimaya atılan atom bombasından təxminən 3800 dəfə güclü idi.
Bu partlayış təxminən 224 desibel gücündə səs yaratdı. Müqayisə üçün, insan nəfəsi təxminən 10 desibel, səsli elektrikli qazma aləti isə 95 desibel civarındadır. Loqarifmik ölçü olan desibel şkalasında hər 20 desibel artım səsin gücünü 100 dəfə artırır. Buna görə 224 desibel olduqca ekstremal bir səviyyə hesab olunur.
Sibirdə meşələri məhv edən partlayış
Təbii fəlakətlər isə səs gücü baxımından insan texnologiyalarını belə kölgədə qoyur. Bu sahədə ən güclü hadisələrdən biri Tunguska hadisəsidir. 1908-ci il 30 iyun səhəri Rusiyanın Sibir bölgəsində, Podkamennaya Tunguska çayı yaxınlığında güclü partlayış baş verdi.
Təxminən 10-20 meqaton gücündə olduğu təxmin edilən bu hadisə London böyüklüyündə bir meşə sahəsini məhv etdi. Partlayış səsi min kilometr uzaqlıqdan belə eşidilmişdi. Hadisə yerindən 60 kilometr məsafədə olan insanlar şok dalğasının təsiri ilə yerə yıxılmışdı. Tunguska partlayışının təxminən 300 desibel gücünə çatdığı güman edilir.
Planeti üç dəfə dövr edən şok dalğası
Lakin "ən yüksək səs" titulu Tunguskaya deyil, 1883-cü ildə baş verən Krakatau vulkan püskürməsinə aiddir. Təxminən 200 meqaton gücündə olan bu püskürmə 60 min insanın ölümünə səbəb olmuşdu.
Ətrafdakı dənizçilərin qulaq pərdələrini zədələyəcək qədər güclü olan bu səs 160 kilometr uzaqlıqda belə 172 desibel səviyyəsində hiss edilirdi. Hadisə yerindən 64 kilometr uzaqda olan "RMS Norham Castle" gəmisinin kapitanı gündəliyində ekipaj üzvlərinin yarıdan çoxunun qulaq pərdələrinin zədələndiyini yazmışdı.
Krakatau püskürməsi sadəcə səs dalğası deyil, şok dalğası xarakteri daşıyırdı. Təxminən 4800 kilometr məsafədən belə eşidilən bu hadisə Yer kürəsini üç dəfə dövr etmişdi. Alimlərin hesablamalarına görə, bu səs təxminən 310 desibel gücünə çatmışdı.
Müqayisə üçün, 1970-ci illərdə Miçiqanda qeydə alınan və "dünyanın ən güclü qaz səsi" kimi zarafatla adlandırılan 118,1 desibel səviyyəsi belə bu təbii fəlakətin yanında olduqca zəif qalır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 648 Tarix: 25 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrDonald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19 sentyabrAta oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabr