Sevgini xilas edən 2 "zəruri" yalan - Psixoloq açıqladı
Araşdırmalar göstərir ki, bəzi qeyri-səmimilik formaları və müəyyən yalan növləri münasibətlərdə mühüm rol oynaya bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə amerikalı psixoloq Mark Trevers "Forbes" üçün yazdığı məqalədə bildirib.
"İnsan münasibətləri nadir hallarda mütləq qaydalara tabe olur; hər ağıllı qaydanın eyni dərəcədə ağlabatan istisnası var. Bu isə o deməkdir ki, praktikada hətta ən sağlam cütlüklər belə bəzən həqiqəti təhrif edirlər", deyə o qeyd edib.
Psixoloq münasibətlərdə "zəruri" hesab edilən iki yalan növünü belə izah edib:
Prososial yalan. Bu, nəticədə müsbət təsir yaradan, sosial qəbul və yaxınlığı gücləndirən yalan formasıdır. 2026-cı ildə "The Journal of Social Psychology" jurnalında dərc olunan araşdırmada alimlər müəyyən ediblər ki, bir çox insanlar bəzi hallarda sərt həqiqətdən daha çox təsəlli verən və ümid yaradan qeyri-səmimiliyə üstünlük verirlər. Tədqiqatçılar həmçinin aşağı münasibət məmnunluğuna malik insanların prososial yalana daha çox meyilli olduğunu müəyyən ediblər.
Qoruyucu yalan. Bu yalan tərəfdaşın lazımsız emosional zərərdən qorunması məqsədilə deyilir. 2025-ci ildə "Personal Relationships" jurnalında dərc olunan və romantik münasibətlərdə qeyri-səmimiliyi araşdıran tədqiqatda alimlər insanların öz yalanlarını ən çox qoruyucu motivlə izah etdiyini aşkar ediblər. Bu yalanlar əsasən iki yerə bölünür: partnyoru qorumağa yönələn və özünü qorumağa yönələn yalanlar. Psixoloqun sözlərinə görə, bu cür davranış manipulyasiyadan çox emosional tənzimləmə ilə bağlıdır və cütlüklərə hər kiçik narahatlığı və ya qısqanclığı münaqişəyə çevirməməyə kömək edir.
"Son nəticədə uğurlu münasibətlər yalnız dürüstlükdən ibarət deyil. Xeyirxahlıq, özünü cilovlama, takt və emosional intellekt bəzi hallarda tam açıqlıqdan daha vacib ola bilər. Çünki bəzən yaxınlığı qorumaq o deməkdir ki, sevən olmaqla tam səmimi olmaq eyni şey deyil", deyə Trevers vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Elton qızına toy edir
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Vəkil Orxan Kəngərli həbs edildi
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Özünüməşğulluq avadanlığını satan vətəndaşları hansı məsuliyyət gözləyir? - VƏKİLDƏN AÇIQLAMA
Avropa ölkələri Ukraynada mümkün sülhməramlı missiyaya hazırlaşır
Rusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü